Məhkəmə qərarları › İş №e-2-2(119)-1679/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1679/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1679/2024 29.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3593,54 (üç min beş yüz doxsan üç manat əlli dörd qəpik) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 74 (yetmiş dörd) manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4027,54 (dörd min iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 29 dekabr 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh mübahisə üzrə tərtib olunaraq onlar tərəfindən imzalanmış 29 dekabr 2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim edib həmin barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, cavabdeh 4027,54 (dörd min iyirmi yeddi manat əlli dörd qəpik) manat borcu olduğunu etiraf edərək, borc məbləğindən 27 dekabr 2024-cü il tarixdə 200 (iki yüz) manat ödəniş etmiş, qalıq 3827 (üç min səkkiz yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüş və mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmişdir. İddiaçının nümayəndəsi mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir. Tərəflər mübahisənin həll edilməsi üçün aşağıdakı şərtlərlə Barışıq sazişini imzalamışlar:

1. İddiaçı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən xitam verilməsinə etiraz etməyəcək. Cavabdeh 3827,54 (üç min səkkiz yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat borcu etiraf edərək həmin borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın predmeti olan 3827,54 (üç min səkkiz yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.

2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: S/S Ödəniş tarixi Ödəniş məbləği Qalıq borc AZN AZN 1 Yanvar 2025 200 3627,54 2 Fevral 2025 200 3427,54 3 Mart 2025 200 3227,54 4 Aprel 2025 200 3027,54 5 May 2025 200 2827,54 6 İyun 2025 200 2627,54 7 İyul 2025 200 2427,54 8 Avqust 2025 200 2227,54 9 Sentyabr 2025 200 2027,54 10 Oktyabr 2025 200 1827,54 11 Noyabr 2025 200 1627,54 12 Dekabr 2025 200 1427,54 13 Yanvar 2026 200 1227,54 14 Fevral 2026 200 1027,54 15 Mart 2026 200 827,54 16 Aprel 2026 200 627,54 17 May 2026 200 427,54 18 İyun 2026 200 227,54 19 İyul 2026 227,54 0

3. İddiaçı və cavabdeh razılığa gəlirlər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddəti ərzində ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq hissəsinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 29 dekabr 2024-cü il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 29 dekabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1679/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən xitam verilməsinə etiraz etməyəcək. Cavabdeh 3827,54 (üç min səkkiz yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat borcu etiraf edərək həmin borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın predmeti olan 3827,54 (üç min səkkiz yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.

2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:

S/S Ödəniş tarixi Ödəniş məbləği Qalıq borc AZN AZN 1 Yanvar 2025 200 3627,54 2 Fevral 2025 200 3427,54 3 Mart 2025 200 3227,54 4 Aprel 2025 200 3027,54 5 May 2025 200 2827,54 6 İyun 2025 200 2627,54 7 İyul 2025 200 2427,54 8 Avqust 2025 200 2227,54 9 Sentyabr 2025 200 2027,54 10 Oktyabr 2025 200 1827,54 11 Noyabr 2025 200 1627,54 12 Dekabr 2025 200 1427,54 13 Yanvar 2026 200 1227,54 14 Fevral 2026 200 1027,54 15 Mart 2026 200 827,54 16 Aprel 2026 200 627,54 17 May 2026 200 427,54 18 İyun 2026 200 227,54 19 İyul 2026 227,54 0

3. İddiaçı və cavabdeh razılığa gəlirlər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddəti ərzində ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq hissəsinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)- 1679/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar