Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-321/2025 11.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “icarə müqavilələrinin qüvvədən düşmüş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli icarə müqaviləsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsinin 19 may 2021-ci il tarixindən qüvvədən düşmüş hesab edilməsi, icarə müqavilələrinin predmetini təşkil edən hər iki qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması, cavabdehin (əməkdaşlarının, əşyaların) həmin əmlaklardan çıxarılması və əmlakların müqavilə bağlanan zamankı keyfiyyətdə (təmirdə) ona geri qaytarılması (təhvil verilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 may 2017-ci il tarixli AB05M52 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı 65000 (altmış beş min) manat ödəyərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsini, 10 may 2017-ci il tarixli AB05M53 nömrəli alqı-satqı müqaviləsi üzrə isə 120000 (yüz iyirmi min) manat ödəyərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsini almışdır. Əmlakları aldıqdan sonra Cavabdeh sədri Nümayəndə xahişi üzrə hər iki əmlakın cavabdehə icarəyə verilməsinə dair müqavilənin müddətli bağlanmasına razılıq vermişdir. Bakı şəhəri 54 saylı notariat ofisində tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh MTK-ya icarə verilməsinə dair müvafiq olaraq 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli və 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqavilələri bağlanılmışdır. Hər iki müqavilədə icarə müddəti 19 may 2020-ci il tarixinədək müəyyən olunmuş, müddətin bitməsinə bir ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzsə, icarə müddətinin bir il müddətinə uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. Bu hesabla 19 may 2021-ci il tarixi müqavilənin son müddətidir və müqavilənin sözügedən bəndindən də göründüyü kimi, müqavilənin hər il bir dəfə uzadılması yox, məhz bir dəfə bir il müddətinə uzadılması müəyyən edilmişdir. Hər iki müqavilə üzrə icarə haqları bu günədək ona ödənilməmiş, sonda bütün icarə haqlarının birlikdə ödəniləcəyi deyilmiş, o da cavabdehə olan inamına, Nümayəndə xahişlərinə görə müqavilə müddətində ödəniş edilmədən, sonra ödənilmək şərti ilə ona məxsus əmlaklardan istifadə edilməsinə razılıq vermişdir. Lakin müqavilə müddəti bitdiyi və bir il də uzadıldığı halda, ona heç bir ödəniş edilməmiş, MTK tərəfindən onun hüquqları pozulduğundan o, əmlaklarının boşaldılmasını tələb etmişdir. Lakin uzadılma ilə birlikdə müəyyən edilmiş tarixdən artıq iki ildən çox müddətin keçməsinə baxmayaraq, hazırda heç bir hüquqi qüvvəsi olmayan müqavilədən əsassız şəkildə suiistifadə edərək cavabdeh onun əmlaklarını boşaldaraq təhvil vermir, ödənişləri də ödəməyərək ona əlavə ziyan vurur. Xüsusilə qeyd edilməlidir ki, sözügedən müqavilələrin əsli cavabdehdə seyfdə olmuş (deyilmişdi ki, çıxarış olmadığından yoxlama və s. olanda aidiyyəti qurumlara göstərmək məqsədilə müqavilələr ofisdə qalmalıdır), ona sənədlərin əsli təqdim edilməmişdir. O, hər iki qeyri-yaşayış sahəsini 10 may 2017-ci il tarixində alqısatqı müqaviləsi əsasında almış, müqavilənin tələbinə əsasən nağd şəkildə ödənişi etmiş, həmin əmlaklar üzərində qanuni əsaslarla onun mülkiyyət hüquqları yaranmışdır. Bunun digər sübutu da odur ki, o, sözügedən əmlaklar barəsində cavabdehlə icarə müqavilələri bağlamışdır (əgər ödəniş etməsəydi, müqavilə bağlanmazdı). Belə olduğu halda müqavilələrin bağlanma tarixinin Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1dək olan mətni üzrə tənzimlənmə dairəsinə düşdüyü mübahisəsizdir. Yəni onun əmlaklar üzrə reyestr xidmətindən hüquqlarının qeydiyyatı barədə çıxarışın olmamasına baxmayaraq, o, əmlaklar üzrə müəyyənləşmiş pay haqqını tam ödədiyindən həmin əmlaklara mülkiyyət hüququnu əldə etmişdir. Cavabdeh 22 yanvar 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, yaşayış evinin alğı-satqısı haqqında AB05M52 nömrəli 10 may 2017-ci il tarixli müqavilə və həmin müqavilə əsasında Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 3M-177 reyestr nömrəli 19 may 2017-ci il tarixli icarə müqaviləsi və yaşayış evinin alğı-satqısı haqqında AB05M53 nömrəli 10 may 2017-ci il tarixli müqavilə və həmin müqavilə əsasında Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 3M-178 reyestr nömrəli 19 may 2017-ci il tarixli icarə müqaviləsi uydurma əqdlər olmaqla etibarsızdırlar. Belə ki, İddiaçı Cavabdeh MTK-nın təsisçilərindən biri olmaqla, hüquqi şəxsə aidiyyatı olan şəxsdir. Qanunvericiliyin tələbinə görə, aidiyyəti şəxslə bağlanan müqavilə zamanı hər bir halda ümumi yığıncağın qərarı tələb olunur. Hazırkı işdə belə bir ümumi yığıncaq qərarları mövcud deyildir. Digər tərəfdən qeyri-yaşayış sahələri ofis kimi fəaliyyət göstərdiyindən görüntü məqsədilə müqavilələr lazım olmuşdur. Bu məqsədlə hər iki alğı-satqı müqaviləsinin bağlanmasından qısa zaman sonra icarə müqavilələri bağlanmışdır. Alğısatqı müqavilələri formal olduğundan hər hansı ödəniş edilməsinə dair təsdiqedici sübutlar, yəni kassa-mədaxil qəbzi, maliyyə arayışı, hətta müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi bu müqavilələr uydurma deyil real müqavilələr olsaydı, onların bir nüxsəsi iddiaçıda qalmalı idi. İddiaçının qeyd etdiyi kimi, cavabdenin hər-hansısa üçüncü şəxslərə müqavilənin əslini təqdim etmək zərurəti var idisə, özündə qalan nüsxəni təqdim edə bilərdi. Bundan başqa, icarə müqavilələri 2017-ci ildə bağlanmışdır. Həmin müqavilələrdən aydın olur ki, Cavabdeh MTK 300 manat icarə haqqı ödəməlidir, bu icarə haqqı bir dəfə də olsun ödənilməmiş, iddiaçı tərəfindən 2017-ci ildən bugünə kimi icarə haqqı ilə bağlı heç bir tələb irəli sürülməmişdir. Əgər bu müqavilələr realdırsa, iddiaçı niyə icarə haqqı ilə bağlı tələb irəli sürməmişdir və ya belə bir ödəniş və ya ödənişin ödənilməsini tələb edən pretenziya mövcuddursa, niyə məhkəməyə sübut kimi təqdim edilməmişdir? İcarə müqavilələrinin müddətləri 19 may 2021-ci il tarixə kimi olmuşdur. Bu müddət bitdikdən sonra da iddiaçı tərəfindən hər-hansı pretenziya irəli sürülməmişdir. Yalnız Cavabdeh MTK-nın təsisçiləri arasında yaranan münaqişədən sonra (X2 və X5 ilə İddiaçı arasında uzun sürən münaqişəli məhkəmə prosesləri başlanmışdır, hazırda həmin işlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, Ali Məhkəmədə, Bakı Kommersiya Məhkəməsində davam etməkdədir), İddiaçı tərəfindən ilk növbədə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın keçirilməsi və s. tələblə məhkəmədə iddia qaldırılmış, daha sonra qeyd edilən hazırkı formal müqavilələrə əsaslanan iddia qaldırılmışdır. Bütün bu sadalanan arqumentlər bir daha onu göstərir ki, iddiaçının istinad etdiyi müqavilələr uydurma müqavilələr olmaqla əhəmiyyətsizdir. Yəni heç bir hüquq və vəzifə yaratmamaqla sadəcə görünüş üçün bağlanmışdır. Məhz bu səbəbdəndir ki, iddiaçı müqavilələrin əsllərini, kassa mədaxil qəbzlərini, maliyyə arayışlarını, icarə haqqının ödənilməsini təsdiq edən sənədləri təqdim edə bilmir və bu vaxta kimi hər hansı iddia qaldırılmamışdır. Odur ki, İddiaçı iddiası üzrə istinad etdiyi müqavilələrin etibarsız olmasına, yəni uydurma əqd olmaqla əhəmiyyətsiz əqd olmasına məhkəmə hüquqi qiymət verməli və bu əsasla iddianı rədd etməlidir. Cavabdeh 12 fevral 2025-ci il tarixdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş məktuba əsasən, sözügedən icarə müqavilələri heç bir yerdə qeydiyyata alınmamışdır. Bu bir daha həmin müqavilələrin formallığını sübut edir. Əgər həmin müqavilələr real olsa idi, müvafiq vergi orqanında qeydiyyata alınardı. Demək həmin müqavilələr formal olmuş və hər zaman da formallığını qorumuş, hər hansı formada sonradan bəyənmə hərəkəti həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı 03 iyul 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı- Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli icarə müqaviləsinə və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarə verilməsinə 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsinə xitam verilmiş hesab edilməsi, icarə müqavilələrinin predmetini təşkil edən hər iki qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 3M-177 nömrəli notariat işindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 19 may 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı qeyriyaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdehnə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak 10 may 2017-ci il tarixli AB05M52 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 19 may 2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən Cavabdeh tərəfindən icarəyəverənə aylıq 200 manat icarə haqqı ödənilməsi təsbit edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan satıcı Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 10 may 2017-ci il tarixli AB05M52 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 1-ci bəndinə əsasən satıcı Cavabdeh MTK Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 1-ci mərtəbə, 130 kvadrat metr ümumi sahəsi olan 11 saylı qeyri-yaşayış sahəsini payçı İddiaçı satmağı, payçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən əmlakın dəyərinin 65000 (altmış beş min) manat olması və nağd şəkildə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan 3M-178 nömrəli notariat işindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh 19 may 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı qeyri-yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdehnə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak 10 may 2017-ci il tarixli AB05M53 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 19 may 2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən Cavabdeh tərəfindən icarəyəverənə aylıq 300 manat icarə haqqı ödənilməsi təsbit edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan satıcı Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış 10 may 2017-ci il tarixli AB05M53 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 1-ci bəndinə əsasən satıcı Cavabdeh MTK Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 1-ci mərtəbə, 240 kvadrat metr olan ümumi sahəsi olan 10 saylı qeyri-yaşayış sahəsini payçı İddiaçı satmağı, payçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən əmlakın dəyərinin 120000 (yüz iyirmi min) manat olması və nağd şəkildə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativinin nizamnaməsinin 2.1-ci bəndinə əsasən İddiaçı MTK-nın üzvü olmaqla, nizamnamə kapitalında 22 %, 52,8 (əlli iki manat 80 qəpik), 528 pay pul şəklində pay haqqına sahibdir. İş materiallarına əlavə edilmiş 24 dekabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MTK-dan aralarında bağlanmış icarə müqavilələrinin müddətinin bitməsi səbəbindən əmlaklardan çıxması, əmlakların boşaldılması və təhvil verilməsi və icarə haqlarının ödənilməsi tələblərinin 28 dekabr 2024-cü il tarixinədək yerinə yetirilməsini tələb etmişdir. Beləliklə, təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MTK arasında alqı-satqı müqavilələri bağlanmış, daha sonra iddiaçı alqı-satqı müqavilələri əsasında əldə etdiyi qeyri-yaşayış sahələrini cavabdehin icarəsinə vermişdir. Cavabdeh iddia tələbinə etirazında həm alqı-satqı, həm də icarə müqavilələrinin uydurma əqdlər olduğunu bildirmiş, bu mövqeyini müqavilələrin qeyri-yaşayış sahələrinin ofis kimi fəaliyyət göstərməsi üçün görüntü məqsədilə bağlanması, iddiaçı cavabdeh MTKya aidiyyəti şəxs olduğu halda, müqavilələr bağlanarkən cavabdeh hüquqi şəxsin ümumi yığıncağının qərarının qəbul edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. - 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi normaların tələblərinə uyğun olması lazımdır. Mülki Məcəllədə əqdin etibarlı olması aşağıdakı şərtlər daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Əqd qeyd edilən şərtlərə riayət edildikdə hüquq və vəzifələr doğurur. Əlavə olaraq müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddənin dispozisiyasından görünür ki, uydurma əqd tərəflərin həqiqi iradələri ilə ifadə etdikləri iradələri arasında bilərək və istəyərək yaratdıqları bir uyğunsuzluğun nəticəsidir və onun 3 ünsürü vardır: 1) Görünüşdəki müqavilə (əqd), yəni tərəflərin həqiqətdə istəmədikləri halda görünüş üçün bağladıqları müqavilədir (əqddir). 2) Əqdin uydurma olması barədə razılaşma, yəni tərəflər görünüş üçün bağlanmış müqavilənin uydurma (ona uyğun hüquqi nəticələr yaratmaq niyyətinin olmaması) olması barədə fikir birliyindədirlər. 3) Görünüş üçün bağlanma. Burada məqsəd hər hansı üçüncü şəxsi aldatma ola bilər. Məhkəmə qeyd edir ki, əgər müqavilənin bir tərəfi əqdin uydurma əqd olması əsası ilə etibarsızlığına istinad edirsə, buna səbəb kimi göstərdiyi faktiki halları sübuta yetirmək əqdin etibarsızlığını iddia edənin üzərinə düşür. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə müqavilələrin etibarsızlığı tələbini cavabdeh irəli sürdüyü üçün bu halı sübuta yetirmək vəzifəsi ona aiddir. Lakin cavabdeh tərəfindən mübahisələndirilən alqı-satqı və icarə müqavilələrinin görünüş üçün bağlanmasını, görünüş üçün müqavilə bağlamanın hansı məqsədə xidmət etməsini, başqa sözlə müqavilə tərəflərinin hansı üçüncü şəxslər qarşısında və hansı məqsədlə alqı-satqı və icarə müqavilələri bağlayırlarmış kimi görünmək niyyətində olmalarına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin 10 may 2017-ci il tarixli AB05M52 nömrəli və 10 may 2017-ci il tarixli AB05M55 nömrəli alqı-satqı müqavilələri bağlanılarkən ümumi yığıncağın qərarının olmaması barədə dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. - 49-1.1-ci maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. - 49-1.2-ci maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. - 49-1.3-cü maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə alqı-satqı müqavilələri imzalanarkən əqdin etibarsızlığına əsas ola biləcək, etirazında qeyd etdiyi halları (müqavilə bağlanarkən hüquqi şəxsin ümumi yığıncağının qərarının olmaması) bildiyi halda, həmin əqdləri bağlamış, daha sonra isə iddiaçı ilə icarə müqavilələri bağlayaraq əqdlərin bağlanmasının onun iradə ifadəsinə uyğun olduğunu bir daha nümayiş etdirmişdir. Belə olan halda cavabdehin hazırda həmin əqdləri mübahisələndirməsi vicdanlılıq prinsipinə zidd olmaqla, eyni zamanda hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir (F.Nəcəfovanın şikayəti üzrə Qərar). Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdlərin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-354-cü maddələrində göstərilən halların mövcud olması faktı müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3cü bəndində icarə müddəti 19 may 2020-ci il tarixədək müəyyən edilmiş və həmin müddətin bitməsinə 1 (bir) ay qalmış tərəflər müqavilələrin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddətinin daha bir il müddətinə uzadılması barədə razılığa gəlinmişdir. Bundan başqa, tərəflər müqavilənin 7-ci bəndində müqavilənin tərəflərin razılığı ilə ləğv edilməsi əsasını müəyyənləşdirərək, bir ay qabaqdan yazılı ərizəyə müvafiq olaraq müqavilənin ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmuşlar. İddiaçı cavabdeh Cavabdehnə 24 dekabr 2024-cü il tarixdə pretenziya təqdim edərək, cavabdehin ona məxsus əmlaklardan çıxması, əmlakların boşaldılaraq təhvil verilməsi və icarə haqlarının ödənilməsini tələb etməklə, müqavilələrin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli icarə müqaviləsi və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi xitam verilmiş hesab edilməli, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmalı və İddiaçı təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M- 177 reyestr nömrəli icarə müqaviləsi və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi xitam verilmiş hesab edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-321/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-321/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver