Məhkəmə qərarları › İş №e-2-2(119)-1594/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1594/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1594/2025 28.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14110,25 (on dörd min yüz on manat iyirmi beş qəpik) manat məbləğində əsas borcun, 2539,85 (iki min beş yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində əlavə dəyər vergisi borcunun və 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 14 iyul 2022-ci il tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq "xxxx" MMC-nin insan resursları departamentinin işinin təşkilinin, insan resursları üzrə daxili kargüzarlıq və sənədləşmə işlərinin aparılması, əmək müqavilələri (əlavələri), vəzifə təlimatlarının hazırlanması ilə bağlı xidmətlərin göstərilməsi, cavabdeh "xxxx" isə müqavilə ilə müəyyən edilmiş qaydada və vaxtında xidmət haqqının ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə aylıq sabit xidmət haqqı ilkin olaraq 6977 (altı min doqquz yüz yetmiş yeddi) manat müəyyən edilmişdir. 23 yanvar 2024-cü il tarixində müqaviləyə 2 saylı Əlavə imzalanaraq xidmət haqqı aylıq 3490 (üç min dörd yüz doxsan) manat müəyyən edilmişdir. Əlavə dəyər vergisi qeyd olunan məbləğlərə daxil deyildir. Müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən mütəmadi olaraq icra olunmuş və bununla bağlı hər ay xidmətlərin göstərilməsinə dair aktlar imzalanmışdır. Qeyd olunan aktların imzalanması müqavilə üzrə xidmət haqqının ödənilməsinə əsasdır. Eyni zamanda qeyd olunan aktlara əsasən müqavilə üzrə işlərin görüldüyü və cavabdehin görülmüş işlərlə bağlı heç bir etirazının olmadığı təsdiq edilmişdir. Göstərilən xidmətlə bağlı hal-hazırda 01 fevral 2025 – 16 iyul 2025-ci il tarixləri üzrə ödənilməyən 5 hesab-faktura üzrə (№:39, №:66, №79, №100, №112) ümumilikdə 14110,25 manat məbləğində xidmət haqqı və 2539,85 manat məbləğində ƏDV borcu yaranmışdır. Lakin təqdim olunmuş qaimələr üzrə "xxxx" MMC tərəfindən hər hansı ödəniş edilməmişdir. Dəfələrlə xidmət haqqının və yaranmış borcun ödənilməsi xahiş edilsə də ödəniş edilməmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 28 iyul 2025-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır. Məktuba da hər hansı münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 iyul 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq "xxxx" MMCnin insan resursları departamentinin işinin təşkili, insan resursları üzrə daxili kargiizarlıq və sənədləşmə işlərinin aparılması, əmək müqavilələri (əlavələri), vəzifə təlimatlarının hazırlanması ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi isə bu müqavilənin 3-cü bəndində müəyyən edilmiş qaydada və vaxtında xidmət haqqının ödənilməsi öhdəliyini üzərinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində müəyyən edilən xidmətin göstərilməsinə görə aylıq sabit xidmət haqqı məbləği 6977 (altı min doqquz yüz yetmiş yeddi) manat təşkil edir. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən sifarişçi xidmət haqqını icraçı tərəfindən elektron vergi-hesab fakturasının təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində ödəməyi öhdəsinə götürür. Xidmət haqqının ödənilməsi sifarişçi tərəfindən müvafiq ay üzrə göstərilən xidmətlərin qəbul edilməsi hesab edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən əlavə dəyər vergisi xidmət haqqının tərkibinə daxil deyildir və xidmət haqqına əlavə olunacaqdır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə əsasında edilən bütün ödənişlər bank köçürülməsi yolu ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətinə qüvvədə olacaqdır. Hazırkı müqaviləyə hər hansı tərəfin təşəbbüsü ilə xitam verilmədikdə, bu müqavilənin müddəti avtomatik olaraq hər dəfə eyni şərtlərlə 1 (bir) illik müddətə uzadılır. Belə uzadılmalarının sayı məhdud deyil. İş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsinə dair 23 yanvar 2024-cü il tarixli 2 nömrəli əlavəyə əsasən müqavilənin 3.1-ci bəndi dəyişdirilərək müqavilənin 1.1-ci bəndində müəyyən edilən xidmətin göstərilməsinə görə aylıq sabit xidmət haqqı məbləğinin 3490 (üç min dörd yüz doxsan) manat təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4118,2 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 04 mart 2025-ci il tarixli MT2503 seriyalı 10051590 nömrəli, 4118,2 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 08 may 2025-ci il tarixli MT2505 seriyalı 10675509 nömrəli, 4118,2 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 02 iyun 2025-ci il tarixli MT2506 seriyalı 10082419 nömrəli, 4118,2 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 01 iyul 2025-ci il tarixli MT2507 seriyalı 10092115 nömrəli, 2059,1 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 08 avqust 2025-ci il tarixli MT2508 seriyalı ********* nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan 03 mart 2025-ci il tarixli 39 nömrəli hesab fakturadan görünür ki, Bakı Konsaltinq Qrup-2011” MMC və "xxxx" MMC arasında bağlanmış 14 iyul 2022-ci il tarixli müqavilə və 23 yanvar 2024-cü il tarixli Əlavə № 2 üzrə həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən 01-28 fevral 2025-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3490 (üç min dörd yüz doxsan) manat məbləğində xidmət haqqı, 628,2 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 4118,2 (dörd min yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində konsaltinq/məsləhət xidmətləri göstərilmişdir. İş materiallarında olan 05 may 2025-ci il tarixli 66 nömrəli hesab fakturadan görünür ki, Bakı Konsaltinq Qrup-2011” MMC və "xxxx" MMC arasında bağlanmış 14 iyul 2022-ci il tarixli müqavilə və 23 yanvar 2024-cü il tarixli Əlavə №2 üzrə həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən 01-30 aprel 2025-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3490 (üç min dörd yüz doxsan) manat məbləğində xidmət haqqı, 628,2 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 4118,2 (dörd min yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində konsaltinq/məsləhət xidmətləri göstərilmişdir. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli 79 nömrəli hesab fakturadan görünür ki, Bakı Konsaltinq Qrup-2011” MMC və "xxxx" MMC arasında bağlanmış 14 iyul 2022-ci il tarixli müqavilə və 23 yanvar 2024-cü il tarixli Əlavə №2 üzrə həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən 01-31 may 2025-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3490 (üç min dörd yüz doxsan) manat məbləğində xidmət haqqı, 628,2 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 4118,2 (dörd min yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində konsaltinq/məsləhət xidmətləri göstərilmişdir. İş materiallarında olan 01 iyul 2025-ci il tarixli 100 nömrəli hesab fakturadan görünür ki, Bakı Konsaltinq Qrup-2011” MMC və "xxxx" MMC arasında bağlanmış 14 iyul 2022-ci il tarixli müqavilə və 23 yanvar 2024-cü il tarixli Əlavə №2 üzrə həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən 01-30 iyun 2025-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3490 (üç min dörd yüz doxsan) manat məbləğində xidmət haqqı, 628,2 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 4118,2 (dörd min yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində konsaltinq/məsləhət xidmətləri göstərilmişdir. İş materiallarında olan 16 iyul 2025-ci il tarixli 112 nömrəli hesab fakturadan görünür ki, Bakı Konsaltinq Qrup-2011” MMC və "xxxx" MMC arasında bağlanmış 14 iyul 2022-ci il tarixli müqavilə və 23 yanvar 2024-cü il tarixli Əlavə №2 üzrə həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən 01-16 iyul 2025-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1745 (min yeddi yüz qırx beş) manat məbləğində xidmət haqqı, 314,1 (üç yüz on dörd manat on qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 2059,1 (iki min əlli doqquz manat on qəpik) manat məbləğində konsaltinq/məsləhət xidmətləri göstərilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 03 mart 2025-cil tarixli 30 nömrəli xidmətlərin göstərilməsinə dair aktdan görünür ki, tərəflər 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə icraçı tərəfindən 01 fevral 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinədək müqavilənin 1.1-ci bəndi üzrə müəyyən olunmuş hüquqi/məsləhət xidmətləri göstərildiyini təsdiq edirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 05 may 2025-cil tarixli 32 nömrəli xidmətlərin göstərilməsinə dair aktdan görünür ki, tərəflər 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə icraçı tərəfindən 01 aprel 2025-ci il tarixindən 30 aprel 2025-ci il tarixinədək müqavilənin 1.1-ci bəndi üzrə müəyyən olunmuş hüquqi/məsləhət xidmətləri göstərildiyini təsdiq edirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 02 iyun 2025-cil tarixli 33 nömrəli xidmətlərin göstərilməsinə dair aktdan görünür ki, tərəflər 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə icraçı tərəfindən 01 may 2025-ci il tarixindən 31 may 2025-ci il tarixinədək müqavilənin 1.1-ci bəndi üzrə müəyyən olunmuş hüquqi/məsləhət xidmətləri göstərildiyini təsdiq edirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 01 iyul 2025-cil tarixli 34 nömrəli xidmətlərin göstərilməsinə dair aktdan görünür ki, tərəflər 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə icraçı tərəfindən 01 iyun 2025-ci il tarixindən 30 iyun 2025-ci il tarixinədək müqavilənin 1.1-ci bəndi üzrə müəyyən olunmuş hüquqi/məsləhət xidmətləri göstərildiyini təsdiq edirlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 16 iyul 2025-cil tarixli 35 nömrəli xidmətlərin göstərilməsinə dair aktdan görünür ki, tərəflər 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə icraçı tərəfindən 01 iyul 2025-ci il tarixindən 16 iyul 2025-ci il tarixinədək müqavilənin 1.1-ci bəndi üzrə müəyyən olunmuş hüquqi/məsləhət xidmətləri göstərildiyini təsdiq edirlər. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən olan hesabdan çıxarışdan və ƏDV sub uçot hesabından çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "Bakı Konsaltinq Qrup-2011” Məhdud Məsuliyyətli Cəmiyyətinə 22 iyul 2025-ci il tarixdə 08 may 2025-ci il tarixli MT2505 seriyalı 10675509 nömrəli elektron qaimə-faktura üzrə 1594,75 əsas borc və 287,05 manat ƏDV ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 14 iyul 2022-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 14 iyul 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış və həmin həmin müqaviləyə əsasən tərəflərin hər birinin icra etməli olduğu öhdəlikləri müəyyən olunmuşdur. Həmin müqavilə üzrə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin insan resursları departamentinin işinin təşkili, insan resursları üzrə daxili kargiizarlıq və sənədləşmə işlərinin aparılması, əmək müqavilələri (əlavələri), vəzifə təlimatlarının hazırlanması ilə bağlı xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək 2025-ci ilin fevral, aprel, may, iyun və iyul aylarında göstəriləın xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, 14 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 14110,25 (on dörd min yüz on manat iyirmi beş qəpik) manat məbləğində əsas borcun və 2539,85 (iki min beş yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində əlavə dəyər vergisi borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “133 (yüz otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 08 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14110,25 (on dörd min yüz on manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 2539,85 (iki min beş yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində əlavə dəyər vergisi borcu və 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16783,1 (on altı min yeddi yüz səksən üç manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14110,25 (on dörd min yüz on manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 2539,85 (iki min beş yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində əlavə dəyər vergisi borcu və 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16783,1 (on altı min yeddi yüz səksən üç manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar