Məhkəmə qərarları › İş №e-2-2(119)-1826/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1826/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1826/2022 16.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 505,69 (beş yüz beş ABŞ dolları 69 sent) ABŞ dolları əsas borc məbləğinin və 60 (altmış) manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 may 2016-cı il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 00575 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 07 sentyabr 2016-cı il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 01 sentyabr 2016-cı il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu 733,70 ABŞ dollar məbləğindədir. Borclu şəxs tərəfindən 23 dekabr 2016-cı il tarixində edilmiş sonuncu ödənişdən sonra borc məbləği 505,69 dollar təşkil edir. Həmçinin müvafiq aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 09 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə aralarında bağlanılmış sözügedən müqavilə üzrə yaranmış 400 ABŞ dolları borcun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh tərəfindən mübahisə üzrə tərtib olunaraq imzalanmış 16 noyabr 2022-ci il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 16 noyabr 2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər:

1. Sazişin predmeti: 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh iddia məbləğini 400 (dörd yüz) ABŞ dolları borcu etiraf edərək həmin məbləği hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın predmeti olan 400 (dörd yüz) ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: S/S Ödəniş tarixi- Ödəniş məbləği/USD Qalıq borc/USD 1 xx/xx/2022 100 300 2 xx/xx/2023 100 200 3 xx/xx/2023 100 100 4 xx/xx/2023 100 0 1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 3 dəfə olmaqla 2 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək;

2. Sazişin hüquqi qüvvəsi: Hazırkı Saziş müvafiq məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir;

3. Xərclər: Tərəflərin Saziş və məhkəmə icraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir;

4. Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası: Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir;

5. Digər müddəalar: 5.1 Saziş Azərbaycan dilində hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə məhkəməyə təqdim edilməlidir; 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 16 noyabr 2022-ci il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-1826/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Sazişin predmeti: 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh iddia məbləğini 400 (dörd yüz) ABŞ dolları borcu etiraf edərək həmin məbləği hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın predmeti olan 400 (dörd yüz) ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: S/S Ödəniş tarixi- Ödəniş məbləği/USD Qalıq borc/USD 1 xx/xx/2022 100 300 2 xx/xx/2023 100 200 3 xx/xx/2023 100 100 4 xx/xx/2023 100 0 1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 3 dəfə olmaqla 2 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək;

2. Sazişin hüquqi qüvvəsi: Hazırkı Saziş müvafiq məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir;

3. Xərclər: Tərəflərin Saziş və məhkəmə icraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir;

4. Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası: Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir;

5. Digər müddəalar: 5.1. Saziş Azərbaycan dilində hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə məhkəməyə təqdim edilməlidir; 5.2. Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1826/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar