Məhkəmə qərarları › İş №e-2-2(117)-673/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-673/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-673/2024 17.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və həmin iş üzrə xx.xx.2024-cü il tarixdə e-2-2(117)- 453/2024 nömrəli yekun məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan sonra iddiaçı eyni cavabdehə qarşı, eyni tələblə (e-2-2(117)-673/2024 nömrə ilə qeydiyyata alınmaqla) eyni məhkəməyə təkrar müraciət etmişdir. Göründüyü kimi iddiaçı hazırki iş üzrə eyni cavabdehə, qarşı eyni borcun ödənilməsi ilə bağlı, eyni əsaslarla məhkəməyə təkrar müraciət etmiş və həmin iş e-2-2(117)- 673/2024 nömrə ilə məhkəmədə qeydiyyata alınmışdır. Bununla yanaşı işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edildiyi kimi cavabdehə məxsus nəzarət kassa aparatının nömrəsi fərqli (********), lakin nömrə və tarixi e-2-2(117)-453/2024 nömrəli iş materiallarındakı müqavilə ilə eyni olan (xx.xx.2019-cu il tarixli, 02600 nömrəli) müqaviləni iddiaçı iş materiallarına əlavə etmiş və göründüyü kimi kassa aparatının nömrəsi fərqli olsa belə, müqavilələr eyni nömrəli və tarixli olmaqla bu hal mübahisənin predmetini dəyişdirməmişdir. Belə ki, tərəflər arasındakı münsaibətlər podratdan irəli gəlmiş və iddiaçı eyni cavabdehdən kassa xidmətinə görə pulun ödənilməsini tələb etmişdir. Pulun məbləği və mübahisənin xarakteri “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” ilə bağlıdır ki, həmin sadələşdirilmiş iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixdə e-2-2(117)-453/2024 nömrəli qətnaməsi qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar