Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-93/2024 11.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “Ağsu RİH başçısının xx.xx.1997-ci il tarixli, 245 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı-Qazax yolnunun 118,8 kilometrliyində yolun sol tərəfindən yerləşən 0,06 sot torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüququnun bərpa olunması, cavabdehin torpaq sahəsindən və üzərindəki qeyri-yaşayış obyekti olan tikilidən çıxarılması, cavabdehin iddiaçıya vurduğu ziyana görə - hər ay 3000 manat gəlirdən məhrum olduğu üçün ona 72000 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsi yaxud torpaq sahəsilə bağlı hüququnun güzəşt əvəzi olaraq cavabdehdən 200000 manat (130000 obyektin razılşadırılmış qiyməti + 70000 vurulmuş zərər) tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Kərimov X1 Tural Rafiq oğluna qarşı “Ağsu RİH başçısının xx.xx.1997-ci il tarixli, 245 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı-Qazax yolunun 118,8 kilometrliyində yolun sol tərəfində yerləşən 0,06 sot torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüququnun bərpa olunması, cavabdehin torpaq sahəsindən və üzərindəki qeyri-yaşayış obyekti olan tikilidən çıxarılması, cavabdehin iddiaçıya vurduğu ziyana görə - hər ay 3000 manat gəlirdən məhrum olduğu üçün ona 72000 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsi yaxud torpaq sahəsilə bağlı hüququnun güzəşt əvəzi olaraq cavabdehdən 200000 manat (130000 obyektin razılşadırılmış qiyməti + 70000 vurulmuş zərər) tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehə qarşı yönələn tələb dedikdə dəqiq və aydın ifadə edilmiş tələb nəzərdə tutulur ki, iddaçının tələbi və ya ilə ayrılaraq fərqli tələblərin irəli sürülməsi nəzərdə tutulmur. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehə qarşı yönəlməli olan tələb dəqiq və aydın deyildir. Belə ki, iddiaçı ayrı-ayrılıqda 2 tələb irəli sürmüş, yəni iddiaçı Ağsu RİH başçısının xx.xx.1997-ci il tarixli, 245 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı-Qazax yolnunun 118,8 kilometrliyində yolun sol tərəfindən yerləşən 0,06 sot torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüququnun bərpa olunması, cavabdehin torpaq sahəsindən və üzərindəki qeyri-yaşayış obyekti olan tikilidən çıxarılması, cavabdehin iddiaçıya vurduğu ziyana görə - hər ay 3000 manat gəlirdən məhrum olduğu üçün ona 72000 manatın ödənilməsini, “yaxud” bağlayıcısından istifadə olunmaqla digər tələb olan torpaq sahəsilə bağlı hüququnun güzəşt əvəzi olaraq cavabdehdən 200000 manat (130000 obyektin razılşadırılmış qiyməti + 70000 vurulmuş zərər) tutularaq iddiaçıya ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehə qarşı tələbin yönəldilməsi hüququ iddiaçıya məxsusdur, tələblərdən hər hansısa birinin seçilməsi hüququ məhkəməyə məxsus deyildir və məhkəmə tərəflər arasında yaranmış cavabdehə qarşı yönəlmiş qəti tələbə baxaraq yekun nəticə verir. Bu baxımdan iddiaçı tələbi dəqiqləşdirməli və cavabdehə qarşı yönəltmək istədiyi dəqiq tələbi irəli sürməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi tələb aydın olmadığından sonuncu tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməmişdir. Bu səbəbdən də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Ağsu RİH başçısının xx.xx.1997-ci il tarixli, 245 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı-Qazax yolnunun 118,8 kilometrliyində yolun sol tərəfindən yerləşən 0,06 sot torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüququnun bərpa olunması, cavabdehin torpaq sahəsindən və üzərindəki qeyri-yaşayış obyekti olan tikilidən çıxarılması, cavabdehin iddiaçıya vurduğu ziyana görə - hər ay 3000 manat gəlirdən məhrum olduğu üçün ona 72000 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsi yaxud torpaq sahəsilə bağlı hüququnun güzəşt əvəzi olaraq cavabdehdən 200000 manat (130000 obyektin razılşadırılmış qiyməti + 70000 vurulmuş zərər) tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-93/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-93/2024
11.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver