Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-893/2024 08.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “İddiaçı MMC iləCavabdeharasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 4 ədəd Cooler SDVC markalı soyuducuların dəyərinin iki misli həcmində, yəni 8000(səkkiz min) ABŞ dolları, 120 manat vəkil xidmət haqqı və 131 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İstifadəyəverən "xxxx" MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixdə 22286 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən "xxxx" MMC istifadəçi Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 4 ədəd Cooler SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada haqqı tələb etmir. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhviltəslim aktı ilə təhvil verir. 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. 2.9-cu bəndinə əsasən, istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. İddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət edərək soyuducunun qaytarılmasını tələb etmiş, əks təqdirdə cərimə ödəyəcəyi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdehüzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə elektron kabinetləri vasitəsi ilə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavadeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında 22286 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən "xxxx" MMC istifadəçi Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 4 ədəd Cooler SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada haqqı tələb etmir. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. 2.9-cu bəndinə əsasən, istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Göründüyü kimi "xxxx" MMC tərəfindən Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 4 ədəd Cooler SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermiş, müqavilə şərtlərinə uyğun soyuducunu tələb etmiş, lakin 3 gün müddətində soyuducu qaytarılmadığından müqavilə şərtlərinə əsasən 4 ədəd soyuducunun dəyəri olan 4000 ABŞ dollarının 2 misli məbləğində, yəni 8000 AbŞ dolları həcmində cərimə tələb etmişdir. Cərimənin tələb edilməsi tərəflərin razılaşmasından irəli gəldiyindən və müqavilə predmetinin iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq soyuducu iddiaçıya qaytarılmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 120 manat vəkil xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Hazırki iş üzrə hüquqi xidmət göstərilməsi ilə bağlı iddiaçının vəkillə təmsil olunmasını, müqavilə bağlamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən 120 manat xidmət haqqı cavabdehdən tutulmamalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (8000 ABŞ dolları = 8000 x 1,70 = 13600 manat) ödənilməli dövlət rüsumu 130.8 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 130.8 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 131 manat dövlət rüsumu ödənilsə və sonuncu bunu cavabdehdən tələb etsə də, məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun hesablanmış 130.8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 4 ədəd Cooler SDVC markalı soyuducuların ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 8000 ABŞ dolları pul və 130.8 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Artıq ödənilmiş 0,20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-893/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-893/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver