Məhkəmə qərarları › İş №e-2-2(119)-1180/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1180/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1180/2024 07.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 01 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli və 07 dekabr 2024-cü il tarixli 20230704 nömrəli müxtəlif növ istehsalat avadanlıqlarının təmiri, xidmətin göstərilməsi müqavilələri üzrə 11942 (on bir min doqquz yüz qırx iki manat) manat məbləğində borcun, 385 (üç yüz səksən beş manat) manat məbləğində cərimənin və 127 (yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 2120 manat əsas məbləğ, 381,60 manat ƏDV olmaqla, cəmi 2501,60 manat dəyərində isti press makinasının ara qatının təmiri xidmətinin göstərilməsi və 07 dekabr 2024-cü il tarixli, 20230704 nömrəli müqavilə üzrə isə cavabdeh tərəfindən 16000 manat əsas məbləğ, 2880 manat ƏDV daxil olmaqla, cəmi 18880 manat dəyərində PVC baş-son kəsmə ayarı (dijital ekran qoyulacaq), PVC/yapışdırıcı qazma ayarlama (dijital ekran əlavə ediləcək), yapışdırıcı qazanı-yapışdırıcı axımı, panel ebatlama, opsiyonel ön freze yeni (sağ/sol) olaraq xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2023-cü il tarixdə 2120 manat, xx.xx.2023- ci il tarixdə isə 8000 manat pul ödənilmişdir. Həmçinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq 381,60 manat və 1440 manat ƏDV-lər üzrə köçürmələr aparılmışdır. Hazırda müqavilələr üzrə öhdəliklər iddiaçı tərəfindən icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hansısa bir təmir xidməti göstərilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında imzalanmış 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinə əsasən satıcı (Cavabdeh MMC) alıcıya (İddiaçı QSC-yə) 2501,60 manat (2120,00 manat əsas məbləğ, 381,60 manat ƏDV) dəyərində isti press makinasının ara qatının təmiri xidmət göstərəcəkdir. Bunun qarşılığında alıcı 2501,60 manat dəyərində ödəniş göndərəcəkdir. Həmin müqavilənin 10.4-cü bəndinə əsasən, satıcı malların çatdırılmasında yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. İş materiallarında olan tərəflər arasında imzalanmış 07 dekabr 2024-cü il tarixli 20230704 nömrəli nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinə əsasən satıcı (Cavabdeh MMC) alıcının (İddiaçı QSC-nin) PVC baş-son kəsmə ayarı (dijital ekran qoyulacaq), PVC/Yapışdırıcı qazıma ayarlama (dijital ekran əlavə ediləcək ),yapışdırıcı qazanı-yapışdırıcı axımı, panel ebatlama, opsiyonel ön freze yeni (sağ/sol) olaraq toplam 16000 manat + 2880 manat ƏDV dəyərində xidmət göstərəcəkdir. Bunun qarşılığında alıcı 18880 manat dəyərində ödəniş göndərəcəkdir. Həmin müqavilənin 10.4-cü bəndinə əsasən, satıcı malların çatdırılmasında yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli **********353439 nömrəli köçürmə haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 381,60 manat, 19 dekabr 2023-cü il tarixli **********436878 nömrəli köçürmə haqqında bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 40 manat, həmin tarixli **********436734 nömrəli köçürmə haqqında bildirişə əsasən isə iddiaçı tərəfindən cavabdehə 1400 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materallarında olan 07 dekabr 2023-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 2120 manat məbləğində, 19 dekabr 2023-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən isə iddiaçı tərəfindən cavabdehə 8000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 2120,00 manat əsas məbləğ, 381,60 manat ƏDV məbləği olmaqla, cəmi 2501,60 manat dəyərində isti press makinasının ara qatının təmiri xidmətinin göstərilməsi və 07 dekabr 2024-cü il tarixli 20230703 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 16000 manat əsas məbləğ, 2880 manat ƏDV daxil olmaqla, cəmi 18880 manat dəyərində PVC baş-son kəsmə ayarı (dijital ekran qoyulacaq), PVC/yapışdırıcı qazma ayarlama (dijital ekran əlavə ediləcək), yapışdırıcı qazanı-yapışdırıcı axımı, panel ebatlama, opsiyonel ön freze yeni (sağ/sol) olaraq xidmətlərin göstərilməsi nəzərdə tutulan müqavilələr bağlanmış, qeyd olunan müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 07 dekabr 2023-cü il tarixli **********353439 nömrəli köçürmə haqqında bildirişə əsasən cavabdehə 381,60 manat, 19 dekabr 2023-cü il tarixli **********436878 nömrəli köçürmə haqqında bildirişə əsasən cavabdehə 40 manat, həmin tarixli **********436734 nömrəli köçürmə haqqında bildirişə əsasən isə cavabdehə 1400 manat məbləğində, 07 dekabr 2023-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 2120 manat məbləğində, 19 dekabr 2023-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 8000 manat məbləğində ödənişlər həyata keçirilmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək yuxarıda qeyd olunan xidmətləri həyata keçirməmişdir. İddiaçı iddia tələbində cavabdehdən tərəflər arasında bağlanmış müqavilələr üzrə xidmətlərin göstərilməməsinə görə 11942 manat məbləğində borcun tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 11941,60 manat məbləğində pul vəsaiti köçürülmüşdür.Bu hal yuxarıda qeyd olunan köçürmə haqqında bildirişlər və ödəniş tapşırığı sənədləri ilə tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “tərəflər arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli və 07 dekabr 2024-cü il tarixli 20230704 nömrəli müxtəlif növ istehsalat avadanlıqlarının təmiri, xidmətin göstərilməsi müqavilələri üzrə manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə hissəsində qismən təmin edilməli, cavabdehdən 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli və 07 dekabr 2023-cü il tarixli 20230704 nömrəli müxtəlif növ istehsalat avadanlıqlarının təmiri, xidmətin göstərilməsi müqavilələri üzrə cəmi 11941,60 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 385 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh Vüqar Səftərovun kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (tərəflər arasında bağlanılan müqavilələrin 10.4-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 127 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 iyun 2024-cü il tarixli **********47 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 127 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 125,82 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli və 07 dekabr 2023-cü il tarixli 20230704 nömrəli müxtəlif növ istehsalat avadanlıqlarının təmiri, xidmətin göstərilməsi müqavilələri üzrə 11941,60 manat məbləğində borc, 385 manat məbləğində cərimə və 125,82 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12452,42 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 29 noyabr 2023-cü il tarixli 20230703 nömrəli və 07 dekabr 2023-cü il tarixli 20230704 nömrəli müxtəlif növ istehsalat avadanlıqlarının təmiri, xidmətin göstərilməsi müqavilələri üzrə 11941,60 (on bir min doqquz yüz qırx bir manat, altmış qəpik) manat məbləğində borc, 385 (üç yüz səksən beş) manat məbləğində cərimə və 125,82 (yüz iyirmi beş manat, səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12452,42 (on iki min dörd yüz əlli iki manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar