Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2057/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 68535,57 (altmış səkkiz min beş yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində borcun və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı qismində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı qismində Cavabdeh2 arasında 22 oktyabr 2024-cü il tarixli 14 nömrəli və 06 yanvar 2025-ci il tarixli 02 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən satıcı tərəfindən alıcıya 07 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10480713 nömrəli elektron qaimə üzrə 14405,7 manat, 18 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 11014549 nömrəli elektron qaimə üzrə 14433,6 manat, 27 noyabr 2024cü il tarixli MT2411 seriyalı 12555302 nömrəli elektron qaimə üzrə 14322 manat, 02 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 10069725 nömrəli elektron qaimə üzrə 9951 manat, 06 dekabr 2024-ci il tarixli MT2412 seriyalı 10482274 nömrəli elektron qaimə üzrə 9951 manat, 09 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 10593929 nömrəli elektron qaimə üzrə 14126,7 manat, 16 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 11154807 nömrəli elektron qaimə üzrə 5115 manat dəyərində olmaqla, 2024-cü il üzrə cəmi 82305 manat dəyərində mallar, 06 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10116816 nömrəli elektron qaimə üzrə 13052,55 manat, 08 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10313057 nömrəli elektron qaimə üzrə 13925,82 manat, 31 yanvar 2025-ci il tarixli, MT2501 seriyalı 12263624 nömrəli elekton qaimə üzrə 13875,6 manat, 07 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10536070 nömrəli elektron qaimə üzrə 13875,6 manat, 12 may 2025-ci il tarixli MT2505 seriyalı 10881988 nömrəli elektron qaimə üzrə 2046 manat dəyərində mal olmaqla, 2025-ci il üzrə cəmi 56775,57 manat dəyərində mallar, ümumilikdə isə 2024- 2025-ci il üzrə 139080,57 (yüz otuz doqquz min səksən manat əlli yeddi qəpik) manat dəyərində mallar (un-yem məhsulları) satılmışdır. Cavabdeh2 həmin məbləğdən hissəhissə ödənişlər etmiş, hal-hazırda onun 68535,57 (altmış səkkiz min beş yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq bugünədək onun tərəfindən ödəniş edilməmişdir.
3. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 tələb olunan borc məbləğini qəbul etdiyini və iddia tələbinə etiraz etmədiyini bildirmişdir.
5. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. Belə ki, iş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh2 arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli 14 nömrəli və 06 yanvar 2025-ci il tarixli 02 nömrəli alqı-satqı müqavilələrinin 1.1-ci bəndlərinə əsasən satıcı alıcıya yem məhsullarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
7. Həmin müqavilələrin 2.1-ci bəndlərinə əsasən satılan malların qiyməti müqavilənin ayrılmaz tərkib hissasi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir.
8. Həmin müqavilələrin 4.1-ci bəndlərinə görə mal alcıya tam təhvil verildikdən əvvəl və ya malın təhvil verilməsindən sonrakı 45 gün ərzində malın dəyərinin tam ödənişini etməlidir.
9. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 14405,7 manat dəyərində malların satılması ilə bağlı 07 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10480713 nömrəli, 14433,6 manat dəyərində malların satılması ilə bağlı 18 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 11014549 nömrəli, 14322 manat dəyərində malların satılması ilə bağlı 27 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12555302 nömrəli, 9951 manat dəyərində malların satılması ilə bağlı 02 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 10069725 nömrəli, 9951 manat dəyərində malların satılması ilə bağlı 06 dekabr 2024-ci il tarixli MT2412 seriyalı 10482274 nömrəli, 14126,7 manat dəyərində malların satılması ilə bağlı 09 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 10593929 nömrəli, 5115 manat dəyərində malların satılması ilə bağlı 16 dekabr 2024-cü il tarixli MT2412 seriyalı 11154807 nömrəli, 13052,55 manat dəyərində malların satılması ilə bağlı 06 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10116816 nömrəli, 13925,82manat dəyərində malların satılması ilə bağlı 08 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10313057 nömrəli, 13875,6 manat dəyərində malların satılması ilə bağlı 31 yanvar 2025-ci il tarixli, MT2501 seriyalı 12263624 nömrəli, 13875,6 manat dəyərində malların satılması ilə bağlı 07 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10536070 nömrəli və 2046 manat dəyərində malların satılması ilə bağlı 12 may 2025-ci il tarixli MT2505 seriyalı 10881988 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir.
10. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-dəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 01 yanvar 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixinədək ayrı-ayı vaxtlarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində, 01 yanvar 2025-ci il tarixdən 28 oktyabr 2025-ci il tarxinədək ayrı-ayı vaxtlarda ümumilikdə 30500 (otuz min beş yüz) manat məbləğində ödəniş olunmuşdur.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
14. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
15. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 22 oktyabr 2024cü il tarixli 14 nömrəli və 06 yanvar 2025-ci il tarixli 02 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 139080,57 (yüz otuz doqquz min səksən manat əlli yeddi qəpik) manat dəyərində (ƏDV məbləği daxil) malların satılması ilə əlaqədar elektron qaimə-fakturalar göndərilmiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Buna görə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlər ilə təsdiq olunur ki, Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü il ərzində ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində, 2025-ci il ərzində isə ümumilikdə 30500 (otuz min beş yüz) manat məbləğində olmaqla, cəmi 58500 (əlli səkkiz min beş yüz) manat məbləğində ödəniş olunmuşdur. 21 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında sözügedən borc məbləği ilə razılaşdığını bildirmişdir.
22. Buna görə də məhkəmə hesab edir ki, 68535,57 (altmış səkkiz min beş yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğdə borcun tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
23. Həmçinin hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 295,61 (iki yüz doxsan beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ƏDV daxil olmaqla 68535,57 (altmış səkkiz min beş yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində əsas borc və 295,61 (iki yüz doxsan beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 68831,18 (altmış səkiz min səkkiz yüz otuz bir manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 68535,57 (altmış səkkiz min beş yüz otuz beş manat əlli yeddi qəpik) qəpik manat məbləğində borc və 295,61 (iki yüz doxsan beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 68831,18 (altmış səkiz min səkkiz yüz otuz bir manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev