Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1157/2024 06.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Maraqlı şəxs “X1” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs və “X1” publik hüquqi şəxsinə qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə maraqlı şəxslər Maraqlı şəxs və “X1” publik hüquqi şəxsinə qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahibkarlıq fəaliyyətinin uğursuzluğa məruz qalması ilə əlaqədar olaraq külli miqdarda ziyana düşməsi, işsiz və maddi imkansızlıq, ağır həyat şəraiti səbəbindən, maddi sıxıntılar, maddi təminatını təmin edə bilməməsi və öhdəliklərini tam icra edə bilmədiyi üçün müflis elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə 19 iyul 2024-cü il və 06 avqust 2024-cü il tarixlərinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi İddiaçı və cavabdeh Maraqlı şəxs məhkəmənin iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmənin 06 avqust 2024-cü il tarixində keçirilən iclasında iştirak edən maraqlı şəxs “X1” publik hüquqi şəxsinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Ərizəçi ilə “X1” publik hüquqi şəxsi arasında dəfələrlə həm inzibati, həm də mülki qaydada məhkəmə mübahisələri olmuşdur. Ərizəçi özünün səhlənkarlığı ucbatından aktivlərə zərər vurmuş, sonradan öz təqsirini “X1” publik hüquqi şəxsin üzərinə yıxmağa çalışaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini qeyd etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs və “X1” publik hüquqi şəxsinə qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs və “X1” publik hüquqi şəxsinə qarşı “müflis elan edilmə” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1157/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1157/2024
06.08.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver