Məhkəmə qərarları › İş №e-2-2(119)-1893/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1893/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1893/2024 25.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “əmlak tələbi” barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “əmlak tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 0203-TƏV-GM/19 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış 546 (beş yüz qırx altı) manat dəyərindəki 2 ədəd KİBXX D1 5W-30 5L- 95.20 manat, 2 ədəd KİBXX D1 5W-30 1L- 20.40 manat, 2 ədəd KİBXX HD1 10W-40 Cİ-4 6L- 84 manat, 2 ədəd KİBXX HD1 10W-40 Cİ-4/SL 1L- 15 manat, 2 ədəd KİBXX ATF DX-İİİ 4L- 66 manat, 2 ədəd KİBXX MULTİBATF 4L- 75 manat, 2 ədəd KİBXX ATF MULTİB 1L- 21 manat, 2 ədəd KİBXX ATF DX-Vİ 4L- 84 manat, 2 ədəd KİBXX ATF DX-Vİ 1L-21 manat, 2 ədəd KİBXX G 10W-40 SL 4L- 48 manat, 2 ədəd KİBXX Geartec 75W-90 GL-5 1L- 16.50 manat mallarının, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Normanın məzmunundan görünür ki, sadələşdirilmiş icraat qaydasında pul tələbi ilə bağlı işlərə baxılmanın mümkünlüyü qeyd olunmuşdur. Lakin hazırkı tələb cavabdeh tərəfindən malların qaytarılması, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyəri olan 546 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlıdır. “Əmlak tələbi” barədə tələbə bu icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilir. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “əmlak tələbi” barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “əmlak tələbi” barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar