Məhkəmə qərarları › İş №e-2-2(119)-103/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-103/2023

12.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-103/2023 12.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdehn vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçı X6 tərəfindən Cavabdehnə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə edilməsinin qadağan olunması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X6 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə edilməsinin qadağan olunması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin Quba Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2003-cü il tarixli, 214 saylı Sərəncamı əsasında 50 il müddətinə iddiaçıya icarəyə verilmiş Quba rayonu, Quba şəhəri ərazisində Qudyalçay çayının yatağından ayrılmış sahədə yerləşən 2 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən cavabdehin istifadə etməsinin qadağan olunması, həmin sahədən qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda qismində 48735 manat pul, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat olmaqla, cəmi 48972 (qırx səkkiz min doqquz yüz yetmiş iki) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 mart 2023-cü il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən mübahisə üzrə tərtib olunaraq X2 nümayəndəsi Vəkil1 və Cavabdehnə direktoru X3 tərəfindən imzalanmış 18 mart 2023-cü il tarixli barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil1 məhkəmədən barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdehn vəkili və nümayəndəsi Vəkil2 məhkəmədən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 18 mart 2023-cü il tarixdə iddiaçı X6 ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə iddiaçı X6 ilə Cavabdeh MMC aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:

1. Cavabdeh MMC tərəfindən X4 30000 (otuz min) manat məbləğində pul ödənilməklə, X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 214 saylı Sərəncamı və xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ilə qum-çınqıl karxanasının tikintisi və xammalı üçün onun adına ayrılmış Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 2 ha sahədən və o sahədə olan bütün tikililərdən, qurğulardan və digər materiallardan (transformator, "xxxx" MMC-nin paylayıcı elektrik şəbəkəsi vasitəsilə 330 kv-luq Yaşma YŞ-dan təmin olunması ilə bağlı xx.xx.2005-ci il tarixli, ll-T/1467 nömrəli Texniki şərtdən və s.) Cavabdeh MMC-nin xeyrinə imtina edir və həmin torpaq sahəsinin, tikililərin, qurğuların, sayğacların və digər avadanlıqlarin Cavabdeh MMC-nin adına keçirilməsinə razılıq verir.

2. Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1-ci bəndində qeyd edilən 30000 (otuz min) manat məbləğin X4 ödənilməsi, onun Cavabdeh MMC-yə qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

3. X6 30 000 (otuz min) manat məbləğin ona ödənilməsi ilə Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 2 ha sahəsinə və o sahədə olan bütün tikililərə, qurğulara və digər materiallara dair bütün hüquqlarının itirilməsini təsdiq edir və həmin sahənin və sahədə olan tikililərin, qurğuların, sayğacların və s. Cavabdeh MMC-nin adma keçməsi üçün gələcəkdə lazım olan bütün zəruri sənədlərin (X4 verilmiş sərəncam və müqavilənin ləğv edilməsi ilə bağlı) hazırlanması və imzalanması ilə bağlı hüquqi və faktiki hərəkətləri etməyi öz üzərinə götürür.

4. X6 öhdəsinə götürür ki, onun istifadəsində olduğu dövr üçün gələcəkdə Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 2 ha sahə ilə bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MMC-ni həmin iddia və tələblərdən azad edəcəkdir.

5. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

6. Tərəflərə məlumdur ki, hazırkı barışıq sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

7. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

8. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 18 mart 2023-cü il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X2 Cavabdehnə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə edilməsinin qadağan olunması və pul tələbi” barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 18 mart 2023-cü il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-103/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış 18 mart 2023-cü il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh MMC tərəfindən X4 30000 (otuz min) manat məbləğində pul ödənilməklə, X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 214 saylı Sərəncamı və xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ilə qum-çınqıl karxanasının tikintisi və xammalı üçün onun adına ayrılmış Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 2 ha sahədən və o sahədə olan bütün tikililərdən, qurğulardan və digər materiallardan (transformator, "xxxx" MMC-nin paylayıcı elektrik şəbəkəsi vasitəsilə 330 kv-luq Yaşma YŞ-dan təmin olunması ilə bağlı xx.xx.2005-ci il tarixli, ll-T/1467 nömrəli Texniki şərtdən və s.) Cavabdeh MMC-nin xeyrinə imtina edir və həmin torpaq sahəsinin, tikililərin, qurğuların, sayğacların və digər avadanlıqlarin Cavabdeh MMC-nin adına keçirilməsinə razılıq verir.

2. Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1-ci bəndində qeyd edilən 30000 (otuz min) manat məbləğin X4 ödənilməsi, onun Cavabdeh MMC-yə qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

3. X6 30 000 (otuz min) manat məbləğin ona ödənilməsi ilə Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 2 ha sahəsinə və o sahədə olan bütün tikililərə, qurğulara və digər materiallara dair bütün hüquqlarının itirilməsini təsdiq edir və həmin sahənin və sahədə olan tikililərin, qurğuların, sayğacların və s. Cavabdeh MMC-nin adma keçməsi üçün gələcəkdə lazım olan bütün zəruri sənədlərin (X4 verilmiş sərəncam və müqavilənin ləğv edilməsi ilə bağlı) hazırlanması və imzalanması ilə bağlı hüquqi və faktiki hərəkətləri etməyi öz üzərinə götürür.

4. X6 öhdəsinə götürür ki, onun istifadəsində olduğu dövr üçün gələcəkdə Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 2 ha sahə ilə bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MMC-ni həmin iddia və tələblərdən azad edəcəkdir.

5. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

6. Tərəflərə məlumdur ki, hazırkı barışıq sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

7. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

8. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı X6 tərəfindən Cavabdehnə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə edilməsinin qadağan olunması və pul tələbi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-103/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar