Məhkəmə qərarları › İş №e-2-2(119)-1120/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1120/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1120/2023 20.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-1120/2023 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 24 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 19 yanvar 2015-ci il tarixli 74 nömrəli müqaviləyə əsasən cavabdeh İmpulse" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2019-cu və 2020-ci illər üçün hesablanmış cəmi 21754,29 (iyirmi bir min yeddi yüz əlli dörd manat 53 qəpik) manat məbləğində tezlik və radioelektron vasitələrinə görə istismar haqqı borcunun və mediasiya xərci olaraq ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)- 1120/2023 nömrəli kommersiya işi). Məhkəmə baxışı zamanı İddiaçı təmsil edən Nümayəndə və Cavabdeh təmsil edən qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə məhkəməyə həmin iddia ərizəsinə dair e-2-2(119)-1120/2023 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanıb-möhürlənmiş 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizə təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, 20 noyabr 2023-cü ildə İddiaçı ilə Cavabdeh arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Eyni zamanda, tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-1120/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - " 1. “Barışıq Sazişi”nin şərtləri və tərəflərin öhdəlikləri 1.1. Cavabdeh “Barışıq Sazişi” üzrə aşağıdakıları yerinə yetirməyi öz öhdəsinə götürür: 1.1.1 Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin İddiaçınə (DRİ) xx.xx.2015-ci il tarixli 74 nömrəli müqaviləyə əsasən 2019-cu və 2020-ci illər ərzində yaranmış 21754,29 (iyirmi bir min yeddi yüz əlli dörd manat 29 qəpik) manat borcu olduğunu etiraf edir və həmin borcun aylara bölünərək ödənilməsinə dair razılığını bəyan edir. 1.1.2. Cavabdeh 21754,29 (iyirmi bir min yeddi yüz əlli dörd manat 29 qəpik) manat məbləğində borcunu 1000 (bir min) manat olmaqla, 2023-cü ilin dekabr ayından başlayaraq, 21 (iyirmi bir) ay, qalan 754,29 (yeddi yüz əlli dörd manat 29 qəpik) manatı isə 22-ci (iyirmi ikinci) ayda ödəməsi öhdəliyini üzərinə götürür. 1.2. DRİ “Barışıq Sazişi” üzrə aşağıdakıları yerinə yetirməyi öz öhdəsinə götürür: 1.2.1. DRİ Cavabdeh 2019-cu və 2020-ci illər ərzində yaranmış 21754,29 (iyirmi bir min yeddi yüz əlli dörd manat 29 qəpik) manat borcunun 22 (iyirmi iki) ay ərzində ödəməsi öhdəliyinə dair razılığını qəbul edir.

2. “Barışıq Sazişi”nin şərtlərinin icra edilməməsinin nəticəsi: 2.1. “Barışıq Sazişi”nin 2 (iki) ay müddətində icra edilməməsi zamanı qarşı tərəf işin icraya yönəldilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.”

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1120/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar