Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-150/2025 03.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 6158,27 (altı min yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 82 (səksən iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6240,27 (altı min iki yüz qırx manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi imzalanmışdır. 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilənin məqsədi data mərkəzi 1 vasitəsilə göstərilən xidmətlərin tənzimlənməsi və tərəflər arasında vahid çərçivə münasibətlərinin müəyyən edilməsi nəticəsində İddiaçı tərəfindən göstəriləcək xidmətlərin razılaşdırılmasından ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavədə göstərilmiş xdmətləri həyata keçirir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh isə xidmətlərin müqabilində əlavə və ya razılaşdırılmış digər sənədlərdə nəzərdə tutulmuş qaydada müvafiq ödənişləri həyata keçirir. 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli müqavilə üzrə İddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə ƏDV daxil 6158,27 (altı min bir yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. Bununla bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq bu günə qədər borc ödənilməmişdir. Cavabdeh nümayəndəsi Vəkil 20 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. O, ərizədə qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” çərçivə müqaviləsi imzalandığı tarixdən cavabdeh tərəfindən 30 elektron qaimə-faktura üzrə 11054,3 manat ödənilmişdir. 2023-cü ilin avqust ayı üzrə göstərilən xidmətlərə dair ödənişlər Cavabdeh MMC tərəfindən icra edilmişdir. Tərəflər arasında olan müqavilənin predmeti elektron xidmətlərin göstərilməsindən ibarətdir. Həmin xidmətlərin göstərilməsinin nəticəsini ənənəvi üsullarla sübut etmək kifayət qədər çətin məsələdir. Məsələn hazırkı halda iddiaçı xidmətlərdən istifadə edilməsini təqdim edilmiş sənədlərdən göründüyü kimi heç bir şeylə təsdiq edə bilmir. Bu kimi halların qarşısının alınması və mübahisənin yaranmaması məqsədi ilə müqaviləyə bir neçə müddəa əlavə olunmuşdur. Belə ki, müqavilənin 6.1-cı bəndinə əsasən xidmətlərdən istifadə niyyəti olan sifarişçi icraçıya yazılı sifariş göndərməlidir. Təqdim olunan sifariş formasından görünür ki, cavabdehin sifarişi xx.xx.2024-cü il tarixədək olmuşdur. 2023-cü ilin doqquzuncu ayına kimi cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi nəzərə alındıqda, dörd ay üzrə borcun olması müəyyən olur, lakin bu da heç bir halda iddia məbləğinə bərabər deyil. Bundan başqa müqavilənin 6-cı bəndinə əsasən cavabdeh sifarişləri e-mail vasitəsi ilə göndərməli, icraçının nümayəndəsi cavab e-maili ilə qiymət təklifi göndərməli, qiymət təklifi ilə cavabdeh razılaşdığı halda icraya başlanılmalı, bu sifariş forması e-mail vasitəsi ilə cavabdehə göndərilməli, sonuncu 3 iş günü ərzində email vasitəsi ilə razılıq bildirməli olduğu halda bunların heç biri məhkəməyə təqdim olunmayıb. Bu qədər korrespondensiyanın göndərilməsini sübut etmək bir texnologiya şirkəti üçün çətin bir məsələ olmamasına baxmayaraq məhkəməyə belə sübut təqdim olunmayıb və nəticə etibarı ilə sifarişin olması sübut edilməyib. Müqavilənin 6.8-ci bəndinə əsasən xidmətin göstərilməsi təhvil-təslim aktı ilə təsdiqlənməlidir ki, bu akt da sübutlar siyahısında görünmür. Çünki müqavilənin 12.6.1-ci bəndində təkrarən xidmətin göstərilməsinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməli olması, məhz bundan sonra ödənişin həyata keçirilməli olması vurğulanmışdır ki, təhvil-təslim aktı da təqdim olunmayıb. Digər tərəfdən iddia ərizəsindən cavabdehdən konkret hansı müddət üçün xidmət haqqının tələb olunduğunu, həmin müddətdə göstərilən xidmətlərin hansılar olduğunu və dəyərinin nə qədər olduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli Xidmətlərin göstərilməsi haqqında çərçivə müqaviləsinin 2-ci bəndinə əsasən icraçı müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavədə göstərilmiş xidmətləri həyata keçirir. Sifarişçi isə xidmətlərin müqabilində Əlavə və ya razılaşdırılmış digər sənədlərdə nəzərdə tutulmuş qaydada müvafiq ödənişləri həyata keçirir. Həmin müqavilənin 5.2.10-cu bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə dair ödənişlərin vaxtı-vaxtında və tam şəkildə aparılmasını həyata keçirmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən sifarişçi ödənişi əlavədə göstərilmiş xidmətlərin təsviri, şərtləri və ödəniş tələblərinə uyğun olaraq həyata keçirir. Həmin müqavilənin 12.6.2-ci bəndinə əsasən xidmətlərin göstərilməsi tamamlandıqdan sonra icraçı sifarişçiyə elektron qaimə-fakturanı göndərir. Sifarişçi elektron qaimə-fakturanı 5 iş günü ərzində təsdiqləməlidir. Sifarişçi icraçı tərəfindən göndərilən elektron qaimə-fakturanı 5 iş günü ərzində təsdiqləmədiyi təqdirdə, elektron qaimə-faktura ilə əhatə edilən xidmətlər sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. Həmin 13.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər arasında 29 yanvar 2021-ci il tarixdən yaranmış və mövcud olan münasibətlərə şamil edilir. Hazırkı müqavilə vaxtından əvvəl xitam edilmədiyi təqdirdə imzalandığı tarixdən 3 il müddətində qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 30 gün təqvim günü qalanadək tərəflərdən gər hansı biri müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş göndərmədikdə, müqavilə hər növbəti 3 il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli Xidmətlərin göstərilməsi haqqında çərçivə müqaviləsinə 08 fevral 2021-ci il tarixli 1 nömrəli Əlavəyə əsasən icraçı sifarişçiyə virtual server xidmətlərinin konfiqurasiyasına əsaslanaraq müqavilə əsasında tətbiq edilən və hazırkı Əlavə ilə müəyyən edilən şərtlər əsasında virtual server xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində Əlavə ilə müəyyən edilən qaydada tələb edilən ödənişlərin həyata keçirilməsi öhdəliyini daşıyır. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 08 fevral 2021-ci il tarixli, 41HD2021 nömrəli Xidmətlərin göstərilməsi haqqında çərçivə müqaviləsinin 08 fevral 2021-ci il tarixli 1 nömrəli Əlavəsinə 1 nömrəli Qiymətlərin razılaşdırılması protokolu ilə virtual server xidmətlərinin təsviri və qiyməti müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən 15 mart 2021ci il tarixdə təsdiq edilmiş Xidmət sifariş forumunda göstərilən xidmət haqqının aylıq məbləğ 237,30 manat, 17 iyun 2022-ci il tarixdə təsdiq edilmiş Xidmət sifariş forumunda göstərilən xidmət haqqının aylıq məbləğ 197,61 manat razılaşdırılmışdır. İddiaçı tərəfindən 16 yanvar 2025-ci il tarixdə təqdim olunmuş ərizədə göstərilir ki, 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli Xidmətlərin göstərilməsi haqqında çərçivə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərə görə ümumi məbləği ƏDV daxil 17212,57 manat təşkil edən 42 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturalardan 30 ədədinin dəyəri (11054,30 manat) Cavabdeh tərəfindən ödənilmiş, onun 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək göstərilən xidmətlərə görə göndərilmiş 12 ədəd elektron qaimə-faktura üzrə 6158,27 manat borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 265698 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli EBDL seriyalı 492360 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 217602 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDR seriyalı 433427 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDU seriyalı 296654 nömrəli, 513,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDV seriyalı 669584 nömrəli, 513,182 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00006641 nömrəli, 513,1938 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00048380 nömrəli, 513,1938 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00142556 nömrəli, 513,1938 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00754892 nömrəli, 513,1938 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10110311 nömrəli və 513,1938 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10008521 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan kredit bildirişlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2021-ci il tarixdə 260,27 manat, xx.xx.2021-ci il tarixdə 237,3 manat, xx.xx.2021-ci il tarixdə 237,3 manat, xx.xx.2021-ci il tarixdə 237,3 manat, xx.xx.2021-ci il tarixdə 474,6 manat, xx.xx.2021-ci il tarixdə 237,3 manat, xx.xx.2021-ci il tarixdə 237,3 manat, xx.xx.2021-ci il tarixdə 474,6 manat, xx.xx.2022-ci il tarixdə 237,3 manat, xx.xx.2022-ci il tarixdə 237,3 manat, xx.xx.2022-ci il tarixdə 237,3 manat, xx.xx.2022-ci il tarixdə 237,29 manat, xx.xx.2022-ci il tarixdə 474,58 manat, xx.xx.2022-ci il tarixdə 434,9 manat, xx.xx.2022-ci il tarixdə 434,9 manat, xx.xx.2023-cü il tarixdə 764,41 manat, xx.xx.2023-cü il tarixdə 3479,25 manat və xx.xx.2023-cü il tarixdə 434,91 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə cəmi 1686,21 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli Xidmətlərin Göstərilməsi haqqında çərçivə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddaiçı tərəfindən cavabdehə 2021-ci ilin yanvar ayından 2024-cü ilin iyul ayınadək ümumilikdə 17212,57 manat dəyərində xidmət göstərilmiş və bununla əlaqədar cavabdehə 42 ədəd elektron qaimə-faktura göndərilmişdir. 30 ədəd elektron qaimə-faktura üzrə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 11054,30 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək xidmətlərin dəyərini tam ödəmədiyindən İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməy müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında xidmət göstərilməsinə dair çərçivə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 08 fevral 2021-ci il tarixli 41HD2021 nömrəli müqavilə üzrə ödənilməmiş ƏDV daxil 6158,27 (altı min yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “82 (səksən iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 6158,27 (altı min yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 82 (səksən iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6240,27 (altı min iki yüz qırx manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 6158,27 (altı min yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 82 (səksən iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6240,27 (altı min iki yüz qırx manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-150/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-150/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver