Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1005/2023 03.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Salmanova Gülnaz Elçin qızının iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 27 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2996 manat məbləğində əsas borc, 6803 manat məbləğində cərimə borcu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11,8 manat məbləğində dövlət rüsumunun əvəzi, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat mediasiya xərci və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 17,99 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 9928,79 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı və sifarişçi Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli DEZ- LİMECATERİNG-003 nömrəli “Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə müqaviləyə əsasən icraçı "xxxx" MMC sifarişçi "xxxx" MMC-yə sanitar-gigiyenik və əksepidemik tədbirlərin görülməsi işlərini həyata keçirməli, sifarişçi "xxxx" MMC isə göstərilmiş xidmətlərə görə razılaşdırılmış məbləği ödəməli idi. Lakin buna baxmayaraq sifarişçi "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş və nəticədə onun icraçı "xxxx" MMC-yə görülmüş işlərə görə ödənilməmiş 2996 manat məbləğində əsas borc və 6803 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9799 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nin məsul şəxslərinə edilmiş xəbərdarlıqlar nəticəsiz qalmış, bu günədək borcdan heç bir məbləğ ödənilməmişdir. Mübahisənin məhkəməyə qədər həlli üçün cavabdeh "xxxx" MMC-yə 12 aprel 2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin həmin məktubda göstərilən tələblərə "xxxx" MMC tərəfindən münasibət bildirilməmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamış, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İcraçı "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında bağlanmış 24 avqust 2020-ci il tarixli “Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə müqavilənin qiymət və ödəniş şərtlərinə əsasən "xxxx" MMC hesab-fakturanı aldıqdan sonra 10 (on) iş günü ərzində xidmət haqqını ödəməli idi. Lakin, "xxxx" MMC tərəfindən 24 avqust 2020-ci il tarixli xidmət müqaviləsinin icrasına qeyri-peşəkar münasibət göstərilmiş və müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilmədən tərəflər arasında qüvvədə olan xidmət müqaviləsinin şərtləri dəfələrlə pozulmuş və nəticədə sonuncunun 9799 manat məbləğində İddiaçı MMC-ə borc yaranmışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 24 avqust 2020-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən Sifarişçi hesab-fakturanı aldıqdan sonra 10 (on) iş günü ərzində xidmət haqqı ödənilməzsə, gecikdirilmiş hər gün üçün hesab-fakturadakı ümumi məbləğin 0,5%-ni əlavə ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli “Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə müqavilə üzrə Cavabdehndən 2996 manat məbləğində əsas borc, 6803 manat məbləğində cərimə borcu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11,8 manat məbləğində dövlət rüsumunun əvəzi, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat mediasiya xərcinin əvəzi və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 17,99 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 9928,79 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 24 avqust 2020-ci il tarixli DEZ- LİMECATERİNG-003 nömrəli "Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə Müqavilənin şərtlərinə uyğun olaraq "Sifarişçi" (Cavabdeh MMC) "İcraçı"ya (İddiaçı MMCyə) sanitar-gigiyenik və əksepidemik tədbirlərin görülməsini (dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin göstərilməsini) sifariş verərək, həmin xidmətlərin razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı İddiaçı MMC isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinin tələblərinə görə, göstərilən xidmətlər üzrə ödənişi “Sifarişçi” hesab-fakturanı aldıqdan sonra 10 (on) iş günü ərzində ödənilməzsə, gecikdirilmiş hər bir gün üçün “Sifarişçi” “İcraçı’ya hesab-fakturadakı ümumi məbləğin 0,5%-ni əlavə ödəməlidir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 24 avqust 2020-ci il tarixli DEZ- LİMECATERİNG-003 nömrəli “Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə Müqavilə üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri göstərilərək, həmin xidmətlərin göstərilməsi ilə əlaqədar tərəflər arasında Xidmətlərin Təhvil-Təslim Aktları tərtib edilmiş və icra edilmiş həmin xidmətlər üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə müvafiq qaydada Elektron Qaimələr təqdim olunmuşdur (təqdim olunan Elektron Qaimələr isə müvafiq qaydada təsdiq edilmişdir). İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 30 yanvar 2021-ci il tarixli DZL-RA-62/21 nömrəli “Qarşılıqlı borcların üzləşdirilməsi” Aktından görünür ki, "Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə Müqavilənin icrası ilə əlaqədar sifarişçi Cavabdeh 31 dekabr 2020-ci il tarixinə icraçı İddiaçınə cəmi 2281 (iki min iki yüz səksən bir) manat məbləğində qalıq borcu vardır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yuxarıda qeyd olunan 30 yanvar 2021-ci il tarixli DZL-RA-62/21 nömrəli “Qarşılıqlı borcların üzləşdirilməsi” Aktı imzalandıqdan sonra, yəni 2021-2022-ci illərdə də icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdehnə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri göstərilərək, müvafiq qaydada Elektron Qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli 01 nömrəli Maliyyə Arayışında göstərilir ki, sifarişçi Cavabdeh MMC (VÖEN **********) və icraçı İddiaçı MMC (VÖEN **********) arasında bağlanmış 24 avqust 2020-ci il tarixli DEZ-LİMECATERİNG-003 nömrəli “Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə müqavilə üzrə Cavabdeh MMC-yə ümumi dəyəri 19795,08 manat (əsas məbləğ) + 1334,72 manat (ƏDV) olan xidmətlər göstərilmişdir. Qeyd olunan xidmətlərin dəyərindən 17024,08 manat (əsas məbləğ) + 1109,72 manat (ƏDV) ödənilmişdir. 04 sentyabr 2023-cü il tarixinə yuxarıda qeyd olunan müqavilə üzrə sifarişçi Cavabdeh MMC-nin icraçı İddiaçı MMC qarşısında ödəniş öhdəliyi (borcu) 2771 manat (əsas məbləğ) + 225 manat (ƏDV) borc məbləği, o cümlədən müqavilənin 2.3-cü bəndinə uyğun olaraq hesablanılmış 6803 manat cərimə məbləği təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Gööründüyü kimi, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, sifarişçi Cavabdeh MMC (VÖEN **********) ilə icraçı İddiaçı MMC (VÖEN **********) arasında bağlanmış 24 avqust 2020-ci il tarixli DEZ-LİMECATERİNG-003 nömrəli "Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə Müqavilə əsasında göstərilən dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri üzrə iddiaçı (icraçı) İddiaçı tərəfindən cavabdeh (sifarişçi) Cavabdehnə Elektron Qaimələr təqdim olunmuş və sonuncu həmin elektron qaimələrdə qeyd olunan xidmət haqqı məbləğləri üzrə ƏDV daxil ümumilikdə cəmi 2996 (iki min doqquz yüz doxsan altı) manat məbləğində pul vəsaitini ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 2996 manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 6803 manat məbləğində cərimənin, bu mübahisə üzrə tətbiq olunmuş müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11,8 manat məbləğində dövlət rüsumunun əvəzinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin əvəzinin və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 17,99 manat məbləğində hissəsinin cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, 24 avqust 2020-ci il tarixli DEZ-LİMECATERİNG-003 nömrəli "Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə Müqavilə üzrə yaranmış xidmət haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 30 (otuz) manat məbləğində dövlət rüsumu və eləcə də, ərizəçi İddiaçı MMC tərəfindən 23 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət olunarkən isə 11,8 (on bir manat 80 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir (e-16(119)-19/2023 nömrəli kommersiya işi – 23 fevral 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzi). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi Cavabdeh MMC-dən 24 avqust 2020-ci il tarixli DEZ-LİMECATERİNG-003 nömrəli "Dezinseksiya və deratizasiya işlərinin görülməsi” barədə Müqavilə üzrə göstərilmiş xidmətlərə görə ümumilikdə ödənilməmiş cəmi 2996 (iki min doqquz yüz doxsan altı) manat məbləğində əsas borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “6803 (altı min səkkiz yüz üç) manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılarkən digər hallarla yanaşı, 04 sentyabr 2023-cü il tarixli 01 nömrəli Maliyyə Arayışına əsasən göstərilən xidmətlər üzrə hesablanan ƏDV daxil cəmi 21129,8 manat (əsas məbləğ: 19795,08 manat + ƏDV: 1334,72 manat) məbləğində borcun ƏDV daxil cəmi 18133,8 manat hissəsinin ödənilməsi və ƏDV daxil cəmi 2996 manat (əsas məbləğ: 2771 manat + ƏDV 225 manat) hissəsinin isə ödənilməməsi, yəni göstərilən xidmətlərə görə hesablanmış borcun daha çox hissəsinin ödənilmiş olması da nəzərə alınmalıdır. Həmçinin, iddia tələbinin “mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi də əsaslıdır və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə əsasən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, iddia tələbi “müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11,8 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsində də əsaslı hesab edilməli və hazırkı mübahisə ilə əlaqədar ərizəçi İddiaçı MMC tərəfindən 23 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət olunarkən (e-16(119)-19/2023 nömrəli kommersiya işi) ödənilmiş 11,8 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəməsinə baxmyaraq, iddia tələbində cavabdehdən həmin məbləğin hamısını deyil, yalnız “məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 17,99 (on yeddi manat 99 qəpik) manat məbləğində dövlət rüsumunun tutulmasını” xahiş etmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq, həmin hissədə də iddia tələbi əsaslı hesab edilərək, cavabdehdən iddiaçının xeyrinə 17,99 (on yeddi manat 99 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 2996 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqının əvəzi, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11,8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 17,99 manat məbləğində hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 51,96 (əlli bir manat 96 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 21,96 (iyirmi bir manat 96 qəpik) manat məbləğində (51,96 manat – 30 manat = 21,96 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2996 (iki min doqquz yüz doxsan altı) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 11,8 (on bir manat 80 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 17,99 (on yeddi manat 99 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3325,79 (üç min üç yüz iyirmi beş manat 79 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 21,96 (iyirmi bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1005/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1005/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver