Məhkəmə qərarları › İş №e-2-2(119)-150/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-150/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-150/2024 02.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı AYSL of Man “Dialogue Freight Limited” şirkətinin Azərbaycan Respublikası filialının Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, borcun və kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı AYSL of Man “Dialogue Freight Limited” şirkətinin Azərbaycan Respublikası filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, borcun və kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xidmətlərin göstərilməsinə dair çərçivə müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə 52703,5 (əlli iki min yeddi yüz üç manat, əlli qəpik) manat məbləğində borc və 40000 (qırx min) manat məbləğində kompensasiya olmaqla, ümumillikdə 92703 (doxsan iki min yeddi yüz üç) manat məbləğində pul vəsaitinin, həmçinin 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra 14 fevral 2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək sözügedən müqavilə üzrə 37703,5 (əlli iki min yeddi yüz üç manat, əlli qəpik) manat məbləğində borc və 40000 (qırx min) manat məbləğində kompensasiya olmaqla, ümumillikdə 77703,5 (doxsan iki min yeddi yüz üç manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 02 aprel 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Eyni zamanda, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinin qaytarılması barəsində ərizə ilə məhkəməyə müraciət edərək ərizədə borc məbləğinin 01 aprel 2024-cü il tarixində ödənildiyini qeyd etmiş və bu səbəbdən ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehə qarşı verilmiş "müqavilənin ləğv edilməsi, borcun və kompensasiyanın ödənilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı AYSL of Man “Dialogue Freight Limited” şirkətinin Azərbaycan Respublikası filialının iddia ərizəsinin qaytarılması haqqında ərizəsi təmin edilsin. İddiaçı AYSL of Man “Dialogue Freight Limited” şirkətinin Azərbaycan Respublikası filialının Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, borcun və kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar