Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-125/2025 22.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı 21 oktyabr 2024-cü il tarixdə Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqaviləyə əsasən satılmış qiyməti 15,30 manat olan 2 ədəd KİXX AF/Coolant 1 l, qiyməti 21,25 manat olan 1 ədəd KİXX AF/Cooland 3 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 1 l, qiyməti 84 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 4 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF MULTİ 1 l, qiyməti 96 manat olan 2 ədəd KİXX CVTF 4 l, qiyməti 20,40 manat olan 2 ədəd KİXX D1/C3 5W-30 1 l, qiyməti 95,20 manat olan 2 ədəd KİXX D1/RV 5W-30 5 l, qiyməti 13,50 manat olan 2 ədəd KİXX G 10W-40 SL 1 l, qiyməti 48 manat olan 2 ədəd KİXX G 10W-40 SL 4 l “Plastic Packing”, qiyməti 17 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1 l, qiyməti 21,75 manat olan 1 ədəd KİXX G1 10W-40 SN PLUS 3 l, qiyməti 57 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4 l “İron Packing”, qiyməti 63 manat olan 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4 l, qiyməti 19,50 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1 l, qiyməti 72 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4 l “İron packing”, qiyməti 19 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1 l, qiyməti 27 manat olan 1 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 15 manat olan 2 ədəd KİXX HD1 10 W -40 Cİ-4/SL 1 l, qiyməti 56 manat olan 2 ədəd KİXX HD1 10 W-40 Cİ-4/SL 4 l, qiyməti 75 manat olan 2 ədəd KİXX Multi ATF 4 l, qiyməti 12 manat olan 1 ədəd KİXX Power Steering 1 l olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərindəki malların, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar iddiaçı ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh Təvəkkül oğlu arasında 06 dekabr 2019-cu il tarixli, 0266-FCT-GM/19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə alıcıya satmağı və alıcı isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh Təvəkkül oğluna iddiaçı tərəfindən ümumi dəyəri 979,90 (doqquz yüz yetmiş doqquz manat 90 qəpik) manat dəyərində məhsul satılmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin sözügedən müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin yalnız 89,90 (səksən doqquz manat 90 qəpik) manat hissəsini ödəmiş, qiyməti 15,30 manat olan 2 ədəd KİXX AF/Coolant 1 l, qiyməti 21,25 manat olan 1 ədəd KİXX AF/Cooland 3 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 1 l, qiyməti 84 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 4 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF MULTİD 1 l, qiyməti 96 manat olan 2 ədəd KİXX CVTF 4 l, qiyməti 20,40 manat olan 2 ədəd KİXX D1/C3 5W-30 1 l, qiyməti 95,20 manat olan 2 ədəd KİXX D1/RV 5W-30 5 l, qiyməti 13,50 manat olan 2 ədəd KİXX G 10W-40 SL 1 l, qiyməti 48 manat olan 2 ədəd KİXX G 10V-40 SL 4 l “Plastic Packing”, qiyməti 17 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1 l, qiyməti 21,75 manat olan 1 ədəd KİXX G1 10W-40 SN PLUS 3 l, qiyməti 57 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4 l “İron Packing”, qiyməti 63 manat olan 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4 l, qiyməti 19,50 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1 l, qiyməti 72 manat olan 2 ədəd KİDXX G1 5W-30 SN PLUS 4 l “İron packing”, qiyməti 19 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1 l, qiyməti 27 manat olan 1 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 15 manat olan 2 ədəd KİXX HD1 10V-40 Cİ-4/SL 1 l, qiyməti 56 manat olan 2 ədəd KİXX HD1 10W- 40 Cİ-4/SL 4 l, qiyməti 75 manat olan 2 ədəd KİXX Multi ATF 4 l, qiyməti 12 manat olan 1 ədəd KİXX Power Steering 1 l olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərindəki malların nə dəyərini ödəmiş, nə də həmin malları müəssisəyə geri qaytarmışdır. Yekun olaraq 06 dekabr 2019-cu il tarixli, 0266-FCT-GM/19 saylı müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə toplam 890 (səkkiz yüz doxsan) manat məbləğində borcu mövcuddur. İddiaçının müvafiq müqavilənin 2.4.3-cü bəndinə əsasən alıc” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin bəndə və Mülki Məcəllənin tələblərinə əsaslanaraq iddiaçı tərəfindən Cavabdeh ilə 06 dekabr 2019-cu ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Yuxarıda siyahısı qeyd edilən 890 (səkkiz yüz doxsan) manat dəyərindəki malların dəyərini ödəməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir.
3. İddiaçı tərəfindən 22 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur.
4. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Belə ki, iş materiallarından görünür ki, “satıcı” - "xxxx" MMC (daha sonra adı dəyişdirilərək İddiaçı olmuşdur) “alıcı” - Cavabdeh arasında 06 dekabr 2019-cu il tarixli 0266-FCT-GM/19 nömrəli müqavilə bağlanmışdır.
8. 06 dekabr 2019-cu il tarixli 0266-FCT-GM/19 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satır, alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir.
9. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır.
10. Həmin müqavilənin 2.2.1-ci və 2.2.2-ci bəndlərinə əsasən satıcı ona məxsus olan rəflə və məhsullarla alıcını təmin etməli və alıcının verdiyi məlumata əsaslanaraq həftədə bir dəfə satılmış məhsulları yeniləri ilə əvəz etməlidir.
11. Həmin müqavilənin 2.4.3-cü bəndinə əsasən satıcı 1 (bir) ay ərzində heç bir satış olmadığı təqdirdə rəfi, məhsulları götürərək müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
12. İş materiallarında olan 06 dekabr 2019-cu il tarixli “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” 01 nömrəli akta əsasən 06 dekabr 2019-cu il tarixli 0266-FCT-GM/19 nömrəli ehtiyat hissələrin satışı müqaviləsi üzrə sifarişçi fiziki şəxs Cavabdeh və satıcı "Grand Motors” MMC göstərilən müqavilənin şərtlərinə əsasən sifarişçinin sifarişinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında qiyməti 15,30 manat olan 2 ədəd KİXX AF/Coolant 1 l, qiyməti 21,25 manat olan 1 ədəd KİXX AF/Cooland 3 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 1 l, qiyməti 84 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 4 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF MULTİD 1 l, qiyməti 96 manat olan 2 ədəd KİXX CVTF 4 l, qiyməti 20,40 manat olan 2 ədəd KİXX D1/C3 5W- 30 1 l, qiyməti 95,20 manat olan 2 ədəd KİXX D1/RV 5W-30 5 l, qiyməti 13,50 manat olan 2 ədəd KİXX G 10W-40 SL 1 l, qiyməti 48 manat olan 2 ədəd KİXX G 10V-40 SL 4 l “Plastic Packing”, qiyməti 17 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1 l, qiyməti 21,75 manat olan 1 ədəd KİDXX G1 10W-40 SN PLUS 3 l, qiyməti 57 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4 l “İron Packing”, qiyməti 18 manat olan 2 ədəd KİXX G1 5W- 20 SN 1 l, qiyməti 63 manat olan 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4 l, qiyməti 19,50 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1 l, qiyməti 72 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4 l, qiyməti 19 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1 l, qiyməti 27 manat olan 1 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 72 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 15 manat olan 2 ədəd KİXX HD1 10 W -40 Cİ-4/SL 1 l, qiyməti 56 manat olan 2 ədəd KİXX HD1 10 W-40 Cİ-4/SL 4 l, qiyməti 75 manat olan 2 ədəd KİXX Multi ATF 4 l, qiyməti 12 manat olan 1 ədəd KİDXX Power Steering 1 l olmaqla, ümumi dəyəri 979,90 manat olan mallar satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul edilmişdir.
13. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən “X1” MMC (İddiaçı) ilə Cavabdeh arasında bağlanmış 6 dekabr 2019-cu il tarixli, 0226-FCT- GM/19 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 89,90 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hazırkı maliyyə arayışının tərtib edildiyi günə cavabdehin ümumi olaraq 890 manat məbləğində yekun borcu yaranmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında malların alqısatqısına dair 06 dekabr 2019-cu il tarixli 0266-FCT-GM/19 nömrəli müqavilə bağlanmış, 06 dekabr 2019-cu il tarixli “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” 01 nömrəli akta əsasən ümumi dəyəri 979,90 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. Buna görə hazırkı iddia ərizəsində ümumilikdə 890 (səkkiz yüz doxsan manat) manat dəyərindəki malların, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi xahiş olunmuşdur.
18. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli 0266-FCT-GM/19 nömrəli müqavilə üzrə sonuncu öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də Cavabdeh qeyd edilən müqavilə üzrə satılmış, qiyməti 15,30 manat olan 2 ədəd KİXX AF/Coolant 1 l, qiyməti 21,25 manat olan 1 ədəd KİXX AF/Cooland 3 l, qiyməti 21 manat olan 2 ədəd KİDXX ATF DX-Vİ 1 l, qiyməti 84 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 4 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF MULTİ 1 l, qiyməti 96 manat olan 2 ədəd KİXX CVTF 4 l, qiyməti 20,40 manat olan 2 ədəd KİXX D1/C3 5W-30 1 l, qiyməti 95,20 manat olan 2 ədəd KİXX D1/RV 5W-30 5 l, qiyməti 13,50 manat olan 2 ədəd KİXX G 10W-40 SL 1 l, qiyməti 48 manat olan 2 ədəd KİXX G 10 W-40 SL 4 l “Plastic Packing”, qiyməti 17 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1 l, qiyməti 21,75 manat olan 1 ədəd KİXX G1 10W-40 SN PLUS 3 l, qiyməti 57 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4 l “İron Packing”, qiyməti 63 manat olan 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4 l, qiyməti 19,50 manat olan 2 ədəd KİDXX G1 5W-30 SN PLUS 1 l, qiyməti 72 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4 l “İron packing”, qiyməti 19 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1 l, qiyməti 27 manat olan 1 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 15 manat olan 2 ədəd KİXX HD1 10 W -40 Cİ-4/SL 1 l, qiyməti 56 manat olan 2 ədəd KİXX HD1 10 W-40 Cİ-4/SL 4 l, qiyməti 75 manat olan 2 ədəd KİXX Multi ATF 4 l, qiyməti 12 manat olan 1 ədəd KİXX Power Steering 1 l olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərindəki malların, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin cavabdehdən alınaraq İddiaçınə verilməsi barədə iddia tələbi əsaslıdır.
26. İddia tələbinin “ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 06 dekabr 2019-cu il tarixli, 0266-FCT-GM/19 nömrəli müqaviləyə əsasən satılmış, qiyməti 15,30 manat olan 2 ədəd KİXX AF/Coolant 1 l, qiyməti 21,25 manat olan 1 ədəd KİXX AF/Cooland 3 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 1 l, qiyməti 84 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 4 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF MULTİ 1 l, qiyməti 96 manat olan 2 ədəd KİXX CVTF 4 l, qiyməti 20,40 manat olan 2 ədəd KİXX D1/C3 5W-30 1 l, qiyməti 95,20 manat olan 2 ədəd KİXX D1/RV 5W-30 5 l, qiyməti 13,50 manat olan 2 ədəd KİXX G 10W-40 SL 1 l, qiyməti 48 manat olan 2 ədəd KİXX G 10 W -40 SL 4 l “Plastic Packing”, qiyməti 17 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1 l, qiyməti 21,75 manat olan 1 ədəd KİXX G1 10W-40 SN PLUS 3 l, qiyməti 57 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4 l “İron Packing”, qiyməti 63 manat olan 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4 l, qiyməti 19,50 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1 l, qiyməti 72 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4 l “İron packing”, qiyməti 19 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1 l, qiyməti 27 manat olan 1 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 15 manat olan 2 ədəd KİXX HD1 10 W -40 Cİ- 4/SL 1 l, qiyməti 56 manat olan 2 ədəd KİXX HD1 10 W-40 Cİ-4/SL 4 l, qiyməti 75 manat olan 2 ədəd KİXX Multi ATF 4 l, qiyməti 12 manat olan 1 ədəd KİXX Power Steering 1 l olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərində mallar alınaraq İddiaçınə qaytarılmalı, malların qaytarılması mümkün olmadıqda həmin malların dəyəri olan cəmi 890 (səkkiz yüz doxsan) manat məbləğində pul vəsaiti cavabehdən iddiaçının xeyrinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.
30. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabeh Cavabdeh 06 dekabr 2019-cu il tarixli, 0266-FCT-GM/19 nömrəli müqaviləyə əsasən satılmış, qiyməti 15,30 manat olan 2 ədəd KİXX AF/Coolant 1 l, qiyməti 21,25 manat olan 1 ədəd KİXX AF/Cooland 3 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 1 l, qiyməti 84 manat olan 2 ədəd KİXX ATF DX-Vİ 4 l, qiyməti 21 manat olan 2 ədəd KİXX ATF MULTİ 1 l, qiyməti 96 manat olan 2 ədəd KİXX CVTF 4 l, qiyməti 20,40 manat olan 2 ədəd KİXX D1/C3 5W-30 1 l, qiyməti 95,20 manat olan 2 ədəd KİXX D1/RV 5W-30 5 l, qiyməti 13,50 manat olan 2 ədəd KİXX G 10W-40 SL 1 l, qiyməti 48 manat olan 2 ədəd KİXX G 10 W -40 SL 4 l “Plastic Packing”, qiyməti 17 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1 l, qiyməti 21,75 manat olan 1 ədəd KİXX G1 10W-40 SN PLUS 3 l, qiyməti 57 manat olan 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4 l “İron Packing”, qiyməti 63 manat olan 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4 l, qiyməti 19,50 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1 l, qiyməti 72 manat olan 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4 l “İron packing”, qiyməti 19 manat olan 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1 l, qiyməti 27 manat olan 1 ədəd KİXX G1 5W-40 SN PLUS 3 l, qiyməti 15 manat olan 2 ədəd KİXX HD1 10 W -40 Cİ-4/SL 1 l, qiyməti 56 manat olan 2 ədəd KİXX HD1 10 W-40 Cİ-4/SL 4 l, qiyməti 75 manat olan 2 ədəd KİXX Multi ATF 4 l, qiyməti 12 manat olan 1 ədəd KİXX Power Steering 1 l olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat dəyərində mallar alınaraq İddiaçınə qaytarılsın. Malların qaytarılması mümkün olmadıqda həmin malların dəyəri olan cəmi 890 (səkkiz yüz doxsan) manat məbləğində pul vəsaiti cavabeh Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev