Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1092/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 284,83 (iki yüz səksən dörd manat səksən üç qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 21 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərilərək cavabdeh tərəfindən borcun tam şəkildə ödənildiyi bildirilmiş, iddia ərizəsinin baxılmamış saxlanılması və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması xahiş olumuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Eyni zamanda İddiaçı tərəfindən 29 aprel 2025-ci il tarixli **********3 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 29 aprel 2025-ci il, saat 17:40; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 260.6-cı, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 29 aprel 2025-ci il tarixli **********3 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 29 aprel 2025-ci il, saat 17:40; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim İslam Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-1092/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1092/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver