Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-787/2023 18.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Kommersiya Məhkəməsi İş № e-2-2(117)-787/2023 surəti QƏRARDAD /barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında/ 18 sentyabr 2023-cü il Şəki şəhəri Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyev Mələk Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “22000 manat əsas borcun, 220 manat cərimə borcunun, gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində hesablanmaqla 1061 manat pulun və 206 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “22000 manat əsas borcun, 220 manat cərimə borcunun, gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində hesablanmaqla 1061 manat pulun və 206 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, tərəflər aralarında mübahisəni həll edilərək imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmiş, barışıq sazişinin təsdiq edilməsini həmçinin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirak olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəməyə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin (mətn üzrə İddiaçı) nümayəndəsi Elnur Sadıqov və Cavabdeh MMC-nin ( mətn üzrə cavabdeh) nümayəndəsi Pərviz İbrahimov arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Tərəflər razılaşır/təsdiq edir ki, cavabdehin bu Sazişin imzalandığı tarixə İddiaçıya ümumi borcu 24200 (iyirmi dörd min iki yüz) manat (müqavilənin 3.3-cü maddəsinə əsasən 22000 manat əsas borc və müqavilənin 3.4-cü maddəsinə əsasən isə cərimə borcu 2200 manat) təşkil edir, lakin borc məbləği İddiaçı tərəfindən 15200 (on beş min iki yüz) manat məbləğində güzəşt tətbiq edilərək 9000 (doqquz min) manat kimi müəyyənləşdirilir.
2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.3-cü bəndində göstərilən borc məbləğini (9000 manat) xx.xx.2023-cü il tarixdən-xx.xx.2026-cı il tarixədək nağd və ya köçürmə yolu ilə hissəvi şəkildə, ayda 300 manat olmaqla iddiaçıya ödəyəcəkdir.
3. Bu Sazişin 2.1-ci bəndində göstərilən hissəvi ödənişlər Cavabdeh tərəfindən 1 aydan artıq gecikdirildiyi təqdirdə və yaxud qismən icra edildiyi təqdirdə İddiaçı icra vərəqəsinin verilməsi üçün dərhal məhkəməyə müraciət edəcəkdir. Belə olan halda isə Sazişin 1.3-cü bəndində nəzərdə tutulmuş 15200 (on beş min iki yüz) manat güzəşt məbləği İddiaçı tərəfindən Cavabdehə tətbiq edilmir və ümumi borc məbləği olan 24200 (iyirmi dörd min iki yüz) manat məbləğində pul vəsaiti Cavabdehdən tutularaq İddiaçıya ödənilir.
4. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.
5. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. İddiaçı Cavabdehnə qarşı “22000 manat əsas borcun, 220 manat cərimə borcunun, gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində hesablanmaqla 1061 manat pulun və 206 manat mediasiya xərcinin tutulması” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov