Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1917/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borcun, əsas borcun ödənilməsi gecikdirildiyinə görə gündəlik 0,1% dəbbə pulunun, 149 (yüz qırx doqquz) manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş xidmət haqqı da daxil olmaqla digər məhkəmə xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 mart 2025-ci il tarixli QD032025 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə yükdaşıma xidmətləri göstərmiş və bununla əlaqədar 02 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10249916 nömrəli, 16 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11354223 nömrəli və 15 may 2025-ci il tarixli MT2505 seriyalı 11232129 nömrəli elektron qaimə-faktura təqdim etmişdir. Sözügedən elektron qaimə-fakturalar üzrə Cavabdeh İddiaçınə olan ümumi borcunun məbləği 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh göstərilən xidmətlərə görə ödənişi 45 (qırx beş) bank günü müddətində həyata keçirməli olsa da, bu günədək onun tərəfindən heç bir ödəniş edilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıqlar edilmiş və onların surəti aidiyyəti dövlət orqanlarına göndərilmişdir. Belə ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Kiçik və X1 Agentliyinin (KOBİA) məktubuna cavab olaraq bildirilmişdir ki, cavabdehə məxsus bank hesabında problemlər yaranmış və buna görə də ödənişlər gecikdirilmişdir. Həmçinin cavab məktubunda borcun İddiaçınə yaxın zamanda ödəniləcəyi və bununla bağlı onlara möhlət verilməsi xahiş olunmuşdur.
3. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə izahatında cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə hesablanmış 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış arasında 03 mart 2025-ci il tarixli QD032025 nömrəli yük daşıma üzrə xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə və sifarişçinin tələblərinə əsasən icraçı müqavilədə göstərilən müddət ərzində Azərbaycan Respublikası ərazisində yükün daşınmasını öz öhdəsinə götürür. Yüklərin daşınması üzrə xidmətlərin vahid qiymətləri, marşrutu, ay ərzində yerinə yetirilən daşınmaların həcmi, yekun dəyəri və yükləri daşıyan avtomaşınların dövlət qeydiyyat nişanları və s. kimi məlumatlar təqdim olunmuş elektron qaimədə öz əksini tapacaq. Bundan sonra tərəflərin imzaladığı (fiziki imza/möhür və ya asan imza) elektron qaimə qiymətlərin razılaşdırma protokolunu və təhvil-təslim aktını əvəz edəcəkdir.
8. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərə müvafiq olaraq ödənişi 45 bank günündən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
9. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə işlər və onların dəyəri cədvəl və hazırki müqaviləyə əlavə olunan və onun tərkibi hissəsi hesab olunan ayda bir dəfə tərtidb edilən iş və xidmətlərin təhvil aktı əsasında müəyən olunur. İşlərin və xidmətlərin təhvil-təslim aktı tərtib olunduqdan sonra icraçı tərəfindən sifarişçiyə elektron qaimə faktura təqdim olunur. Sifarişçi tərəfindən ödəniş əvvəlcədən avans şəklində və ya təqdim olunmuş elektron qaimə faktura əsasında ödənilə bilər.
10. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 6467,58 manat dəyərində yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar 02 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10249916 nömrəli, 11724,48 manat dəyərində yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar 16 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11354223 nömrəli və 1465,56 manat dəyərində yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar 15 may 2025ci il tarixli MT2505 seriyalı 11232129 nömrəli elektron qaimə-faktura göndərilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikasının Kiçik və X2 Agentliyinin İddiaçı qanuni təmsilçisi Nümayəndə müvafiq müqavilələr əsasında göstərilmiş yükdaşıma xidmətlərinin dəyərinin "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən ödənilməməsi ilə bağlı müraciətinə cavab olaraq göndərilmiş 17 iyul 2025-ci il tarixli 3-21-5/2-B-26xxxx/2025/3741 nömrəli məktubunda həmin məsələnin ətraflı araşdırılması və operativ köməkliyin göstərilməsi məqsədilə agentlik tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən adıçəkilən müəssisələrə müvafiq məktublarla müraciət olunduğu bildirilmişdir. Eyni zamanda, müraciətin təqib olunması məqsədilə agentliyin əməkdaşları tərəfindən həmin qurumların səlahiyyətli nümayəndələri ilə işçi qaydada əlaqə saxlanılaraq konstruktiv müzakirələr aparıldığı, qeyd olunan məsələlərlə bağlı müəssisələrdən agentliyə daxil olmuş cavab məktublarında (surətləri əlavə olunur) yaranmış borc öhdəliyinin qısa zaman ərzində yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
12. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Kiçik və X2 Agentliyinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı qanuni təmsilçisi Nümayəndə müqavilə üzrə ödənilməyən borcun ən yaxın zamanda ödəniləcəyi və bununla bağlı Cavabdehnə möhlət verilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
16. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
19. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 03 mart 2025-ci il tarixli QD032025 nömrəli yük daşıma üzrə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən sifarişçi Cavabdehnə 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat dəyərində xidmət göstərilmiş, lakin bununla bağlı Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh özü borcun mövcudluğunu qəbul etmişdir. Belə ki, Cavabdeh Kiçik və X2 Agentliyinə ünvanlanmış 17 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçınə borcu vardır və müqavilə üzrə ödənilməyən borcun ən yaxın zamanda ödənilməsi üçün Cavabdehnə möhlət verilməsi xahiş edilmişdir.
20. Əlavə olaraq qeyd edilməlidir ki, 10 oktyabr 2025-ci il tarixdə Cavabdeh qanuni təmsilçisi R.Pirişov məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bundan sonra keçirilən 06 noyabr 2025-ci il və 21 noyabr 2025-ci il tarixli məhkəmə iclaslarının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin iclaslarda iştirak etməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmiş, yükdaşıma müqaviləsi üzrə xidmət haqqının İddiaçı MMC-yə ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir (cavabdehin elektron kabineti mövcuddur).
21. Beləliklə, işin halları ilə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş daşıma xidmətlərinin dəyəri olan 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
22. Məhkəmə hesab edir ki, iddia tələbinin “gecikdirmə müddətinə görə gündəlik 0,1% dəbbə pulunun hesablanması” hissəsi təmin olunmamalıdır.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
26. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər.
27. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında bağlanılmış 03 mart 2025-ci il tarixli QD032025 nömrəli yük daşıma üzrə xidmət müqaviləsində sifarişçi Cavabdeh dəbbə pulu ödəməsi ilə bağlı hər hansı qeyd nəzərdə tutulmamış, eyni zamanda iddiaçı bu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, habelə qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Buna görə məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir.
28. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən məhkəmə əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir (Mülki Prosessual Məcəllə 222.2-ci maddə).
29. Eyni zamanda, cavabdehdən “hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş xidmət haqqının tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə pul vəsaitinin nümayəndəyə (vəkilə) ödənilmiş olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həqiqətən və zərurətlə xərcləndiyi müəyyən olunduğu halda, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” tutulmasına yol verilir. Ona görə də, əsaslılığı sübut olunmadığı üçün vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun.
32. Həmçinin hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 148,97 (yüz qırx səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borc və 148,97 (yüz qırx səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19806,59 (on doqquz min səkkiz yüz altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
36. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 19657,62 (on doqquz min altı yüz əlli yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borcun və 148,97 (yüz qırx səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19806,59 (on doqquz min səkkiz yüz altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev