Məhkəmə qərarları › İş №e-2-2(117)-678/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-678/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-678/2024 10.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “408 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2016-cı il tarixli 12946 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F-01 tipli, 164500 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Zhesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin, işlədiyi dövrdə STXMtərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa, onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********) arasında da xx.xx.2016-cı il tarixli 12946 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən, 2017-12 ay, 2019-12 ay, 2020-7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay və 2024-cü ildən 2 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 68 ay abunə borcu 408 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin, məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilədək 68 aylıq xidmət haqqı məbləği olan 408 manat borcu vardır. Eyni zamanda 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin təqdim etdiyi **********4 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən görünür ki, təsərrüfat subyektinə xx.xx.2023-cü il tarixində WizarPOS Q2 markalı WP22491Q63204329 zavod nömrəli yeni nəzarət kassa aparatı quraşdırılmışdır. Bundan başqa 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə təqdim etdiyi vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə fəaliyyətini dayandırmışdır və xx.xx.2023-cü il tarixində fəaliyyətini yenidən bərpa etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq Cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış hər hansısa etiraz təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2016-cı il tarixli 12946 nömrəli müqavilə, 11 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilən məlumat, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2016-cı il tarixli 12946 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 164500 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən, 2017-12 ay, 2019-12 ay, 2020-7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay və 2024-cü ildən 2 ay olmaqla, cəmi 68 aylıq xidmət pulunun ödənilmədiyini iddia edir. Eyni zamanda 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin təqdim etdiyi **********4 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən görünür ki, təsərrüfat subyektinə xx.xx.2023-cü il tarixində WizarPOS Q2 markalı WP22491Q63204329 zavod nömrəli yeni nəzarət kassa aparatı quraşdırılmışdır. Bundan başqa 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə təqdim etdiyi vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə fəaliyyətini dayandırmışdır və xx.xx.2023-cü il tarixində fəaliyyətini yenidən bərpa etmişdir. Göründüyü kimi, Cavabdeh məxsus olan Merkuri-130F-01 tipli, 164500 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2016-cı il tarixdən, cavabdehin fəaliyyətini dayandırdığı xx.xx.2022-ci il tarixədək fəaliyyət göstərmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində fəaliyyətini yenidən bərpa etsə də, xx.xx.2023-cü il tarixində WizarPOS Q2 markalı WP22491Q63204329 zavod nömrəli yeni nəzarət kassa aparatı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdən NKA yenisi ilə əvəz olunduğu dövrdən sonra Merkuri-130F-01 tipli, 164500 zavod nömrəli NKA-ya görə borc hesablanması əsassız olmuşdur. Buradan aydın olunur ki, iddiaçı tərəf nəzarət kassa aparatına göstərilən xidmətə görə 2022, 2023 və 2024-cü illərə münasibətdə pul tələb etməkdə haqlı deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehdən 2017-ci il üzrə 12 ay, 2019-cu il üzrə 12 ay, 2020-ci il üzrə 7 ay, 2021-ci il üzrə 11 ay, 2022-ci ildən 1 ay və 2023-cü ildən 1 ay olmaqla ümumilikdə 44 aylıq xidmət haqqının məbləği olan 264 manat borc (44 x 6 = 252 )cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat pulun tutulmasını tələb etməkdə haqsızdır. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 252 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissələrdə rədd edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 11 manatı iddiaçıdan, 19 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 11 manat dövlət rüsumu çıxılaraq qalan 19 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 264 manat məbləğində abunə borcu və 19 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar