Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-887/2024 05.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “70 ay abunə borcu üçün 420 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq .qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC onunla Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2016-cı il tarixli 10137 nömrəli müqavilə bağlandığını iddia edir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıdan müqavilənin əslinin təqdim edilməsinə dair iddiaçıya sorğu verilməsinə baxmayaraq iddiaçı tərəfindən müqavilənin əsli təqdim edilməmiş, iddiaçı müqavilənin onlayn qaydada təqdim edildiyini iddia etmişdir. Lakin işdə olan müqavilənin kserosurətindən görünür ki, müqavilə imzalanmış və bu da onu göstərir ki, müqavilə onlayn qaydada bağlanmamışdır. İddiaçı borcun ödənilməsi ilə balı cavabdehə müraciət etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır.Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakçı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə (Z-hesabatı) görə ödəyici vergini ödəyir. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Təhvil-təslim Aktı tərtib etməklə bu Aktı və müqaviləni öz şəxsi vərəqindən online şəkildə Vergilər Nazirliyinə yollayır və Vergilər Nazirliyi bu blomb Aktıəsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktıəlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXMtərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir. X4 NKA işləmədiyi dövrdə işləməsini təmin etmək üçün “NKA işləmədiyi dövrdə əməliyyatların uçotu” kitabını blomblayıb ödəyiciyə təqdim edir. Həmçinin sahələrarası ekspert komissiyasının NKA-ya aid bütün tələblərini yerinə yetirir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh arasında xx.xx.2016-cı ildə və 10137 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Beləliklə vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. İddiaçı tərəfindən Vergi ödəyicisinə EBED485611 saylı qaimə vurulmuşdur. Bu qaimə vergi ödəyicisi tərəfindən təsdiqlənərək qəbul edilmişdir. Əgər vergi ödəyicisinin yaranmış borca görə şikayəti var idisə, o izahlı şəkildə əsaslandırılmış cavabı göndərməli idi. Beləliklə Cavabdeh tərəfindən hər iki kassa üçün xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 70 ay abunə borcu 420 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində vergi ödəyicisi ilə xidmət müqaviləsi bağlandıqdan sonra kassa aparatının servisdə uçota alınması, kassa aparatının plomblanması və plomb aktı yazıldığını bildirmiş, plomb aktı və müqavilə ödəyici tərəfindən online AVİS proqramı vasitəsilə VN-ə göndərildiyi və kassa aparatının işləməsinə icazə verildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən 010137 nömrəli plomb aktında verginin kassaya baxan nümayəndəsi, STXM-in nümayəndəsi X4 imzası olmaqla eyni vaxtda həmin akt 3 adam tərəfindən imzalanmış və 3 ilə yaxın vergi ödəyicisi xidmət pulu ödəmişdir. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi guya onunla İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixli, 10137 saylı müqaviləni əsas götürmüşdür. Bildirmişdir ki, iddiaçının iddia tələbi ilə məhkəmə bildirişi ona çatan tarixdən, yəni xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tanış olmuşdur. Bundan sonra iddiaçı təşkilatın nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq xx.xx.2016-cı il tarixli, 10137 saylı müqavilədən onun xəbəri olmadığını, həmin müqavilədəki imzanın ona məxsus olmamasını bildirmiş, iddiaçının nümayəndəsi isə cavabında bildirmişdir ki, ola bilər ki, müqaviləyə onun yox, hər hansı işçisi qol çəkmişdir. Ona görə müqavilədən xəbərsizdir. Onun xx.xx.2016-cı il tarixli, 10137 saylı müqavilədən xəbəri olmamış, həmin müqavilə onun tərəfindən imzalanmamışdır. Belə olduğu təqdirdə həmin müqaviləyə əsasən məsuliyyət daşımağı əsassız və qanunsuzdur. Hesab etmişdir ki, yuxarıda qeyd etdiyi hallar mülki iş iddia icraatına keçirilməklə iddiaçının nümayəndəsinin iştirakı ilə araşdırılmalı, iddiaçı tərəf xx.xx.2016-cı il tarixli, 10137 saylı müqavilədən xəbərdar olmağı və həmin müqavilənin onun tərəfindən imzalanmağını sübuta yetirməlidir. Eyni zamanda bildirmişdir ki, iddiaçı təşkilat ilə müqavilə bağlanmasa da, iddiaçı təşkilatın kassa aparatı rəhbərlik etdiyi restoranda quraşdırılmışdır. Həmin kassa aparatını isə X2 adlı nümayəndə quraşdırmışdır. O, cavabdehi hər hansı müqavilə ilə bağlı xəbərdar etməmiş, yalnız hər ay gəlib aylıq abunə pulunu götürəcəyini bildirmişdir. O, da həmin pulu aylıq olaraq X1 vermişdir. Bunun nəticəsidir ki, iddiaçı təşkilat bu günə qədər onu məhkəməyə verməmişdir. O, iddiaçının nümayəndəsi ilə danışanda da hazırkı mübahisəni X2 ilə həll etməyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, cavabdeh iddia tələbinə qarşı etirazını xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 9 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilən arayışlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2). Mülki Məcəllənin 324.4cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC onunla Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2016-cı il tarixli 10137 nömrəli müqavilə bağlandığını iddia edir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıdan müqavilənin əslinin təqdim edilməsinə dair iddiaçıya sorğu verilməsinə baxmayaraq iddiaçı tərəfindən müqavilənin əsli təqdim edilməmiş, iddiaçı müqavilənin onlayn qaydada təqdim edildiyini bildirsə də, işdə olan müqavilənin kserosurətindən görünür ki, müqavilə hər iki tərəfdən imzalanmış və bu da onu göstərir ki, müqavilə onlayn qaydada bağlanmamışdır. Belə olan halda tərəflər arasında yazılı qaydada formalaşmış müqavilə mövcud olmalıdı idi ki, işin sənədindən də göründüyü kimi müqavilə əsl olmamaqla əsldən çıxarılmış formada məhkəmyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, hazırki iş üzrə müqavilənin əsli mövcud deyildir ki, hazırki vəziyyətdə tərəflər arasında müqavilə öhdəliyindən irəli gələn münasibətlərin mövcudluğunu müəyyən etmək mümkün deyildir. Cavabdeh təqdim edilmiş müqavilənin onun tərəfindən imzaanmadığını iddia edir və belə olan halda müqavilənin əslinin mövcud olmaması cavabdehin dəlillərinin araşdırılmasını mümkünsüz edir. Müqavilənin əsli mövcud olmadığından təqdim edilmiş müqaviləni məhkəmə tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasına dair sübut qismində qəbul etmir. Belə olan halda tərəflər arasında müqavilə mövcud olmadığından onlar arasında müvafiq müqavilədən yaranan hər hansısa hüquq münasibətləri də mövcud olmamışdır. Cavabdeh iddia tələbinə etiraz edərək müqavilədəki imzanın ona məxsus olmadığını, belə bir müqavilədən xəbərinin olmadığını bildirmiş, iddiaçı isə müqavilənin onlayn qaydada onlara təqdim edildiyini bildirmişdir. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən də göründüyü kimi tərəflər arasında müqavilənin mövcudluğu ilə bağlı ziddiyyət mövcud olmuş, buna baxmayaraq iddiaçıdan müqavilənin əsli tələb edilmiş, lakin müqavilənin əsli təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə mövcud olmamış və onlar arasında müqavilədən yaranan hüquq münasibətləri mövcud olmadığından iddiaçı hazırki iddia ilə cavabdehdən abunə borcunun tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı mübahisəsiz formada cavabdehin öhdəliyini təsdiq edən sübutları təqdim edə bilməmiş, tərəflər arasında bağlanmış müqavilədəki imzanın cavabdeh tərəfindən imzalanıb-imzalanmaması faktının araşdırılması üçün zəruri olan müqavilənin əsli təqdim edilmədiyindən bu dəlil sübut olunmamış arqument olaraq qəbul edilir. Müqavilə əsasında yaranmış öhdəlik təsdiq edilmiş sübutlarla əsaslandırılmalıdır. Hazırkı iddiada iddiaçı bu faktı sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmiş, cavabdehlə arasında bağlanmış 9.09.2016-cı il tarixli 10137 nömrəli müqavilənin əslini məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabadehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “70 ay abunə borcu üçün 420 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-887/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-887/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver