Məhkəmə qərarları › İş №e-2-2(119)-1304/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1304/2025

03.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1304/2025 03.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh4 və ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qaytarılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş ümumi sahəsi 254 kv.m. olan torpaq sahəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən götürülərək iddiaçıya qaytarılması, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin Cavabdeh1 hesabına sökülməsi, Cavabdeh1 həmin ünvanda yerləşən sahəsi 122,21 kv.m. olan torpaq sahəsi üzərində istifadə hüququ və torpaq üzərində inşa edilmiş sahəsi 195,9 kv.m. olan qeyriyaşayış binası üzərində mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilərək həmin daşınmaz əmlaklar üzərində hüququna dair Cavabdeh1 adına verilmiş reyestr çıxarışının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş sahəsi 122,21 kv.m. olan torpaq sahəsi istifadə hüququ ilə, həmin torpağın üzərində yerləşən sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış sahəsi isə mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçının işçiləri tərəfindən mütəmadi aparılan monitorinq tədbirləri zamanı hüquqmüəyyənedici sənədlərdəki qeydiyyata zidd olaraq Cavabdeh1 bələdiyyə mülkiyyətinə aid edilmiş ümumilikdə 254 kv.m. torpaq sahəsində tikili inşa etdirdiyi, eləcə də qeyri-yaşayış obyektinin texniki pasport göstəriciləri üzrə ikimərtəbəli tikilinin planlaşdırıldığı halda onun tərəfindən üçmərtəbəli və əlavə olaraq mansard tipli tikilinin inşa edildiyi müəyyən edilmişdir. Başqa sözlə, Cavabdeh1 bələdiyyə mülkiyətinə aid edilmiş 122,21 kv.m. torpaq sahəsi üzərində istifadə hüququ qeydiyyata alındığı halda, əlavə olaraq 132 kvadrat metrə yaxın torpaq sahəsini də zəbt edərək həmin torpaqda qanunsuz tikinti işlərini həyata keçirmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş sahəsi 122,21 kvadrat metr olan torpaq sahəsi istifadə hüququ ilə, həmin torpağın üzərində yerləşən sahəsi 195,9 kvadrat metr olan qeyri-yaşayış sahəsi isə mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınarkən də qanunsuzluğa yol verilmişdir. Belə ki, araşdırmalar zamanı üzərində Cavabdeh1 istifadə hüququ qeydiyyata alınmış 122,21 kv.m. torpaq sahəsinin iddiaçı tərəfindən Cavabdeh1 ayrılması barədə bələdiyyənin inzibati aktı, yaxud həmin torpağa dair hər hansı şəxsin istifadə hüququnun Cavabdeh1 keçməsinə razılıq verilməsi halı müəyyən edilməmişdir. Eyni zamanda torpaq sahəsi bələdiyyə tərəfindən Cavabdeh1 ayrılmadığından həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair aparılmış qeydiyyat da qanunsuz olaraq həyata keçirilmişdir. Məlum olduğu kimi, bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin hazırkı vəziyyətdə görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və həmin torpaqdakı tikili üzərində 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qanunsuz olaraq qeydiyyat aparılmışdır. Bununla da iddiaçının mülkiyyət hüququ aşkar şəkildə pozulmuşdur. Belə ki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən iddiaçıya təhvil verilmişdir. Mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu və Cavabdeh1 hər hansı hüquqla ayrılmadığı halda, həmin torpaq sahəsinin bir hissəsinin istifadə hüququ ilə, üzərindəki tikilinin də mülkiyyət hüququ ilə cavabdehin adına dövlət qeydiyyatına alınması qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına görə iddiaçının mülkiyyətinə verilmiş və hazırda da bələdiyyə mülkiyyətindədir. Cavabdeh1 bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qanunsuz şəkildə əlavə tikinti işlərini həyata keçirməsi, eləcə də bələdiyyənin hüquqmüəyyənedici sənədi olmadan bələdiyyə torpağı və üzərindəki tikili üzərində onun hüquqlarının qeydiyyata alınması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan, mübahisənin məhkəmədənkənar qaydada nizama salınması ilə bağlı cavabdehlərə edilmiş müraciət öz müsbət nəticəsini vermədiyindən, iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı yuxarıda sadalanan sənədlərin mötəbərliyini mübahisələndirməyi və zəbt edilmiş torpağın geri qaytarılması məqsədilə məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri saymışdır. İddiaçı 23 sentyabr 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəməyə verdiyi məlumatlar və təqdim etdiyi müvafiq sənədlər əsasında yeni faktlar və iş üçün əhəmiyyət kəsb edən hallar aşkara çıxarıldığı üçün iddia tələblərinin həcmi artırılmaqla iddia ərizəsinə dəyişiklik edilməsi qərara alınmışdır. Belə ki,məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi icarə hüququ ilə, üzərində inşa edilmiş tikili isə mülkiyyət hüququ ilə 18 may 2007-ci il tarixdə “Eria” kiçik müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. 22 aprel 2013-cü il tarixdə mübahisəli torpaq sahəsi və üzərindəki tikililərə dair eyni hüquqlarla Cavabdeh3 ASC-nin adına dövlət qeydiyyatı aparılmış, 31 may 2013-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi və ona əsasən verilmiş 07 iyun 2013-cü il tarixli reyestr çıxarışı əsasında sözügedən torpaq sahəsi üzərində icarə hüququ, üstündəki tikili üzərində isə mülkiyyət hüququ Cavabdeh4 keçmişdir. Halbuki, qeyd edilən müqavilə bağlanılarkən torpağın mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsinin razılığı alınmamış və torpaq sahəsi üzərində icarə hüququ torpağın mülkiyyətçisinin məlumatı və razılığı olmadan özgəninkiləşdirilmişdir. Cavabdeh4 ilə Cavabdeh1 arasında 13 iyun 2024-cü il tarixli bağışlama müqaviləsi bağlanılarkən də torpağın mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsinin razılığı alınmamış və həmin müqavilə əsasında tikili mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınarkən, torpaq sahəsi istifadə hüququ ilə sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Həm sadalanan müqavilələr bağlanılarkən, həm də mübahisəli daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən aşkar qanun pozuntularına yol verilmişdir. Bu pozuntular yuxarıda sadalanan müvafiq müqavilələr bağlanılarkən torpağın mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsinin iradəsi ziddinə torpaq üzərində hüquqların özgəninkiləşdirilməsində və bu qanunsuz müqavilələr əsasında daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınmasında özünü biruzə vermişdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş sahəsi 122,21 kv.m. olan torpaq sahəsi və üzərində yerləşən sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh3 ASC ilə Cavabdeh4 arasında bağlanılmış 31 may 2013- ü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin daşınmaz əmlaklarla bağlı Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanılmış 13 iyun 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilələrin doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna, sahəsi 122,21 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququna dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Cavabdeh1 həmin ünvanda yerləşən sahəsi 122,21 kv.m. olan torpaq sahəsi üzərində istifadə hüququ və torpaq üzərində inşa edilmiş sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilərək həmin daşınmaz əmlaklar üzərində hüququna dair Cavabdeh1 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş ümumi sahəsi 254 kv.m. olan torpaq sahəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən götürülərək Sumqayıt bələdiyyəsinə qaytarılması, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin Cavabdeh1 hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 21 oktyabr 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə araşdırmalarının gedişində bələdiyyə işçiləri tərəfindən yerində aparılmış ölçmə işləri nəticəsində Cavabdeh1 adına verilmiş hüquqmüəyyənedici sənəddə istifadəsində olan torpağın ölçüsü 122,21 kv.m. göstərildiyi halda, sonuncunun üzərində qeyri-yaşayış obyekti inşa edərək faktiki istifadə etdiyi torpağın ölçüsünün 220 kv.m. olduğu müəyyən edilmişdir. Bununla da Cavabdeh1 bələdiyyə mülkiyyətinə aid edilmiş 97,79 kv.m. torpaq sahəsini zəbt etdiyi və həmin sahədə də qanunsuz tikinti işlərini apardığı müəyyən edilmişdir. Bu səbəbdən Sumqayıt bələdiyyəsi zəbt edilmiş torpağın geri qaytarılması və aparılmış özbaşına tikinti işlərinin nəticələrinin aradan qaldırılması məqsədilə iddia ərizəsinə dəyişiklik edilməklə iddia tələblərinin həcminin artırılmasını zəruri sayır. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş sahəsi 122,21 kv.m. olan torpaq sahəsi və üzərində yerləşən sahəsi 195,9 kv.m. olan qeyriyaşayış sahəsi ilə bağlı Cavabdeh3 ASC ilə Cavabdeh4 arasında bağlanılmış 31 may 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin daşınmaz əmlaklarla bağlı Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanılmış 13 iyun 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilələrin doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən sahəsi 195,9 kv.m. olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququna, sahəsi 122,21 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququna dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Cavabdeh1 həmin ünvanda yerləşən sahəsi 122,21 kv.m. olan torpaq sahəsi üzərində istifadə hüququ və torpaq üzərində inşa edilmiş sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilərək həmin daşınmaz əmlaklar üzərində hüququna dair Cavabdeh1 adına verilmiş reyestr çıxarışının ləğv olunması, ünvan 1 ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid edilmiş ümumi sahəsi 220 kv.m. olan torpaq sahəsinin Cavabdeh1 qeyriqanuni sahibliyindən götürülərək Sumqayıt bələdiyyəsinə qaytarılması, ümumi sahəsi 220 kv.m.olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin Cavabdeh1 hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 04 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh3 ASC ilə Cavabdeh4 arasında rəsmiləşdirilmiş alğı-satğı müqaviləsinin etibarsızlığı iddiaçı tərəfindən mübahisələndirilir. Lakin bu tələbin hansı əsasla formalaşması və əqdin etibarsızlığının mübahisələndirilməsi ləğvedici Əmanətlərin Sığortalanması Fonduna bəlli deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən etibarsız əqdlər üzrə konkret və imperativ tələblər mövcuddur. İddia ərizəsi və ya dəyişdirilməyə dair ərizədə sözügedən tələblərdən hansının pozulması şərtilə əqdin bağlanmasının qanunsuzluğu, habelə əqdin etibarsızlığı müəyyən edilməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş sənədlərdə mübahisələndirilən əqd mövcud deyildir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi hazırki iş üzrə iddiaçı istinad edir ki, Cavabdeh3 ASC tərəfindən özgəninkiləşdirilən tikili ona məxsus torpaq üzərində tikilmişdir. Bu o deməkdir ki, həmin tikilinin mövcudluğundan iddiaçının məlumatı olmuşdur. Faktiki olaraq tikilinin mövcudluğunu iddiaçı bilməli idi. İddiaçının istinad etdiyi müqavilənin rəsmiləşdirilməsindən 13 ilə yaxın vaxt keçmişdir. Lakin həmin əqdin mübahisələndirməsi vaxtı qanunla müəyyənləşdirilmişdir və bu müddət 1 il təşkil edir. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu göstərilənlərin nəzərə alınaraq, məhkəmədən iddia tələbinin Cavabdeh3 ASC ilə Cavabdeh4 arasında rəsmiləşdirilmiş alğı-satğı müqaviləsinin etibarsızlığı hissəsində baxılmamış saxlanılması, bu mümkün olmadığı təqdirdə həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, məhkəməyə təqdim edilən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254 kvadrat metr olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Lakin sözügedən torpaq sahəsi üzrə Sumqayıt bələdiyyəsində torpaq ayrılması ilə bağlı sənəd yoxdur. Bundan əlavə, 1998-ci ildə bələdiyyələr formalaşmadığından mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur və güman ki, daha sonra həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 sentyabr 2025-ci il tarixli məktubunda qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hər hansı müqavilə təqdim edilmədiyindən torpaq sahəsi bələdiyyə mülkiyyəti istifadə hüququ kimi göstərilsə də, bununla razılaşmır. Belə ki, sahibkarlıq subyektlərinə torpaq sahələri istifadəyə yox, yalnız icarəyə verilir. Lakin 20 iyun 2024-cü il tarixli Cavabdeh1 məxsus çıxarışda torpaq sahəsi üzərində hüququn növü istifadə kimi qeyd edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin hansısa biri torpaq ayırma sənədləri deyil, həmin sənədlər layihələndirmə sənədləridir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə ki, “ERİA” kiçik müəssisəsi ilə bələdiyyə arasında torpaq sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Digər tərəfdən torpaq sahələrinin icarəçiləri dəyişərkən bələdiyyədən razılıq məktubu alınmalıdır. Lakin bu torpaq sahəsi ilə bağlı həyata keçirilmiş proseslərdən bələdiyyənin məlumatı olmamışdır. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. İddia müddətinin ötürüldüyünü hesab edir. Belə ki, iddiaçının nümayəndəsi bildirir ki, torpaq sahəsinə görə bələdiyyəyə icarə haqqı ödənilmişdir. Bu ödənişlərin gecikdirilməsinə baxmayaraq, iddiaçının hansı səbəbdən bu qədər müddət sonra ərizə ilə məhkəməyə müraciət etməsi məlum deyildir. Hazırkı vaxtda Cavabdeh3 ASC ləğv prosesindədir və bu proses başa çatmaq üzrədir. Ola bilər ki, torpaq sahəsi “bələdiyyə sənədi” ilə özəlləşdirilmişdir. İddiaçının bu məzmunda iddiası cavabdehin ləğv prosesinin gedişinə mənfi təsir göstərir. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 01 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ölkə xaricində olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən məhkəmə iclsasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 23 sentyabr 2025-ci il, 21 oktyabr 2025-ci il və 05 noyabr 2025-ci il tarixli iclaslarında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişdir ki, bələdiyyənin hansı icarə müqaviləsindən bəhs etdiyi ona məlum deyildir. Sumqayıt bələdiyyəsi iş materiallarında olan icarə müqaviləsinin bağlandığı 2007-ci ildən sonra hazırkı vaxtadək mülkiyyətçilərlə icarə müqaviləsi bağlamamışdır. 1994-cü ildə inşa edilmiş qeyri-yaşayış binalarına 1998-ci ildə çıxarış alınmış, həmin vaxtdan sonra 3 mülkiyyətçi dəyişilmişdir. Lakin bələdiyyə icarə müqaviləsi bağlamamışdır. İddiaçı tədiyə bildirişi göndərməyə davam etdiyindən onun özü 2024-cü ildə icarə müqaviləsinin bağlanması ilə bağlı müraciət etmişdir. Hazırkı vaxta qədər icarə haqqı üzrə təxminən 1000 manat məbləğində ödəniş həyata keçirmişdir. Bələdiyyə həm ödənişləri tələb edir, həm də torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edir. Bu ağlabatan deyildir. Çünki bələdiyyə tərəfindən hazırkı vaxta qədər bununla bağlı hər hansı tədbir görülməmişdir. Əgər hər hansı tədbir görülmüşdürsə, bununla bağlı sənədlər iddiaçı tərəfindən təqdim edilməlidir. Eyni zamanda 18 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsində torpaq sahəsinin mülkiyyətçisi barədə hər hansı qeyd mövcud olmamışdır. Ola bilər ki, sonradan müvafiq torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. Bu barədə sənəd də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. 2007-ci ildə iddiaçı ilə “Eria” kiçik müəssisəsi arasında icarə müqaviləsi bağlanmışdır. Ola bilsin ki, “Eria” kiçik müəssisəsi tərəfindən torpaq sahəsi ipoteka ilə yüklü edildiyi üçün 18 may 2007-ci il tarixində torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası barəsində çıxarış yenilənmişdir. Belə ki, 2007-ci il tarixli icarə müqaviləsinin predmetini təşkil edən torpaq sahəsinin əlavə torpaq sahəsi, yoxsa həmin torpaq sahəsi olması məlum deyildir və təqdim edilmiş sənədlərlə də bu halın müəyyənləşdirilməsi mümkün deyildir. Həmin icarə müqaviləsi də qanunsuz olaraq bağlanmışdır. Bələdiyyə çıxarış olmadan belə bir müqavilə bağlaya bilməzdi. Eyni zamanda, hesab edir ki, onunla da müqavilə məhz belə bir çıxarışın olmaması səbəbindan bağlanılmamışdır. Özəlləşdirmə ilə bağlı müraciət etmişdir və güman ki, özəlləşdirmə barədə müqaviləni də bələdiyyə ilə deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlayacaqdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin 02 sentyabr 2025ci il tarixli e-2-2(119)-1304/2025 nömrəli sorğusuna 16 sentyabr 2025-ci il tarixli 3-21-3- 31/2-3607/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası 18 mart 1998-ci il tarixli 83 nömrəli qeydiyyat vəsiqəsi və 10 may 2007-ci il tarixli 413 nömrəli Sumqayıt bələdiyyəsi ilə bağlanmış torpaq icarə müqaviləsi əsasında “Eria” kiçik müəssisəsinin adına qeydiyyata alınaraq 18 may 2007-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hərrac təşkilatının açıq hərracın yekunlarına dair 04 aprel 2013-cü il tarixli 21/01 nömrəli protokolu və “İflas prosesində olan” Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin 12 aprel 2013-cü il tarixli 013/21 nömrəli məktubu əsasında sözügedən qeyri-yaşayış binası Cavabdeh3 ASC-nin adına qeydiyyata alınaraq 22 aprel 2013-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 31 may 2013-cü il tarixli 4Ə1/95 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən qeyri-yaşayış binası Cavabdeh4 adına qeydiyyata alınaraq 07 iyun 2013-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 13 iyun 2024-cü il tarixli 4Ə 849 nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən qeyri-yaşayış binası Cavabdeh1 adına qeydiyyata alınaraq, 20 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Həmçinin sözügedən qeyri-yaşayış binası üzərində müvafiq əqdlər əsasında mülkiyyət hüququ qeydiyyata alınsa da, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hər hansı müqavilə təqdim olunmadığından torpaq sahəsi bələdiyyə mülkiyyəti istifadə hüququ kimi göstərilmişdir. Həmin məktuba aşağıdakı sənədlər qoşma edilmişdir: - İş materiallarında olan icarədar qismində Sumqayıt şəhər bələdiyyəsi və icarəçi qismində "Eria" kiçik müəssisəsi arasında bağlanmış 10 may 2007-ci il tarixli 413 nömrəli torpaq icarəsi müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarədar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-11Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli 67 nömrəli qərarına əsasən Sumqayıt şəhər X4 05 iyun 1992-ci il tarixli protokol № 100 saylı sərəncamı və X1nin 83 saylı qeydiyyat vəsiqəsi əsasında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 122,21 kv.m. (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi onu qəbul edir. - İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən verilmiş 83 nömrəli qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon Niyazi küçəsində yerləşən ticarət mağazası "Eria" kiçik müəssisəsinin adına mülkiyyət hüququ əsasında 18 mart 1998-ci il tarixdə 19 nömrəli reyestr kitabında 21-ci səhifədə 83 reyestr nömrəsi ilə qeydə alınmışdır. - İş materiallarında olan Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən 18 may 2007-ci il qeydiyyat tarixli **********91-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, MH seriyalı ******* nömrəli çıxarışda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində icarəsində olan 0,012221 ha torpaq sahəsində yerləşən 2 girişli, 195,86 kv.m ümumi, 50,22 kv.m əsas, 145,64 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (ticarət mağazası) tam mülkiyyət hüququ üzrə "Eria" kiçik müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İş materiallarında olan ipoteka saxlayan qismində Cavabdeh3 ASC ilə ipoteka qoyan qismində "Eria" kiçik müəssisəsi arasında bağlanmış 18 may 2007-ci il tarixli ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən, kredit (faizlə) qaytarılana qədər 08 may 2012ci il tarixinə 168-S saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən 18 may 2007-ci il tarixli MH seriyalı ******* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində icarəsində olan 0,012221 ha torpaq sahəsində yerləşən 2 girişli, 195,86 kv.m ümumi, 50,22 kv.m əsas, 145,64 kv.m köməkçi sahədən ibarət tam mülkiyyət hüququ üzrə "Eria" kiçik müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmış 2 mərtəbəli qeyri-yaşayış binasını ipoteka ilə yükləməyi öz öhdəsinə götürür. - İş materiallarında olan Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən 18 may 2007-ci il qeydiyyat tarixli **********91-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Sumqayıt şəhəri, 13cü mikrorayon, Niyazi küçəsində icarəsində olan 0,012221 ha torpaq sahəsində yerləşən 2 girişli, 195,86 kv.m. ümumi, 50,22 kv.m. əsas, 145,64 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (ticarət mağazası) tam mülkiyyət hüququ üzrə "Eria" kiçik müəssisəsinə məxsusdur. - İş materiallarında olan Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən 12 mart 2009-cu il qeydiyyat tarixli **********91-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda qeyd edilmişdir ki, "Eria" kiçik müəssisəsinə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən qeyri-yaşayış binası (ticarət mağazası) Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hərrac təşkilatının açıq hərracın yekunlarına dair 04 aprel 2013-cü il tarixli 21/01 nömrəli protokolundan görünür ki, "Eria" kiçik müəssisəsinə məxsus olan Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 0,012221 ha torpaq sahəsində yerləşən 2 girişli yaşayış və qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracın qalibi Cavabdeh3 ASC olmuşdur. - İş materiallarında olan Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən 22 aprel 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 195,86 kv.m. olan qeyriyaşayış binası Cavabdeh3 ASC-nin xüsusi mülkiyyətindədir. Həmin çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilmişdir. - İş materiallarında olan satıcı qismində Cavabdeh3 ASC ilə alıcı qismində Cavabdeh4 arasında bağlanmış 31 may 2013-cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlak Dövlət Reyestrinin Sumqayıt şəhər Ərazi idarəsinin 22 aprel 2013-cü il tarixli (qeydiyyat nömrəsi:**********, reyestr nömrəsi: **********91-06301) RX seriyalı ******* nömrəli çıxarışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin 02 may 2013-cü il tarixli 142502 nömrəli arayışına əsasən məxsus olan ünvan 4 ünvanında yerləşən "Birlikbank” ASC-yə məxsus olan 2 mərtəbəli mağaza, tikinti sahəsi 122,21 kv.m olan, 0,0122 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını mağazani alıcı Cavabdeh4 mülkiyyətinə verir. - İş materiallarında olan Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 195,9 kv.m. olan qeyriyaşayış binası Cavabdeh4 xüsusi mülkiyyətindədir. Həmin çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilmişdir. - İş materiallarında olan hədiyyə verən qismində Cavabdeh4 və hədiyyə alan qismində Cavabdeh1 arasında bağlanmış 13 iyun 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin 1-ci bəndinə əsasən, hədiyyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən müqavilədə göstərilən hissəni (hissələri) hədiyyə alanın mülkiyyətinə verir. - İş materiallarında olan Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən 20 iyun 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmin çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İstifadə” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəmənin 07 noyabr 2025-ci il tarixli e-2-2(119)-1304/2025 nömrəli sorğusuna verilmiş 02 dekabr 2025-ci il tarixli 3-48-DA-10F/2-236/1/2025 nömrəli məktuba qoşma kimi əlavə edilmiş Sumqayıt şəhər X4 05 iyun 1992-ci il tarixli 100 nömrəli sərəncamı ilə Sumqayıt şəhər X4 torpaq komissiyasının 22 may 1992-ci il 3 nömrəli protokoluna əsaslanaraq "Eria" kiçik müəssisəsinə mağaza tikmək üçün 13-cü mikrorayonda 100 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Sumqayıt “Su Kanal” İdarəsinə, "xxxx" ASC "xxxx" MMC-yə, Sumqayıt şəhər Telekommunikasiya Qovşağına, “Sumqayıt istiliktəchizat” İdarəsinə və “Sumqayıtqaz” Qİİ-yə ünvanlanmış 28 avqust 2013-cü il tarixli 346 nömrəli məktubun məzmununda “Sumqayıt bələdiyyəsinə 13-cü mikrorayon ərazisində sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövqe planının razılaşdırmaq üçün göndərildiyi” qeyd edilmişdir. "xxxx" ASC "xxxx" MMC tərəfindən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə ünvanlanmış məktubun məzmununda Sumqayıt bələdiyyəsinə 13-cü mikrorayon ərazisində sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsindən Sumqayıt Elektrik Şəbəkəsinə məxsus 35-10-6-0,4 kV-luq kabel və hava xəttinin keçmədiyi və obyektin mühafizə zolağına düşmədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********91-06301 reyestr nömrəli, 83 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən mağaza üzrə hüquq subyekti Cavabdeh4 olmuşdur. İş materiallarına, həmçinin mədaxil qəbzləri və tədiyə bildirişləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12-ci maddəsinin birinci cümləsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiqatı dövründə aidiyyəti orqanlara sorğular verilməklə mübahisəli torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası ilə bağlı hüquqmüəyyənedici sənədlər əldə edilmişdir. Sorğulara verilmiş cavab məktublarına, o cümlədən həmin məktublara əlavə edilmiş müvafiq sənədlərə əsasən mübahisələndirilən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası ilə bağlı müəyyən edilmişdir ki, Sumqayıt şəhər X4 05 iyun 1992-ci il tarixli 100 nömrəli sərəncamı ilə "Eria" kiçik müəssisəsinə mağaza tikmək üçün Sumqayıt şəhəri 13-cü mikrorayonda 100 kv.m torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən verilmiş 83 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Sumqayıt şəhəri 13-cü mikrorayon Niyazi küçəsində yerləşən ticarət mağazası "Eria" kiçik müəssisəsinin adına mülkiyyət hüququ əsasında 18 mart 1998-ci il tarixdə 19 nömrəli reyestr kitabında 21-ci səhifədə 83 reyestr nömrəsi ilə qeydə alınmışdır. Göründüyü kimi, respublikada hələ yerli özünüidarəetmə orqanları formalaşdırılmamışdan əvvəl - 1992-ci ildə hazırda mübahisələndirilən torpaq sahəsi (sərəncama əsasən 100 kv.m ölçüdə) "Eria" kiçik müəssisəsinə ayrılmış və 1998-ci ildə isə qeyri-yaşayış binası (ticarət mağazası) üzərində "Eria" kiçik müəssisəsinin mülkiyyət hüququ qeydə alınmışdır. İşə əlavə edilmiş 10 may 2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, sözügedən torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən “Eria" kiçik müəssisəsinə icarəyə verilmişdir. Həmin icarə müqaviləsi üzrə bələdiyyənin hansı əsasla icarəyə verən qismində çıxış etməsi qeyri-müəyyəndir, iddiaçının nümayəndəsi bunu bələdiyyələr yaradıldıqdan sonra həmin torpaq sahəsinin bələdiyyəyə ayrılması ilə izah etsə də, bu halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Üstəlik, nəzərə alınmalıdır ki, həmin icarə müqaviləsinin məzmununda torpaq sahəsi ilə bağlı istinad edilən iki sənəddən birincisi - Sumqayıt şəhər X4 05 iyun 1992-ci il tarixli 100 nömrəli sərəncamı torpaq sahəsinin “Eria" kiçik müəssisəsinə ayrılması barədədir, digəri isə yuxarıda istinad edilən qeydiyyat vəsiqəsidir və həmin qeydiyyat vəsiqəsi qeyri-yaşayış binası üzərində “Eria" kiçik müəssisəsinin mülkiyyət hüququnun qeydə alındığını təsbit edir. Həmin icarə müqaviləsindən 8 gün sonra bağlanmış - 18 may 2007-ci il tarixli ipoteka müqaviləsində isə ipoteka qoyan qismində çıxış edən "Eria" kiçik müəssisəsi 0,012221 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını ipoteka saxlayan qismində Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. 18 may 2007-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində icarəsində olan 0,012221 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (ticarət mağazası) tam mülkiyyət hüququ üzrə "Eria" kiçik müəssisəsinə məxsusdur. 12 mart 2009-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, "Eria" kiçik müəssisəsinə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən qeyri-yaşayış binası (ticarət mağazası) Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonrakı dövrdə isə əmlak Cavabdeh3 ASC-nin adına rəsmiləşdirilmiş, 22 aprel 2013cü il qeydiyyat tarixli çıxarışın məzmununda “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilmişdir. 31 may 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, 0,0122 ha torpaq sahəsində yerləşən 122,21 kv.m olan, qeyri-yaşayış binası Cavabdeh3 ASC tərəfindən Cavabdeh4 satılmışdır. Eyni zamanda 07 iyun 2013-cü il qeydiyyat tarixli çıxarışda ümumi sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binasının Cavabdeh4 xüsusi mülkiyyətində olduğu, çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilmişdir; Son olaraq 13 iyun 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, ümumi sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh4 tərəfindən Cavabdeh1 bağışlanılmışdır. 20 iyun 2024-cü il qeydiyyat tarixli çıxarışda ümumi sahəsi 195,9 kv.m. olan qeyri-yaşayış binasının Cavabdeh1 xüsusi mülkiyyətində olduğu, çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İstifadə” qeyd edilmişdir. İstinad edilən sənədlərin təhlilindən aydın olur ki, hazırkı iddiaçının adı ilk dəfə olaraq 22 aprel 2013-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmişdir: çıxarışın “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə” qeyd edilmişdir. Son olaraq verilmiş 20 iyun 2024-cü il qeydiyyat tarixli çıxarışda isə “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İstifadə” qeyd edilmişdir. Şərh edilənləri nəzərə alan məhkəmə iddia tələblərini o səbəbdən əsaslı hesab etmir ki, sahəsi 122,21 kv.m torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia edən iddiaçının əsaslandığı yeganə sənəd iş üzrə Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır. Halbuki yuxarıda göstərildiyi kimi, torpaq sahəsi, ilkin olaraq 1992-ci ildə “Eria" kiçik müəssisəsinə ayrılmış, 1998-ci ildə isə qeyri-yaşayış binası (ticarət mağazası) üzərində "Eria" kiçik müəssisəsinin mülkiyyət hüququ qeydə alınmışdır. Torpaq sahəsi ilə bağlı 10 may 2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, sözügedən torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən “Eria" kiçik müəssisəsinə icarəyə verilmişdir. Lakin həmin icarə müqaviləsinin məzmununda da torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış binasının “Eria" kiçik müəssisəsinə aidiyyəti ilə bağlı yuxarıda qeyd edilmiş sənədlərə istinad edilmişdir. Həmin müqavilədən sonrakı dövrdə verilmiş iki çıxarışda - 18 may 2007ci il qeydiyyat tarixli və 12 mart 2009-cu il qeydiyyat tarixli çıxarışlarda iddiaçının hər hansı hüququna istinad edilməmişdir. Sonrakı iki çıxarışda - 22 aprel 2013-cü il qeydiyyat tarixli və 07 iyun 2013-cü il qeydiyyat tarixli çıxarışlarda “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İcarə”, 20 iyun 2024-cü il qeydiyyat tarixli çıxarışda isə “Torpaq sahəsinin mülkiyyət növü” bölməsində “Bələdiyyə”, “Torpaq sahəsinin hüququn növü” bölməsində “İstifadə” qeyd edilmişdir. İşin bu halı ilə bağlı qeydiyyatı aparan orqan, eyni zamanda iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 16 sentyabr 2025-ci il tarixli məktubunda göstərmişdir: “sözügedən qeyri-yaşayış binası üzərində müvafiq əqdlər əsasında mülkiyyət hüququ qeydiyyata alınsa da, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hər hansı müqavilə təqdim olunmadığından torpaq sahəsi bələdiyyə mülkiyyəti istifadə hüququ kimi göstərilmişdir”. Digər tərəfdən, sözügedən torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia edən iddiaçı tərəfindən iddianın verildiyi cari ilədək həmin torpaq sahəsi ilə bağlı hansısa əlaqəsinin olması, bununla bağlı hər hansı hüquqi əməliyyatlar aparılması, əgər torpaq sahəsinin üzərində qeyri-yaşayış binası tikilməklə zəbt edilməsini güman edirdisə, indiyədək məhkəməyə müraciət edilməməsinin səbəbi aydınlaşdırılmamışdır. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi 1992-ci il tarixdə “Eria” kiçik müəssisəsinə ayrılmış, 1998-ci ildə sonuncunun torpaq üzərindəki ticarət mağazasına mülkiyyət hüququ qeydə alınmışdır. Yəni iddiaçıya məlum olmalıydı ki, ona məxsus olduğunu hesab etdiyi torpaq sahəsi üzərində qeyri-yaşayış binası vardır və bu onun iddia etdiyi mülkiyyət hüququnu pozur. Eyni zamanda iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən müvafiq orqanlara ünvanlanmış 28 avqust 2013-cü il tarixli 346 nömrəli, eyni zamanda digər məktubların məzmununda sözügedən torpaq sahəsi ilə bağlı “Sumqayıt bələdiyyəsinə 13-cü mikrorayon ərazisində sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsi” olaraq bəhs edilmişdir. Məhz yuxarıda göstərilənlər Cavabdeh3 ASC ilə Cavabdeh4 arasında bağlanılmış 31 may 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanılmış 13 iyun 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə imkan vermir. Çünki həmin müqavilələrin predmeti olan qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər əmlakın ilkin qeydiyyatından başlayaraq sonrakı və sonuncu qeydiyyatına qədər (1998-ci ildə verilmiş qeydiyyat vəsiqəsi, 18 may 2007-ci il, 12 mart 2009-cu il, 22 aprel 2013-cü il, 07 iyun 2013-cü il və 20 iyun 2024-cü il qeydiyyat tarixli çıxarışlar) bütün prosesi izləməyə imkan verir, əksinə bələdiyyənin mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətinə hansı qaydada daxil olduğu müəyyən deyildir. Buna görə də iddia tələbində qeyd edilən müqavilələrin, o cümlədən onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində Niyazi küçəsi,48B ünvanında yerləşən sahəsi 195,90 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna, sahəsi 122,21 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququna dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının Cavabdeh1 həmin ünvanda yerləşən sahəsi 122,21 kvadrat metr olan torpaq sahəsi üzərində istifadə hüququ və torpaq üzərində inşa edilmiş sahəsi 195,90 kvadrat metr olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklar üzərində hüququna dair Cavabdeh1 adına verilmiş reyestr çıxarışının ləğv olunması üçün hər hansı əsas müəyyən edilmir. Eyni zamanda, iddia tələbinin torpaq sahəsi üzərində inşa edilmiş tikilinin cavabdeh Nizami Rzayevin hesabına sökülməsi barədə hissəsi də əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, bu tələbin əsaslılığı iddiaçının əvvəlki tələblərinin əsaslılığı ilə üzvi surətdə bağlıdır. Əgər torpaq sahəsi üzərində inşa edilmiş tikilinin sökülməsi tələbi müstəqil olaraq nəzərdən keçirilərsə, qeyd edilməlidir ki, Cavabdeh1 yuxarıda sadalanan əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməklə “mülkiyyət hüququ prezumpsiyası” qazanmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DDƏRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçinin mülkiyyət hüququ prezumpsiyasını yaradır”. Belə olduğu təqdirdə isə, Cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsindən irəli gələn mülkiyyətin toxunulmazlığı - başqalarının onun mülkiyyət hüquqlarına qəsd etməməsi hüququ yaranmış olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən “müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh4 və ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar