Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-702/2025 15.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “cavabdehdən 5405.19 manat borcun və 74 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi” barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı “cavabdehdən 5405.19 manat borcun və 74 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında verdikləri izahatlarında razılığa gəldiklərini və barışıq sazişi imzaladıqlarını, həmin barışıq sazişini məhkəməyə təqdim etmək istədiklərini bildirdilər. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini tərəflərin iştirakı ilə araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, tərəflər mübahisəni aşağıdakı qaydada məhkəmədə barışıq sazişi bağlamaqla həll etdilər. Cavabdeh X3 02 sentyabr 2019-cu il tarixli, 2643 saylı agent müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə 5005.19 manat borcu olduğunu, iddiaçı tərindən ödənilmiş dövlət rüsumu üçün 74 manat və vəkilə ödənilən xidmət haqqı üçün 325 manat borcu olduğunu təsdiq etmişdir. Tərəflər barışıq sazişinin qəbul edilməsini xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Cavabdeh X3 təsdiq edir ki, 02 sentyabr 2019-cu il tarixli, 2643 saylı agent müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə 5005.19 manat borcu vardır.
2. Cavabdeh X3 təsdiq edir ki, yaranmış mübahisə ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi məqsədi ilə dövlət rüsumu qismində ödənilmiş vəsaitə görə 74 manat, hüquqların məhkəmədə müdafiə edilməsi məqsədilə vəkilə ödənilən xidmət haqqı ilə əlaqədar isə 325 manat borcu vardır.
3. Tərəflər təsdiq edirlər ki, X1 iddiaçı "xxxx" MMC-yə yekun borcu 5404.19 manat təşkil edir.
4. Tərəflər razılaşırlar ki, X3 iddiaçı "xxxx" MMC-yə olan 5404.19 manat borc məbləğini hazırkı saziş imzalandığı tarixdən 2025-ci təqvim ilinin sonunadək tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “cavabdehdən 5405.19 manat borcun və 74 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi” barədə tələbinə dair işin icraatına tərəflər arasında barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov