Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-858/2024 23.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “300 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh MMC arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 50800 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F01 tipli, 226079 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sənəddən müəyyən edilmişdir ki, cavabdeh hüquqi şəxs Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə vergi orqanında qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə xidmət edən Merkuri-130F-01 markalı, 00202399 zavod nömrəli nəzarət kassa aparatının xidmət etdiyi Cavabdeh MMC-nin kod nömrəsi **********-44001 olmuşdur ki, həmin kod nömrəsi ilə sonuncunun fəaliyyətinin aktiv olduğu göstərilmişdir. Merkuri- 130F-01 markalı, 00202399 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də quraşdırılmış və qeydiyyatdan çıxarılmamışdır. Eyni zamanda Cavabdeh MMC-yə xidmət göstərən TPS 320 Smart POS markalı, C1A0320A00200563 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixdə quraşdırılmış və qeydiyyatdan çıxarılmamışdır. Göründüyü kimi Cavabdeh MMC-yə 2 nəzarət kassa aparatı xidmət göstərir və həmin kassa aparatları hazırda qeydiyyatdadır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı plomblayır və xüsusi Təhvil-təslim Aktı tərtib etməklə bu Aktı və müqaviləni öz şəxsi vərəqindən online şəkildə Vergilər Nazirliyinə yollayır və Vergilər Nazirliyi bu blomb Aktıəsasında bu kassanı qeydiyyata alır. (Plomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM tərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir və Vergi Ödəyicisinin NKA işləmədiyi dövrdə işləməsini təmin etmək üçün “NKA işləmədiyi dövrdə əməliyyatların uçotu” kitabını blomblayıb ödəyiciyə təqdim edir. Həmçinin sahələrarası ekspert komissiyasının NKA-ya aid bütün tələblərini yerinə yetirir. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh MMC (VÖEN:**********) arasında xx.xx.2019-cu ildə 50800 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Beləliklə, vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh MMChəmin öhdəliyi yerinə yetirməmişdir. Vergi ödəyicisinə EBED485469 saylı qaimə vurulmuşdur. Bu qaimə vergi ödəyicisi tərəfindən təsdiqlənərək qəbul edilmişdir. Əgər Vergi ödəyicisinin yaranmış borca görə şikayəti var idisə, o izahlı şəkildə əsaslandırılmış cavabı onlara göndərməli idi. Beləliklə Cavabdeh MMC tərəfindən hər iki kassa üçün xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 50 ay abunə borcu 300 manat və qeydiyyatdan çıxma aktı 35 manat pulməbləği ödənilməmişdir. Həmçinin məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə xx.xx.2024-cü il tarixdə (Aqil Ağayev) təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarixli 50800 nömrəli müqavilə, 10saylı Ərazi Vergilər İdarəsindən təqdim edilən məktub və çıxarışlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə bağlanmış 50800 nömrəli müqaviləyə əsasən istehlakçı Merkuri- 130F01 tipli, 226079 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışından göründüyü kimi borcun qaldığı dövr xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir ki, həmin maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən hər hansısa xidmət haqqı ödənilməmişdir. Bu səbəbdən iddiaçı ümumilikdə 50 ay abunə borcunun ödənilmədiyini iddia edir və işi məhkəmədə mübahisələndirir. 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sənəddən müəyyən edilmişdir ki, cavabdeh hüquqi şəxs Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə vergi orqanında qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə xidmət edən Merkuri-130F-01 markalı, 00202399 zavod nömrəli nəzarət kassa aparatının xidmət etdiyi Cavabdeh MMC-nin kod nömrəsi **********-44001 olmuşdur ki, həmin kod nömrəsi ilə sonuncunun fəaliyyətinin aktiv olduğu göstərilmişdir. Merkuri- 130F-01 markalı, 00202399 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də quraşdırılmış və qeydiyyatdan çıxarılmamışdır. Eyni zamanda Cavabdeh MMC-yə xidmət göstərən TPS 320 Smart POS markalı, C1A0320A00200563 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixdə quraşdırılmış və qeydiyyatdan çıxarılmamışdır. Göründüyü kimi Cavabdeh MMC-yə 2 nəzarət kassa aparatı xidmət göstərir və həmin kassa aparatları hazırda qeydiyyatdadır. Göstərilənlər nəzərə alındıqda Cavabdeh MMC-yə kassa xidməti göstərən Merkuri- 130F01 tipli, 00202399 zavod nömrəli NKA-dan istifadə müddəti xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr 56 ayı əhatə etsə də, iddiaçı 50 ay üçün olan abunə borcunun ödənilməsini tələb etdiyindən 50 ay üçün aylıq 6 manatla (50 x 6 = 300) hesablandıqda 300 manat abunə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa qeydiyyatdan çıxma aktı üçün 35 manatın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, belə bir akt məhkəməyə təqdim edilməmiş, habelə təqdim edilsəydi belə 35 manat pulun hansı qaydada və nəyə əsasən hesablanmasını müəyyən etmək mümkün deyildir və buna dair sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 300 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 3,13 manatı iddiaçıdan, 26,87 manatı isə cavabdehdən tutulmalıdır.İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 3,13 manat dövlət rüsumu çıxılaraq qalan 26,87 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 300 manat məbləğində abunə borcu və 26,87 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-858/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-858/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver