Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1117/2023 04.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 3313,20 (üç min üç yüz on üç manat iyirmi qəpik) manat məbləğində borcun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 2.1ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün 3,40 (üç manat qırx qəpik) manat məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur. İddiaçı Cavabdeh həmin müqaviləyə əsasən 15 aprel 2022-ci il tarixindən 15 aprel 2023-ci il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. İddiaçı xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 3313,20 (üç min üç yüz on üç manat iyirmi qəpik) manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh tərəfindən hər növbəti ayın 10 (on) iş günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (icraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab verməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. Sumqayıt Kommersiya Məhkəməsinin 30 avqust 2023-cü il tarixli e-2-2(119)- 1117/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçın 23 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 1844,40 (min səkkiz yüz qırx dörd manat qırx qəpik) manat borc məbləğinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, cavabdeh tərəfindən sonradan 1468,80 manat məbləğində ödəniş olunduğunu, 1844,40 manat məbləğində borc qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etdiyini, cavabdehin iddiaçıya 1844,40 manat borcu olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh (VÖEN: **********) ilə icraçı İddiaçı (VÖEN: **********) arasında bağlanmış 15 aprel 2022-ci il tarixli AL#2022/04/15 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə müqavilənin 1.1-ci bəndinə göstərilən (sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi və s.) xidmətlərin göstərilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən tərəflər arasında razılıq əsasında bir pay qida üçün qiymət 3,40 manat müəyyən edilir. Xidmətin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra 10 iş günü ərzində ödənilməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə görə sifarişçi icraçının hesablarını vaxtında ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 1584,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBV seriyalı 773468 nömrəli elektron qaimə, 3468 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBX seriyalı 951760 nömrəli elektron qaimə, 3172,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 730865 nömrəli elektron qaimə, 2342,6 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCB seriyalı 124589 nömrəli elektron qaimə, 2383,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCD seriyalı 005762 nömrəli elektron qaimə, 2074 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCG seriyalı 855368 nömrəli elektron qaimə və 2808 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 599435 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan ******* nömrəli ödəniş tapşırığından görünür ki, EBCB seriyalı 124589 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı 1935 manat ödəniş olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Az-Lead” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə 1584,40 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 4000 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmış, iddiaçı tərəfindən Cavabdehnə 17832,60 manat dəyərində müvafiq xidmətlər göstərilmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini tam ödəmədiyindən onun İddiaçı 1844,40 (min səkkiz yüz qırx dörd manat qırx qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə bağlanmış xidmət müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdehndən 1844,40 (min səkkiz yüz qırx dörd manat qırx qəpik) manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 1844,40 (min səkkiz yüz qırx dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Cavabdehndən dövlət nəfinə 38,44 (otuz səkkiz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 1844,40 (min səkkiz yüz qırx dörd manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehndən dövlət nəfinə 38,44 (otuz səkkiz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1117/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1117/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver