Məhkəmə qərarları › İş №e-2-2(117)-955/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-955/2023

28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-955/2023 28.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun hakimliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 Fərhad oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Delfin MMC-yə və X2 qarşı “cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməsinə törədilən maneələrə son qoyulması, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, “Delfin MMC-yə və X2 oğluna qarşı “cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməsinə törədilən maneələrə son qoyulması, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdi və iş üzrə icraata sonradan cəlb etdikləri cavabdehlərlə mediasiya prosesinin keçirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi və vəkili isə işə yeni qoşulduğunu və iş üzrə Cavabdeh2 MMC ilə mediasiya prosesinin keçirilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, “Delfin MMC-yə və X2 qarşı “cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməsinə törədilən maneələrə son qoyulması, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar