Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1645/2023 29.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “Cavabdeh1 MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumatların verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifələrinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 31 oktyabr 2023-cü il tarixində iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 təsisçisi olaraq MTK-nin dövri fəaliyyəti, eləcə də maliyyə-təsərrüfat fəaliyyəti-gəlir və xərcləri barədə onlara müvafiq məlumat verilməsi, həmçinin MTK-nin ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(012)-4066/2023 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(105)-2062/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(012)-4066/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş Sumqayıt Kommersiya Məhkəməsinə daxil olduqdan sonra iddiaçıların nümayəndəsi 20 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların nümayəndəsinin ərizəsi əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “Cavabdeh1 MTK-nın dövri fəaliyyəti, maliyyətəsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumatların verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifələrinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, geri qaytarılmalıdır. Qeyd etmək lazımdır ki, həmin iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumatların verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifələrinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1645/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1645/2023
29.12.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver