Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-206/2024 08.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi HakimAlıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5477,5 (beş min dörd yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsini və cavabdehin ölkədən çıxışına məhdudiyyət qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında 17 oktyabr 2022-ci il tarixli 18 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı müştərinin tapşırığı ilə müqavilənin şərtləri daxilində Cavabdehnə xidmət göstərməyi, müştəri isə bunun əvəzinə xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndi üzrə görüləcək işlərin xidmət haqqının məbləği müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdirilir. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini xidmət ayından sonrakı ayın 5-nə kimi ödənişi tam məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərinə əsasən aralarındakı hər cür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,5%-i həcmində cərimə ödəməyi qəbul edir. Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış, borcun ödənilməsi barədə xabardarlıq edildikdə isə borcunu yaxın vaxtlarda ödəyəcəyini demişdir. Cavabdeh borcu ödəməməklə bərabər 3 aydan artıq müddətdir ki, telefon zənglərinə cavab vermir, poçt vasitəsilə göndərilən xəbərdarlıq məktublarını da qəbul etməkdən imtina edir. Hazırda müqavilə əsasında müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində Cavabdeh İddiaçınə “əsas məbləğ üzrə 2500 (iki min beş yüz) manat və ƏDV üzrə 630 (altı yüz otuz) manat, müqavilənin 4.2-ci bəndinə əsasən hər gecikən gün üzrə 0,5% həcmində hesablanmış 2347,5 (iki min üç yüz qırx yeddi manat əlli qəpik) cərimə olmaqla, cəmi 5477,5 manat (beş min dörd yüz yetmiş yeddi manat əlli qəpik) məbləğində borc öhdəliyi icra edilməmiş qalmışdır. Borcun ödənilməsi tələbi ilə müştəriyə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlər görülməsinə baxmayaraq Cavabdeh pul öhdəliyini icra etmək üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Məsələnin məhkəmədən kənar həll edilməsi üçün İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bununla bağlı Bakı 4 saylı Mediasiya Təşkilatından “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 18 dekabr 2023-cü il tarixli, MŞB/4-2023-00311 nömrəli arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək ƏDV daxil 3130 manat (üç min yüz otuz) manat məbləğində borc, 2347,5 (iki min üç yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5477,5 (beş min dörd yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin “cavabdehin ölkədən çıxışına məhdudiyyət qoyulması” hissəsinin texniki səhv olaraq iddia ərizəsində qeyd olunduğunu və həmin hissədə iddianı müdafiə etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə gəlmiş tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 18 nömrəli müqaviləyə əsasən icraçı müştərinin tapşırığı ilə həmin müqavilənin şərtləri daxilində xidmət göstərməyi (vergi və DSMF hesabatlarının verilməsi, əmək haqqının hesablanması və köçürülməsi, bank hesablarının açılması, kassa pos-terminal quraşdırılması, işçilərin işə qəbul olunması və çıxarılması, ölkədaxili, ölkəxarici və büdcə ödənişləri, obyekt kodunun alınması) öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən yerinə yetirələcək işlər üzrə xidmət haqqı qiymətləri müqavilənin 1.1-ci bəndi üzrə görüləcək işlərin məbləği göstərilməklə, müqavilənin 1 saylı Əlavəsi ilə müəyyənləşdirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müştəri tapşırıqda ödəyəcəyi haqqı icraçının hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi (əgər tapşırıqda başqa hal nəzərdə tutulmamışdırsa) öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini xidmət ayından sonrakı ayın 5-nə kimi ödənişi tam məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 17 oktyabr 2022-ci il tarixli 18 nömrəli müqavilə üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə 277,30 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-cİ il tarixli EBCİ seriyalı 915837 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 261990 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCM seriyalı 559547 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCO seriyalı 070014 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli EBDA seriyalı 923414 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDC seriyalı 721094 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDE seriyalı 641468 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDG seriyalı 949354 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 002706 nömrəli, 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli EBDL seriyalı 117535 nömrəli və 590 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDN seriyalı 385647 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 2022-ci ilin noyabr ayında 235 (iki yüz otuz beş) manat, 2023-cü ilin fevral ayında 1000 (min) manat, 2023-cü ilin mart ayında 500 (beş yüz) manat, 2023-cü ilin may ayında 1000 (min) manat olmaqla, cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 17 noyabr 2022-ci il tarixdə 42,30 (qırx iki manat otuz qəpik) manat, 08 fevral 2023-cü il tarixdə 90 (doxsan) manat, 09 fevral 2023-cü il tarixdə 90 (doxsan) manat, 03 mart 2023-cü il tarixdə 90 (doxsan) manat olmaqla, 312,30 (üç yüz on iki manat otuz qəpik) manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 01 mart 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 17 oktyabr 2022-ci il tarixli 18 nömrəli müqavilə üzrə 17 oktyabr 2022-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək İddiaçı tərəfindən Cavabdehnə 6177,30 (altı min yüz yetmiş yeddi manat otuz qəpik) manat dəyərində xidmət göstərilmiş, Cavabdeh tərəfindən 3047,30 (üç min qırx yeddi manat otuz qəpik) manat məbləğində ödəniş edilmiş, 3130 (üç min yüz otuz) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 17 oktyabr 2022-ciil tarixli 18 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə müxtəlif tarixlərdə cəmi 6177,30 (altı min yüz yetmiş yeddi manat otuz qəpik) manat dəyərdə xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına 2735 (iki min yeddi yüz otuz beş) manat məbləğində, ƏDV sub-uçot hesabına isə 312,30 (üç yüz on iki manat otuz qəpik) manat məbləğində ödəniş edilməsinə baxmayaraq göstərilən xidmətlərin dəyəri tam ödənilməmişdir. Buna görə də, İddiaçı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 17 oktyabr 2022-ci il tarixli 18 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh həmin xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, müqavilə üzrə ödənilməmiş ƏDV daxil 3130 manat (üç min yüz otuz) manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 2347,5 (iki min üç yüz qırx yeddi manat əlli qəpik) manat cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 160 (yüz altmış) manat məbləğində cərimə tutulmalıdır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 18 dekabr 2023-cü il tarixli MŞB/4-2023-00311 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ƏDV daxil 3130 manat (üç min yüz otuz) manat məbləğində borc, 160 (yüz altmış) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 52,90 (əlli iki manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 3130 manat (üç min yüz otuz) manat məbləğində borc, 160 (yüz altmış) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 52,90 (əlli iki manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-206/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-206/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver