Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2280/2024 29.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı verilmiş “subicarə müqaviləsinin xitam olunması və avadanlıqların daşınmasına şərait yaradılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı 26 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “subicarə müqaviləsinin xitam olunması və avadanlıqların daşınmasına şərait yaradılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 29 dekabr 2024-cü il tarixdə iddiaçı "Azercathode” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, iddiaçı "Azercathode” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli, iddiaçı "Azercathode” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “subicarə müqaviləsinin xitam olunması və avadanlıqların daşınmasına şərait yaradılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı "Azercathode” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 “iddia ərizəsinin qaytarılması barədə” ərizəsi təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı verilmiş “subicarə müqaviləsinin xitam olunması və avadanlıqların daşınmasına şərait yaradılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2280/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2280/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver