Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-818/2022 15.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “1500 manat borc və 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə açıq məhkmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı “1500 manat borc və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında xx.xx.2020-ci il tarixli 07/00125 nömrəli müqavilə bağlanaraq taxılyığan kombaynı biçin mövsümü müddətində Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bunun müqabilində 4500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdehin 1500 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, V.Əsgərov müqavilə üzrə 4500 manat borcdan 3000 manat ödəniş etmiş, onun müqavilə üzrə 1500 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi elektron kabinet vasitəsi ilə qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar və digərləri daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixli 07/00125 nömrəli müqavilə bağlanaraq taxılyığan kombaynı biçin mövsümü müddətində Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bunun müqabilində 4500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, taxılsəpən gübrəsəpənlə SR- 2045 (buraxılış ili 2014, 06 T 558 dövlət qeydiyyat nişanlı) taxılyığan kombayını xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə lizinq alanın müvəqqəti istifadəsinə verməyi,1.2-ci bəndinə əsasən lizinq alan texnikadan istfadəyə görə lizinq verənə bu Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş məbləğdə (4500 manat) ödənişlərin həyata keçirilməsini öhdəsinə götürür. Lakin cavabdeh tərəfindən qeyd edilən ödənişi tam həyata keçirilməmiş və 1500 manat ödənilməmiş borcu qalmışdır. Bu xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə də təsdiq olunur. Cavabdehin “əslində müqavilənin başqa şəxslərlə bağlanması ilə bağlı” rli sürdüyü arqumenti hər hansı bir sübut təqdim edilmədiyindən və əsaslandırlmadığından əsassız hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 35 (otuz beş) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat borc və 60 (altmış) manat ödənilmiş mediasiya xərci tutularaq "Aqroservis” ASC-yə ödənilsin. Cavabdeh 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-818/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-818/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver