Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-155/2025 24.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 21681,87 (iyirmi bir min altı yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Buldozer Shantui SD22 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı buldozeri icarəyə vermiş və müqavilənin şərtinə uyğun olaraq iddiaçı öz öhdəliyini yerinə yetirsə də, görülən işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Hazırkı vaxta cavabdehin 21681,87 manat borcu qalmışdır. Tərəflər arasında razılaşmanın 3.6-cı bəndinə görə texnikaların sahədə iş qrafikinə uyğun icra etdikləri günlərin ödənişi hər ayın sonu müqaviləyə əlavə edilmiş icra protokolu təsdiqləndikdən 7 (yeddi) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. Tərəflər arasında razılaşmada öhdəliyin icrası müddəti təyin edilməsinə və iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə ödəməli olduğu 21681,87 manat borcu bugünədək ödəməmişdir. İddiaçı 07 yanvar 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək 03 aprel 2023-cü il tarixli 27/23 nömrəli xidmət müqaviləsi üzrə Cavabdehndən 15924,72 (on beş min doqquz yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 03 aprel 2023-cü il tarixli 27/23 nömrəli xidmət müqaviləsinə əsasən görülmüş işlər üzrə tərtib edilmiş üç ədəd aktda göstərilən 21681,87 manat dəyərində cavabdehə xidmət göstərilmiş və sonuncu tərəfindən cəmi 6500 manat ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən o, qalan borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 03 aprel 2023-cü il tarixli 27/23 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı ona məxsus olan və 1 nömrəli cədvəldə əks olunmuş texnika(ları) və ya avadanlıq(ları) sifarişçi üçün yük qaldırma fəaliyyəti göstərir. Sifarişçi isə onları təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəyir Həmin müqavilənin 2.1-ci bəndinə əsasən texnikalar xidmət yerinə çatdıqdan sonra sfarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. İcarə bitdikdən sonra və ya hər hansı səbəbdən icraçıının göstərişi ilə texnikalar geri göndərildikdə sifarişçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr bank yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən texnikaların sahədə iş qrafikinə uyğun icra etdikləri günlərin ödənişi hər ayın sonu müqaviləyə əlavə edilmiş icra protokolu təsdiqləndikdən 7 (yeddi) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən hesablama cədvəlində icarədə olan hər bir texnikanın dövlət nömrə nişanı, markası/modeli göstərilməklə, iş günlərinin (saatların) sayı, xidmət haqqı və yekun məbləğ göstərilməlidir. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli 27/23 nömrəli xidmət müqaviləsinə əsasən görülmüş işlər üzrə 04 may 2023-cü il tarixli akta əsasən 2023-cü ilin aprel ayı ərzində 7382,05 manat, 04 iyun 2023-cü il tarixli akta əsasən 2023-cü ilin may ayı ərzində 5060,65 manat və 04 iyul 2023-cü il tarixli akta əsasən 2023-cü ilin iyun ayı ərzində 9239,17 manat dəyərinə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 8124,90 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 21 iyun 2023-cü il tarixli EBDİ seriyalı 357446 nömrəli, 5060,65 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 14 iyul 2023cü il tarixli EBDJ seriyalı 936932 nömrəli və 9239,17 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 14 iyul 2023-cü il tarixli EBDJ seriyalı 936699 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı 03 iyul 2023-cü il tarixdə 1500 manat və 11 avqust 2023-cü il tarixdə 5000 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 03 aprel 2023-cü il tarixli 27/23 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə 21681,87 manat dəyərində xidmətlər göstərilmiş, həmin xidmətlərin dəyərindən Cavabdeh tərəfindən 6500 manat ödəniş edilsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə onun 15181,87 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə iddiaçı, İddiaçı arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək, göstərilən xidmətin dəyərini tam ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “15924,72 (on beş min doqquz yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin olunmalı, 03 aprel 2023-cü il tarixli 27/23 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 15181,87 (on beş min yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (göstərilmiş xidmətlərin dəyəri 21681,87 manat – ödənilmiş 6500 manat = 15181,87 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 15181,87 (on beş min yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 135,55 (yüz otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 15181,87 (on beş min yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 135,55 (yüz otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-155/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-155/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver