Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-4/2024 20.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, eyni zamanda vəkili və nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə ilkin iddia ərizəsinə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 175455 (yüz yetmiş beş min dörd yüz əlli beş) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 466 (dörd yüz altmış altı) manatın və hüquqi yardıma görə ödənilmiş 2013 (iki min on üç) manat xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 11 oktyabr 2019-cu il tarixli, AZ 10/2019 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti olaraq icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər (ayaqaltının qurulması, sökülməsi və aylıq icarə) əsasında xidmət göstərməyi öz üzərinə götürmüşdür. Xidmət müqaviləsi üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə bir sıra ödənişlər edilsə də, 175455 (yüz yetmiş beş min dörd yüz əlli beş) manat məbləğində borc bu günədək ödənilməmişdir. Cavabdehə həmin borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də, hər dəfə vaxt istənməklə, qısa müddətə borcun tam ödəniləcəyi vəd edilmişdir. Buna baxmayaraq borc məbləği bu günədək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq pretenziya göndərilmişdir. Daha sonra qanunun tələbinə əsasən mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh tərəf mediasiya təşkilatında keçirilən iclasda iştirak etməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı 107566,55 (yüz yeddi min beş yüz altmış altı manat əlli beş qəpik) manat pul vəsaitinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 11 oktyabr 2019-cu il tarixli AZ 10\2019 saylı xidməti müqavilə başlanmışdır. Bundan sonra əvvəlki müqavilə ləğv edilərək, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 24 oktyabr 2019-cu il tarixli AZ 10/2019 yeni xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh icraçı olaraq müqavilədə göstərilən işləri görməyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə görülmüş işlərin dəyərini ona ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.9-cu bəndinə əsasən xidmətin dəyəri ay bitdikdən sonra “F-2” arayışı ilə təsdiqlənərək növbəti 30 gün ərzində ödənilməli idi. Müqavilənin 3.1-ci maddəsinə əsasən göstərilən xidmətlər sifarişçi tərəfindən sifariş olunduqdan sonra icraçı tərəfindən təmin olunur və təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verilir. Müəyyən dövr ərzində tərəflər arasında təhvil-təslim aktı “F-2” arayışı ilə təsdiqlənmiş 207245,86 manat dəyərində iş görülmüşdür. Cavabdeh isə təsdiqlənməmiş qaimələrlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əlavə ödənişlər üçün məlumat göndərmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülmüş işlərin dəyərindən artıq olaraq 107566,55 manat vəsait cavabdehin hesabına köçürülmüşdür. Ödəmə qaimələrinin təsdiqsiz olmasını bildirərək onların geri çağrılması cavabdehdən tələb edilsə də, cavabdeh yalnız 40497,1 manatlıq qaiməni geri çağıraraq ləğv etmiş, qalan qaimələri isə saxlamışdır. İddiaçı hazırkı vaxtadək həmin artıq ödənilmiş pul vəsaitini geri qaytarmaqdan imtina edir. Məhkəmənin 02 sentyabr 2022-ci il tarixli e-2-2(119)-1200/2022 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin icraata götürülərək İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi”nə dair ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 sentyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim edərək İddiaçı təsdiq edilmiş “Forma 2”-lərə görə ödənilmiş pul vəsaitlərindən 97477,06 (doxsan yeddi min dörd yüz yetmiş yeddi manat altı qəpik) manatın, təsdiq edilməmiş “Forma 2”-lər üzrə ödənilmiş 107566,55 (yüz yeddi min beş yüz altmış altı manat əlli beş qəpik) manat pul vəsaitinin və ona görə ödənilmiş 19362 (on doqquz min üç yüz altmış iki) manat ƏDV məbləğinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənmiş 200 (iki yüz) manat xidmət haqqının alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya təsdiqlənmiş “Forma 2”-lərlə ödənilmiş pul vəsaitləri həqiqəti əks etdirmir, icraçı görülən işlərin həcmini şişirtmiş, nəticədə ona gördüyü işlərdən daha böyük həcmdə vəsaitlər ödənmişdir. Belə ki, sifarişçi şirkət olan "xxxx" Birgə Müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verdiyi işlərin görülməsi üçün taxtabənd işlərini 204000 manat qiymətləndirmiş və bu işlərin onun tərəfindən görülməsini təklif etmişdir. "xxxx" Birgə Müəssisəsi taxtabəndlərin qurulması zamanı hər kubmetr işin dəyərini 8 manatdan qiymətləndirmişdir. Bu zaman "xxxx" Açıq Səhmdar Cəmiyyəti digər təşkilatla bu işlərin hər kubmetrini 6 manatdan görmək şərtilə nüqavilə bağlayaraq işləri özü görəcəyini bildirmişdir. Bu məqsədlə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01 iyun 2019-cu il tarixli müqavilə bağlamış, lakin MMC işləri ləng gördüyü üçün 10 oktyabr 2019-cu il tarixdə müqaviləni pozmuş və görülmüş işlərə görə ona 29688,46 manat pul ödəmişdir. Bundan sonra İddiaçı ilə 11 oktyabr 2019-cu il tarixli müqavilə bağlanmış, ayaqaltının hər kubmetrinə 6 manat ödəmək barədə razılıq əldə olunmuş və ona 207245,86 manat pul ödənilmişdir. Qeyd olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti termoizolyasiya işlərini taxtabəndlərlə bərabər həm də avtosəbətlərlə görmüş, bu xidməti ona "xxxx" Birgə Müəssisəsinin texnikası göstərmiş və həmin müəssisəyə 67778,06 manat ödənilmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənmiş 29688,46 manatla birlikdə taxtabənd və avtosəbət işlərinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 97477,06 manat ödənilmişdir. Buna görə ümumilikdə olan taxtabənd işlərinin həcmindən İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Birgə Müəssisəsinə ödənilən məbləği çıxmaq lazımdır. Belə olan təqdirdə cavabdehin İddiaçı gördüyü işlərin ümumi dəyəri cəmi 109768,80 (207245,86-97477,06) manat təşkil edir. Bu həcm həqiqətə daha çox uyğundur. Çünki cavabdehin iş saatları barədə qrafikdən elmi hesablmalar da təsdiq edir ki, cavabdeh yalnız bu həcmdə iş görə bilərdi. Bundan başqa cavabdehə artıq ödənilən 107566,55 manat pul vəsaitindən əlavə həmin məbləğə görə ödənilmiş 19362 manat ƏDV də geri qaytarılmalıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim edərək, İddiaçı təsdiq edilmiş “Forma 2”-lərə görə ödənilmiş pul vəsaitlərindən 97477,06 manatın, təsdiq edilməmiş “Forma 2”-lər üzrə ödənilmiş 107566,55 manat pul vəsaitinin və ona görə ödənmiş 19362 manat ƏDV məbləğinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənmiş 200 manat xidmət haqqının alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasına, 05 avqust 2020-ci il tarixli 224390 saylı, 10 sentyabr 2020-ci il tarixli 828840 və 833308 saylı, 08 oktyabr 2020-ci il tarixli 009984 saylı elektron qaimələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi və əsassız olduğundan qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, öz mövqeyini onunla əsaslandırmışdır ki, görülən işləri təsdiqləyən “Forma 2”-lər və elektron qaimələr var. İşlərin görülməsinə dair hansı hissədə “Forma 2”-lər yoxdursa, həmin işlərin görülməsi “ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri” ilə də sübuta yetirilir. Ay ərzində görülmüş işlər həmin cədvəllərdə göstərilmiş və bu cədvəllər İddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Birgə Müəssisəsinin nümayəndələri tərəfindən imzalanmışdır. Həmçinin, o, izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə qarşı tərəfə ümumilikdə 12 ədəd elektron qaimə göndərilmiş olsa da, qarşılıqlı razılığa əsasən həmin elektron qaimələrdən biri icraçı tərəfindən geri götürülərək ləğv edilmişdir. Lakin iddia ərizəsində qarşı tərəfin İddiaçı olan münasibətinə görə ləğv edilən elektron qaimənin də dəyəri tələb edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, əsassız olduğundan qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq 2019-cu il oktyabr ayından 2020-ci ilin may ayınadək yerinə yetirilmiş işlərin qəbul aktı (Forma 2) imzalansa da, sonradan cavabdeh həmin aktı imzalamaqdan yayındığı üçün o, 2020-ci ilin iyun ayından 2020-ci ilin oktyabr ayınadək ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəllərini tərtib edərək Tural Əlişov, Şahid2 və Elnur Mürsəliyevə imzalatdırdığını qeyd etmişdir. Bununla yanaşı o, suallara cavab olaraq bildimişdir ki, ekspert rəyində müəyyən edilən quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən həcm arasında olan 6816,78 m3 fərqlə bağlı onunla bağlıdır ki, ilk bir-iki ay işlər görülərkən ayaqaltıların icarəsi haqqı “Forma 2” aktlarında göstərilməmişdir. Buna görə aramızda razılığa gəldik ki, ayaqaltıların icarəsi haqqı qeyd olunmayaraq texniki səhvə yol verilmiş, həmin vəsaitin ödənilməsi üçün növbəti aylarda həmin məbləğə uyğun iş həcmi çox göstərilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin isə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, izahatında bildirmişdir ki, qarşı tərəfin iddiasına görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən ayaqaltıların qurulması və sökülməsi işləri 475767,45 manat dəyərində həyata keçirilmişdir. Görülən işlərin dəyəri olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 314812,40 manat məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc üzrə ödənişlərin həyata keçirilməsinin dayandırılmasının səbəbi İddiaçı tərəfindən may ayına qədər təqdim edilən “Forma 2” aktlarında xidmətlərin dəyərinin şişirdilmiş məbləğdə göstərilməsidir. Ekspert rəyində göstərilir ki, təsdiqlənmiş “Forma 2” aktlarında İddiaçı tərəfindən 4164,72 kubmetr ayaqaltıların quraşdırılması və 744,96 kubmetr ayaqaltıların sökülməsi artıq göstərilmişdir. Həmin ekspert rəyində müəyyən edilən bu hallar düzgün qeyd olunmuşdur. Belə ki, müqavilə üzrə ayaqaltıların sökülüb-yığılması 10 manatdan, əlavə olaraq ayaqaltıların kirayəsi isə 2 manatdan hesablanmışdır. 4164,72 kubmetri ümumi olaraq 12 manatdan hesabladıqda 49976 manat əldə olunur. Həmçinin 744,96 kubmetri 12 manatdan hesabladıqda 8939,52 manat əldə olunur. Ekspert rəyində göstərilən quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən həcm arasında mövcud olan 6816,78 m3 fərqi 12 manatdan hesabladıqda 81801,36 manat əldə olunur. İddiaçı tərəfindən 2019-cu ilin oktyabr-noyabr ayında iş görülmədiyi halda “Forma 2” aktı tərtib edilmişdir. Həmçinin dekabr ayında da İddiaçı tərəfindən “Forma 2” aktı tərtib edilmişdir. Həmin aktda qeyd olunan həcmdə işlərin görülməsi isə mümkünsüzdür. Belə ki, dekabr ayında ayaqaltıların qurulması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Birgə Müəssisəsinə 11422 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı kart ödənişlərindən görünür ki, onun tərəfindən noyabr-dekabr ayında heç bir işçiyə əməkhaqqı ödənilməmişdir. Yalnız dekabr ayında 1030 manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmin məbləğ də miniumum əməkhaqqı üzrə hesablandıqda 3 işçinin əməkhaqqını təşkil edir. Bu isə o deməkdir ki, İddiaçı qeyd olunan tarixlərdə iş görmədiyi halda “Forma 2” aktları təqdim etmişdir. 257863,48 manat dəyərində təsdiqlənmiş “Forma 2” aktlarından ekspert rəyində müəyyən edilən məbləğ və "xxxx" ASC tərəfindən "xxxx" Birgə Müəssisəsinə ödənilmiş 11422 manat çıxıldıqda “Forma 2” aktlarında şişirdilmiş rəqəmin 133367,96 manat təşkil etdiyi müəyyən edilir. "xxxx" ASC tərəfindən İddiaçı 314812,40 manat məbləğində ödəniş həyata keçirilsə də, təsdiqlənmiş “Forma 2” aktlarının ümumi dəyəri 257862,76 manat təşkil edir. Bu o deməkdir ki, "xxxx" ASC tərəfindən İddiaçı təsdiqlənmiş “Forma 2” aktlarının ümumi məbləğindən 56949,62 manat məbləğində artıq ödəniş edilmişdir. Ümumilikdə isə "xxxx" ASC tərəfindən İddiaçı 190317,58 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın əsaslı olduğu müəyyən edilir. İddiaçı işləri təkrarən göndərdiyi üçün təqdim edilən elektron qaimələrdən birini geri götürmüşdür. Lakin "xxxx" ASC tərəfindən müvafiq işlərin görülməsi üçün "xxxx" Birgə Müəssisəsinə 97000 manat, digər şirkətə isə 29000 manatdan artıq ödəniş həyata keçirilmişdir. Qarşı tərəfin iddia etdiyi görülmüş işlərin dəyəri ilə müvafiq işlərin görülməsi üçün "xxxx" ASC tərəfindən "xxxx" Birgə Müəssisəsinə və digər şirkətə ödənilmiş məbləğləri topladıqda 600000 manatdan çox məbləğ alınır. Müqavilə üzrə işin ümumi həcmi isə ******* manatdır. Həmin məbləğə ayaqaltıların qurulması ilə yanaşı izolyasiya işlərinin görülməsi də daxildir. Təsdiq edilmiş “Forma 2” aktlarında görülən işlərdən daha artıq ödəniş həyata keçirilməsi mühasibatlıq tərəfindən xidmətlərin dəyərinin düzgün hesablanmaması ilə bağlı olub. 2019-cu ilin may ayından sonra “Forma 2” aktları təsdiq edilmədiyi halda "xxxx" ASC tərəfindən ödənişlər həyata keçirilməsi isə onunla bağlıdır ki, İddiaçı şifahi şəkildə şişirdilmiş “Forma 2” aktları üzrə müvafiq işləri yerinə yetirəcəyini bildirmiş, ona görə də həyata keçirilən ödənişlərin əvəzləşdiriləcəyi razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin isə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, izahatında bildirmişdir ki, müqaviləyə əsasən görülən işlər üzrə ödəniş hər iki tərəfin təsdiq etdiyi “Forma 2” aktlarına əsasən həyata keçirilir. İddiaçı tərəfindən sonradan təqdim edilmiş ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəllərinin "xxxx" ASC tərəfindən təsdiq edilməməsi onlarda göstərilən işlərin qəbul edilmədiyini göstərir. Həmin cədvəlləri imza edən şəxslərin "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Həmin şəxslərdən biri "xxxx" ASC-nin işdən azad edilmiş səlahiyyətsiz nümayəndəsidir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin "xxxx" ASC tərəfindən 5 gün ərzində etiraz edilmədiyi üçün sistem tərəfindən təsdiq edilməsi ilkin iddianın təmini üçün əsas ola bilməz. İddiaçı tərəfindən göndərilən elektron qaimələrdən birinin geri götürülərək ləğv edilməsi "xxxx" ASC-nin həmin elektron qaimələrlə bağlı etirazının bir növüdür. "xxxx" ASC-nin rəhbərliyinin etirazı nəticəsində İddiaçı göndərilən elektron qaimələri geri götürəcəyini qeyd etsə də, sadəcə bir elektron qaiməni geri götürmüşdür. İddiaçı tərəfindən göndərilən elektron qaimələrə etiraz edilməməsinin səbəblərindən biri də "xxxx" ASC-nin mərhum direktorunun qeyd olunan məsələləri İddiaçı ilə işgüzar münasibətlər çərçivəsində həll edəcəyinə ümid etməsi olmuşdur. Bundan əlavə göndərilən hər bir elektron qaimənin təsdiqedici sənədi kimi “Forma 2” aktı olmalıdır. Həmin elektron qaimələr “Forma 2” aktları ilə təsdiq edilmir. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilən elektron qaimələr məhkəmə tərəfindən borcun mövcudluğunu sübut edən sənəd kimi qəbul edilə bilməz. Buna görə də qarşılıqlı iddia ərizəsində məhz həmin elektron qaimələrin etibarsız hesab edilməsi tələb edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə4 izahatında iş üzrə ekspert rəylərində müəyyən edilən və edilməyən məsələləri nə inkar, nə də təsdiq edə bildiyini qeyd etmiş, hansı həcmdə işin görülüb-görülmədiyini yalnız iş materiallarında olan sənədlərlə müəyyən etmək mümkün olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, qarşılıqlı iddia ərizəsinə əlavələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan subpodratçı "xxxx" Birgə Müəssisəsi ilə subsubpodratçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış AZF-095-0104 nömrəli subpodrat müqaviləsinə əsasən sub-subpodratçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subpodratçı "xxxx" Birgə Müəssisəsi üçün subpodratçı "xxxx" Birgə Müəssisəsinin “Azərkimya” İB “EP-300” qurğusunun modernizasiya işlərinə dair (AZF-095) layihəsi çərçivəsində tələb olunan boruların izolyasiyası üzrə xidmətləri icra etməyi, subpodratçı "xxxx" Birgə Müəssisəsi isə sub-subpodratçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə bu xidmətlər üçün razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli AZ 10/20219 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər (ayaqaltının qurulması, sökülməsi və aylıq icarə) əsasında xidmət göstərməyi öz üzərinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən hazırkı müqavilə 11 oktyabr 2019-cu il tarixdən qüvvəyə minir və 11 oktyabr 2020-ci il tarixinədək qüvvədə qalır. Müqavilə müddətinin başa çatmasına 30 gün qalmış tərəflərdən hər hansı biri müqavilətə xitam verilməsi barədə digər tərəfə yazılı şəkildə xəbərdarlıq etmədikdə, müqavilənin müddəti növbəti 1 il müddətinə və eyni şərtlərlə uzadılmış sayılır. İş materiallarında olan İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli AZ 10/2019 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər (ayaqaltının qurulması, sökülməsi və aylıq icarə) əsasında xidmət göstərməyi öz üzərinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öhədliklərinin yerinə yetirmə tarixinə qədər qüvvədədir. Müqavilə müddəti 6 ay təşkil edir. Həmin müqavilələrin 1.2 və 1.3-cü bəndlərinə əsasən xidmətlər sifarişçinin göstərişi əsasında onun fəaliyyət göstərdiyi iş sahəsində həyata keçirilir. Xidmətlər müvafiq qaydada qusursuz sifarişçiyə təhvil verildiyi andan, icraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirilmiş hesab edilir. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən “sifarişçi” tərəfindən ödəniş faktiki göstərilmiş xidmətlərə görə “icraçı”nın müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə və ya nəğd ödənilir. Həmin müqavilələrin 2.9-cu bəndində xidmətin dəyərinin ay bitdikdən sonra “F-2” ilə təsdiqlənərək növbəti 30 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlər sifarişçi tərəfindən sifariş olunduqdan sonra icraçı tərəfindən təmin olunur və təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verilir. İş materiallarında olan “yerinə yetirilmiş işlərin qəbulu” aktlarından (Forma №2) görünür ki, İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2019-cu ilin oktyabr ayında 4813,51 manat, noyabr ayında 19133,70 manat, dekabr ayında 26846,53 manat, 2020-ci ilin yanvar ayında 36057,83 manat, fevral ayında 50424,79 manat, mart ayında 47125,2 manat, aprel ayında 26956,51 manat və may ayında 59728,56 manat dəyərində işlər görülmüşdür. Məhkəməyə təqdim edilən 01 iyun 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində tərtib olunmuş “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri”ndən görünür ki, ayaqaltının qurulması və sökülməsi ilə əlaqədar gündəlik görülən işlərin həcmi göstərilərək, həmin cədvəllər icraçı İddiaçı işçisi qismində Əlişov Tural (“təhvil verdi” qrafalarında), sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi Şahid2 (“təhvil aldı” qrafalarında) və "xxxx" Birgə Müəssisəsinin inspektoru Mürsəliyev Elnur tərəfindən imzalanmışdır. 22 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul ayına kimi "xxxx" Birgə Müəssisəsində işləmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqaviləyə əsasən İddiaçı tərəfindən skaut işləri görülmüş və o, skaut-supervayzer olaraq İddiaçı tərəfindən görülən işlərin həcmini və təhlükəsizliyini yoxladıqdan sonra onun razılığı ilə "xxxx" Birgə Müəssisəsinin işçisi Elnur Mürsəliyev “ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri”ni imzalamışdır. 22 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 Mirzəağa oğlu ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində müqavilə ilə işləmişdir. İddiaçı gördüyü işlərə nəzarət etməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən ona tapşırıq verilmişdir. Görülən işlərin həcmi müəyyən edildikdən sonra o, “ayaqaltıların quraşdırılması və sökülməsinə dair tərtib edilən gündəlik məlumat cədvəlləri”ni imzalamışdır. Həmin cədvəllər tərtib edilərkən görülən işlərin həcmində şişirdilməyə yol verilməmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4813,51 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 25 noyabr 2019-cu il tarixli EBAC seriyalı 862516 nömrəli, 19133,7 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 26 dekabr 2019-cu il tarixli EBAE seriyalı 407890 nömrəli, 26846,53 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 fevral 2020-ci il tarixli EBAG seriyalı 352979 nömrəli, 36057,83 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 mart 2020-ci il tarixli EBAH seriyalı 624413 nömrəli, 50424,79 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 01 may 2020-ci il tarixli EBAJ seriyalı 409154 nömrəli, 47125,2 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 14 may 2020-ci il tarixli EBAJ seriyalı 892351 nömrəli, 26956,51 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 iyul 2020-ci il tarixli EBAM seriyalı 516511 nömrəli, 59728,56 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 iyul 2020-ci il tarixli EBAM seriyalı 516627 nömrəli, 73438,83 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 05 avqust 2020-ci il tarixli EBAN seriyalı 224390 nömrəli, 74061,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 828840 nömrəli, 61840,93 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 833808 nömrəli, 47786,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimələr təqdim edilmişdir. Lakin 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimə 24 noyabr 2020-ci il tarixdə İddiaçı özü tərəfindən də ləğv edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 28 dekabr 2019-cu il tarixdə 19133,7 manat, 25 noyabr 2019cu il tarixdə 4813,51 manat, 14 fevral 2020-ci il tarixdə 26846,53 manat, 14 mart 2020-ci il tarixdə 23000 manat, 29 aprel 2020-ci il tarixdə 13057,83 manat, 04 may 2020-ci il tarixdə 15000 manat, 21 may 2020-ci il tarixdə 35424,79 manat, 09 iyul 2020-ci il tarixdə 47125,2 manat, 25 avqust 2020-ci il tarixdə 22844,5 manat, 14 oktyabr 2020-ci il tarixdə 28000 manat, 30 oktyabr 2020-ci il tarixdə 22617,42 manat, 18 yanvar 2021-ci il tarixdə 10000 manat, 03 mart 2021-ci il tarixdə 20000 manat, 25 oktyabr 2021-ci il tarixdə 5000 manat, 17 dekabr 2021-ci il tarixdə 5000 manat, 2021-ci ildə 16949,15 manat məbləğində olmaqla, ümumilikdə 314812,63 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışlardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ƏDV sub-uçot hesabına xx.xx.2020-ci il tarixdə 4112,01 manat, xx.xx.2020-ci il tarixdə 5040 manat, xx.xx.2020-ci il tarixdə 4071,14 manat, xx.xx.2021-ci il tarixdə 1800 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.20212-ci il tarixdə 3050,85 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 900 manat olmaqla, cəmi 23474 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli 10/7353-9/8376 nömrəli ekspert rəyində göstərilir ki, "xxxx" Birgə Müəssisəsi, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən termoizolyasiya işlərinin görülməsi üçün quraşdırılmış ayaqaltıların söküldüyündən, baxış zamanı ayaqaltıların harada quraşdırılması dəqiqliklə təqdim olunmadığından, müqavilələr üzrə faktiki yerinə yetirilmiş işlərin ümumi həcmini və dəyərini, eləcə də, iş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilibyetirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı tərəfindən ayaqaltıların qurulmasına dair aylar üzrə iş materiallarında olan və yuxarıda göstərilən cədvəldə qeyd olunmuş ümumi iş növləri müqayisə edilərkən müəyyən olunmuşdur ki, oktyabr və noyabr aylarda ayaqaltıların icarəyə götürülməməsinə baxmayaraq, cədvəldə 4164,72 m3 ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırıldığı və 744,96 m3 söküldüyü göstərilmişdir. Həmçinin aparılmış hesablamalara əsasən cədvəllərdə ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdılmasının ümumi görülmüş işlərin həcmi 29165.38 m3 və həmin işlərin sökülməsi isə 22848,6 m3 göstərilmişdir. Belə ki, quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən ayaqaltıların həcmi arasında 6816,78 m3 fərq mövcuddur. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilib-yetirilməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın beşinci və altıncı sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5374-9/5557/2023 nömrəli ekspert rəyində göstərilir ki, "xxxx" Birgə Müəssisəsi, “X3” Məhdud Məsuliyyəti Cəmiyyəti və İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən termoizolyasiya işlərinin görülməsi üçün quraşdırılmış ayaqaltıları söküldüyündən, baxış zamanı ayaqaltıların harada quraşdırılması dəqiqliklə təqdim olunmadığından, müqavilələr üzrə faktiki yerinə yetirilmiş işlərin ümumi həcmini və dəyərini, eləcə də, iş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilib-yetirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı tərəfindən ayaqaltıların qurulmasına dair aylar üzrə iş materiallarında olan və rəydə göstərilən cədvəldə qeyd olunmuş ümumi iş növləri müqayisə edilərkən müəyyən olunmuşdur ki, oktyabr və noyabr aylarında ayaqaltılar icarəyə götürülməməsinə baxmayaraq cədvəldə 4164.72 m3 ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırıldığı və 744,96 m3 söküldüyü göstərilmişdir. Həmçinin aparılmış hesablamalara əsasən, cədvəllərdə ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırılması ilə bağlı ümumi görülmüş işlərin həcmi 29165.38 m3 və həmin işlərin sökülməsi isə 22848.6 m3 göstərilmişdir. Belə ki, quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən həcm arasında 6816,78 m3 fərq mövcuddur. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilib-yetirilməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın beşinci və altıncı sualları üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 2019-cu ilin oktyabr ayında xidmət müqaviləsi bağlanılmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilədən irəli gələn xidmətlərin göstərilməsi ilə əlaqədar 12 ədəd elektron qaimə təqdim olunmuş və onlardan 47786,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimə 2020-ci ilin noyabr ayında İddiaçı özü tərəfindən ləğv edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə 480427,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş 11 ədəd elektron qaiməyə etiraz edilməmiş və həmin elektron qaimələr üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 314812,63 manat, eyni zamanda 23474 manat ƏDV olmaqla, ümumilikdə 338286,63 manat məbləğində ödəniş edilmişdir. Yəni, məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı həmin müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən xidmətlərin dəyəri tam ödənilməməklə, öhdəliklər tam şəkildə icra edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə uyğun olaraq 2019 cu ilin oktyabr - 2020-ci ilin may aylarında yerinə yetirilmiş işlərin qəbulu aktı (Forma 2) imzalanmışdır. Lakin sonradan tərəflər arasında həmin aktlar imzalanmamış və buna görə də, 01 iyun 2020-ci il tarixdən 22 oktyabr 2020ci il tarixədək olan dövr ərzində “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri” tərtib olunmuşdur. Eyni zamanda İddiaçı tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvafiq elektron qaimələr göndərilmiş, cəmiyyət tərəfindən həmin qaimələrə etiraz edilməmiş, hər hansı dəqiqləşdirilmə aparılmamış və sonuncu dəfə 2021-ci ilin dekabr ayı olmaqla elektron qaimələr üzrə müəyyən məbləğlərdə ödənişlərin həyata keçirilməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbinin "cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 175455 (yüz yetmiş beş min dörd yüz əlli beş) manat borcun tutulması” hissəsi qismən təmin edilməli və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 142140,95 (yüz qırx iki min yüz qırx manat doxsan beş qəpik) manat məbləğində pul tutulmalıdır (480427,58 manat - 338286,63 manat= 142140,95 manat). İlkin iddia tələbinin “dövlət rüsumu olaraq ödənilmiş 466 (dörd yüz altmış altı) manatın tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 16 iyun 2022-ci il tarixli MŞB/6- 3143 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və 400 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən İddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, ilkin iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 2013 (iki min on üç) manat xidmət haqqının tutulması” hissəsi də qismən əsaslıdır. Belə ki, iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 2013 (iki min on üç) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 1972 (min doqquz yüz yetmiş iki) manat haqqın, 10 (on) manat marka pulunun, 1 (bir) manat bank xidmət xərcinin ödənilməsini nəzərdə tutan “Hüquqi yardım göstərilməsi haqqında” 21 aprel 2022-ci il tarixli 577 nömrəli müqaviləni əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 2013 (iki min on üç) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə ilkin iddia tələbi qismən təmin edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə - 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə işin hallarını və yuxarıda təsvir olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı qarşı verilmiş qarşılıqlı iddia ərizəsi əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən və qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 142140,95 (yüz qırx iki min yüz qırx manat doxsan beş qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 143105,95 (yüz qırx üç min yüz beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə hesablanmış 432,14 (dörd yüz otuz iki manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 367,14 (üç yüz altmış yeddi manat on dörd qəpik) manat məbləğində pul vəsaiti (432,14 - 65=367,14 manat) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən,“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 142140,95 (yüz qırx iki min yüz qırx manat doxsan beş qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 143105,95 (yüz qırx üç min yüz beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 367,14 (üç yüz altmış yeddi manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1 ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-4/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-4/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver