Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1931/2025 08.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 3 üvanında yerləşən “Firuzə” kafesinə Cavabdeh tərəfindən hesablanmış 2646 (iki min altı yüz qırx altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri S.Vurğun kücəsi 329 ünvanında yerləşən Nümayəndə1 mülkiyyətində olan “Firuzə” kafesində Cavabdeh tərəfindən “Elster G-6T” tipli 28101377 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İBnin “Təbii X1nın pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli aktında müəssədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfinin quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal ölcmə həddinə uyğun olmadığı və itirilmiş qaz həcminin hesablanması, dəymiş ziyanın ödənilməsi, nöqsanın aradan qaldırılması göstərilmişdir. Qaz cihazlarına Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan yoxlama keçirilmiş və yoxlama nəticəsində tərtib edilmiş aktda iddiaçıya və ona məxsus obyektə aidiyyəti olmayan Almaz İlyasova imza çəkdirmişlər. İddiaçının yerinə imzanı isə özləri ilə gələn hal şahidi çəkmişdir. Həmin akt əsasında qeyri-qanuni borc hesablanmış və Nümayəndə1 bildiriş göndərilərək dəymiş ziyan olaraq 2646 (iki min altı yüz qırx altı) manat məbləğində itirilmiş qaz sərfiyyatının dəyəri tələb olunmuşdur. Yazılmış aktın və hesablanmış məbləğin heç bir hüquqi əsası yoxdur. Belə ki, qaz sayğacı mexanikidir, yəni sayğac sərfiyyatda nəyi göstərirsə həmin hesablanmış və uçotu aparılmış qazın dəyəri cavabdehin hesabına ödənilir. Həmçinin müəssədə quraşdırılan qaz avadanlıqları heç zaman eyni vaxtda işlək vəziyyətdə olmur, kombi də yalnız soyuq aylarında işlək olur. Sayğacdan keçən qazın pulu hər ay tam şəkildə ödənilir. Sayğac cavabdehin özü tərəfindən quraşdırılıb və Nümayəndə1 da vətəndaş kimi dövlət orqanına etimad göstərmişdir. Həmçinin obyektdə qaz sərfiyyatında hər hansı bir dəyişiklik olmamışdır ki, iddiaçı ödənişlərin həcminə görə sayğaca müdaxilə etmək məcburiyyətində qalsın. Qaz sərfiyyatı stabildir və iddiaçı ödənişləri gecikdirməmişdir. “X1-nın 5.2-ci bəndinə əsasən 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərinə əsasən nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda qaz sayğacına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyri-qanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “X1”-nın 6.5-ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin kecməsi nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid dövlət reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin mövcud qaz qurğularının yoxlanılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən Cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır.
3. Cavabdeh nümayəndəsi Nümayəndə2 13 oktyabr 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında Nümayəndə1 məxsus sayğaca Cavabdeh əməkdaşları tərəfindən yoxlama keçirilən zaman əlavə avadanlıqların quraşdırıldığı, mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddinin 10 m3 oduğu təqdirdə obyektdə işlədilən qaz işlədicilərinin maksimal sərfiyyatının 19,8 m3/saat olduğu müəyyən olunmuşdur. Bu səbəbdən “Təbii X1nın pozulması haqqında 02 dekabr 2024-cü il tarixdə ******* nömrəli akt tərtib olunmuşdur. Layihədən kənar əlavə cihaz quraşdırmaqla istifadə barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının (və ya nümayəndəsinin) iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) akt tərtib edilmişdir. Həmin akta əsasən sayğaca əlavə avadanlıq quraşdırmaqla təbii qazdan istifadə edildiyi üçün 10584 m3 təbii qaz sərfi - 2646 (iki min altı yüz qırx altı) dəymiş ziyan məbləği hesablanmışdır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq indiyədək həmin məbləğ ödənilməmişdir.
4. 07 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı Nümayəndə1 cavabdeh təşkilat tərəfindən barəsində akt tərtib edilməsi və cərimə hesablanması ilə bağlı ona məlumat verilmədiyini, “Təbii X1nın pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli aktı imzalayan şəxsi tanımadığını və cavabdeh tərəfindən həmin aktın ona təqdim olunmadığını bildirmişdir.
5. İddiaçı Nümayəndə1 07 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə verərək səhhəti ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Belə ki, iş materiallarında olan KY242259478 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Cavabdeh təfərindən Nümayəndə1 məxsus sahibkarlıq obyektində başlama tarixi 02 dekabr 2024-cü il, qurtarma tarixi 04 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir.
9. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli KY242259478 nömrəli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri Nümayəndə1 məxsus ünvan 3 yerləşən sahibkarlıq obyektində yoxlama aparmış, müsəsisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfinin quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal ölçmə həddinə uyğun olmaması müəyyən edilmişdir.
10. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, müəssisədə istifadə olunan qaz cihazlarının maksimal gücü 19,8 m3, istismarda olan qaz sayğacının maksimal buraxma həddindən 9,8 m3 çoxdur. Restoranda İSS-dən kənar qaz cihazlarından istifadə olunur. Sayğac sərfiyyata uyğun deyil. (Aktın “istehlakçının nümayəndəsi” qrafası İlyasov Almas adlı şəxs tərəfindən imzalanmışdır)
11. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 19,8 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 19,8-10=9,8x12x90=10584 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 10584 m3 həcmində müəyyən edilmişdir.
12. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında Nümayəndə1 məxsus **********00000 nömrəli abonent koduna 2646 (iki min altı yüz qırx altı) manat məbləğində borc hesablanmışdır.
Tətbiq edilən hüquq:
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə (16.1.1); bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda (16.1.2); insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda (16.1.3); sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə (16.1.4) plandankənar (növbədənkənar) yoxlama aparılır.
16. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən bu Qanunun 16.1.1-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanılır.
17. Həmin Qanunun 16.3-cü maddəsinə görə bu Qanunun 16.1.2-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına (təkrar məhdudlaşdırılmasına) səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması vəziyyəti yoxlanılır.
18. Həmin Qanunun 16.4-ci maddəsinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır.
19. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən bu Qanunun 16.1.4-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkar tərəfindən müəyyən edilən məsələlər yoxlanılır.
20. Həmin Qanunun 16.6-cı maddəsinə görə bu Qanunun 16.1-ci maddəsində göstərilən hallardan başqa digər hallarda və bu Qanunun 16.2-16.5-ci maddələrində göstərilən məsələlərdən başqa digər məsələlərin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.
21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Yoxlamanın aparılması haqqında qərarda qərarın nömrəsi və tarixi; yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); yoxlamanın növü; sonuncu yoxlamanın növü və başa çatma tarixi; yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri göstərilir.
22. Həmin qanunun 17.3-cü maddəsinə əasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən plandankənar yoxlama aparılaraq iddiaçıya məxsus ünvan 3 üvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Firuzə” kafesi) baxış keçirilmiş, “Təbii X1nın pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Lakin plandankənar yoxlama aparılarkən qanunun tələblərinə əməl olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı Nümayəndə1 məxsus ünvan 3 ünvanında yerləşən sahibkarlıq obyektinə (“Firuzə” kafesi) “Təbii X1nın pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2646 (iki min altı yüz qırx altı) manat məbləğində borc məbləği silinməlidir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən iddiaçı Nümayəndə1 məxsus ünvan 3 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) 02 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akta əsasən hesablanmış 2646 (iki min altı yüz qırx altı) manat məbləğində borc silinməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Nümayəndə1 məxsus ünvan 3 ünvanında yerləşən sahibkarlıq obyektinə (“Firuzə” kafesi) “Təbii X1nın pozulması haqqında” 02 dekabr 2024cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2646 (iki min altı yüz qırx altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev