Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-487/2023 24.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “əşyanın qaytarılması və pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əşyanın qaytarılması və pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan və yalnız müvəqqəti olaraq texnikanın işləməsi məqsədi ilə Volvo BL61B texnikasının üzərinə qoyulmuş sürətlər qutusu beyninin (ECU) və ya onun dəyərinin iddiaçıya qaytarılmasına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Volvo BL61B (VİN: 1204359) texnikasının icarəsi gəlirindən məhrum olma üzrə 8218,18 (səkkiz min iki yüz on səkkiz manat 18 qəpik) manat, bank krediti ödənişləri üzrə itirilən gəlir nəticəsində 150,61 (yüz əlli manat 61 qəpik) manat və texnika satışı zamanı itirilən fayda üzrə isə 8000 (səkkiz min) manat olmaqla, ümumilikdə 16368,79 (on altı min üç yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində zərərin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" MMC-yə məxsus olan Volvo BL61B (VİN: 1204650) texnikası nasaz vəziyyətdə təmir edilməsi üçün "xxxx" MMC-nin ərazisinə gətirilmişdir. Təmir vaxtı sürətlər qutusunun beyninin sıradan çıxması problemi aşkar edilmiş, daha sonra "xxxx" MMC-nin anbarında tələb olunan beyin olmadığı üçün müvəqqəti olaraq (yeni ehtiyat hissəsi sifariş edilib gətirilənə qədər) texnikanın işləməsi üçün iddiaçıya məxsus olan digər Volvo BL61B (VİN: 1204359) sürətlər qutusunun beyni (ECU) ilə əvəz edilmişdir. Lakin yeni beyin (ECU) sifariş verilib gətirildikdən sonra müvəqqəti qoyulmuş beyinin yenisi ilə əvəz olunacağı razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən həyata keçirilmiş təmir xərcinin ödənilməsi üçün "xxxx" MMC-yə müvafiq elektron qaimə göndərilmiş, elektron qaimənin təyinat hissəsində də həmin məbləğin təmir xərci olduğu qeyd edilmiş və həmin təmir xərci ödənilmişdir. Lakin bugünə qədər "xxxx" MMC tərəfindən yeni beyin (ECU) sifariş verilməmiş, "xxxx" MMC-yə məxsus olan və yalnız müvəqqəti olaraq texnikanın işləməsi məqsədi ilə Volvo BL61B texnikasının üzərinə qoyulmuş beyin (ECU) "xxxx" MMC-yə qaytarılmamışdır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin beyin qaytarılmamış, bu səbəbdən "xxxx" MMC-yə məxsus olan Volvo BL61B (VİN: 1204359) texnikası uzun müddət istifadəyə yararsız vəziyətdə gözləmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, digər müştərilər tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən dövr ərzində "xxxx" MMC-yə qeyd olunan Volvo BL61B texnikasının icarəyə götürülməsi ilə bağlı müraciətlər “Aztexnika LTD" MMC-yə məxsus texnikanın sürətlər qutusunun beyni olmadığı üçün müsbət cavablandırıla bilməmişdir. Qeyd olunan sürətlər qutusunun beyninin geri qaytarılması üçün müştəriyə xəbərdarlıqlar edilməsinə baxmayaraq, müştəri texnikanın sürətlər qutusunun beynini geri qaytarmaqdan imtina etmişdir. Bunun nəticəsində "xxxx" MMC qeyd olunan dövr ərzində 8218,18 (səkkiz min iki yüz on səkkiz manat 18 qəpik) manat texnika icarəsinin gəlirindən məhrum olmuşdur. Əlavə olaraq qeyd olunan dövr ərzində "xxxx" MMC tərəfindən bank krediti ödənişləri üzrə itirilən gəlir nəticəsində 150,61 (yüz əlli manat 61 qəpik) manat əlavə faiz və cərimə məbləğləri xərci çəkilmişdir. Sonradan "xxxx" MMC-yə məxsus başqa texnikadan sürətlər qutusunun beyni çıxardılaraq Volvo BL61B (VİN: 1204359) texnikasına quraşdırılmışdır. Volvo BL61B (VİN: 1204359) texnikası AZTX/648 saylı xx.xx.2021-ci il tarixli müqavilə əsasında fiziki şəxs olan X1 xx.xx.2021-ci il tarixli təhvil- təslim aktı əsasında ƏDV daxil olmaqla 68000 (altmış səkkiz min) manata satılmışdır. Texnikaya sonradan başqa sürətlər qutusuna məxsus beyinin quraşdırılması onun təqdimetmə dəyərinə (satış qiyməti) mənfi şəkildə təsir göstərmişdir. Bu səbəbdən satılan texnika həmin dövrdə satılan analoji texnikaların bazar dəyərindən 8000 (səkkiz min) manat daha aşağı qiymətə təqdim olunmuşdur. Bütün qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-yə texnika icarəsi gəlirindən məhrum olma üzrə 8218,18 (səkkiz min iki yüz on səkkiz manat 18 qəpik) manat, bank krediti ödənişləri üzrə itirilən gəlir nəticəsində 150,61 (yüz əlli manat altmış bir qəpik) manat və texnika satışı zamanı itirilən fayda üzrə isə 8000 (səkkiz min) manat olmaqla, ümumilikdə 16368,79 (on altı min üç yüz altmış səkkiz manat 79 qəpik) manat zərər vurulmuşdur. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə pretenziya məktubu göndərilmiş, öhdəliyin icrası üçün 10 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq sürətlər qutusu beyninin (ECU) qaytarılmasından əsassız olaraq imtina edir. Bundan əlavə “Mediasiya haqqında” Qanunun tələbinə uyğun olaraq cavabdehə mediasiya prosesinin keçirilməsi barədə təklif göndərilmiş, daha sonra Mediasiya Şurasına müraciət edilmiş, Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən 07 mart 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Mediasiya prosesinin keçirilməsinə dair 200 (iki yüz) manat məbləğində mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir. 24 iyul 2023-cü il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2 “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-yə məxsus olan və yalnız müvəqqəti olaraq texnikanın işləməsi məqsədi ilə Volvo BL61B texnikasının üzərinə qoyulmuş sürətlər qutusu beyninin (ECU) "xxxx" MMC-yə qaytarılmasına, "xxxx" MMC-yə məxsus olan Volvo BL61B (VİN: 1204359) texnikasının icarəsi gəlirindən məhrum olma üzrə 8218,18 (səkkiz min iki yüz on səkkiz manat 18 qəpik) manat, bank krediti ödənişləri üzrə itirilən gəlir nəticəsində 150,61 (yüz əlli manat 61 qəpik) manat və texnika satışı zamanı itirilən fayda üzrə isə 8000 (səkkiz min) manat olmaqla, ümumilikdə 16368,79 (on altı min üç yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində zərərin "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə məlumat təqdim edərək bildirmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərində ona məxsus Volvo BL61B markalı ekskovatorun sürətlər qutusunda nasazlıq yaranmış və nasazlıq aradan qaldırıla bilinmədiyindən "xxxx" MMC-yə müraciət olunmuşdur. 26 avqust 2020-ci il tarixində ekskovator iddiaçının servis mərkəzinə aparılmış və həmin tarixdə "xxxx" MMC ilə texniki xidmət və alqı-satqı müqaviləsi bağlanmışdır. Ekskovatorun təmiri ilə bağlı maraqlandıqda "xxxx" MMC tərəfindən bildirilmişdir ki, texnikanın sürətlər qutusunun beyni qısa qapanmadan yanaraq sıradan çıxmışdır, yeni ehtiyat hissəsi xaricdən sifariş olunmalıdır və qiyməti 3741,54 (üç min yeddi yüz qırx bir 54 qəpik) təşkil edəcək. "xxxx" MMC həmin qiymət ilə razılaşmış, lazım olan ehtiyat hissəsinin sifariş olunmasına razılıq vermişdir. Bir müddət sonra sifariş ilə maraqlandıqda "xxxx" MMC-dən sifarişin verildiyi, amma yubanma olduğundan bir müddət gözləmək lazım olduğu bildirilmişdir. 24 sentyabr 2020-ci il tarixində "xxxx" MMC-dən zəng olunaraq müvəqqəti olaraq (sifariş olunmuş ehtiyat hissəsi gələnə kimi) onlara məxsus olan işlənmiş ehtiyat hissəsi təklif olunmuşdur. 25 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş Akt əsasında "xxxx" MMC-yə məxsus işlənmiş ehtiyat hissəsi ekskovatora quraşdırılıb yoxlanılaraq təhvil verilmişdir. 28 sentyabr 2020-ci il tarixində "xxxx" MMC sifariş olunmuş təzə ehtiyat hissəsinə aid olan məbləğin ödənişini tələb etmişdir. "xxxx" MMC təzə ehtiyat hissəsini hələ almadığına görə pulun ödənilməyəcəyini, yalnız təzə ehtiyat hissəsini aldıqdan sonra ödəniləcəyini bildirmişdir. Bundan sonra mütəmadi olaraq "xxxx" MMC ödənişi tələb etmişdir. Ödənişi həyata keçirmək üçün elektron qaimə tələb edilsə də, elektron qaimə təqdim edilməmiş və buna görə də ödəniş yubanmışdır. Daha sonra iddiaçı tərəfindən təqdim olunmuş 24 sentyabr 2020-ci il tarixli, AAY/001 hesab nömrəli sifariş orderi əsasında tələb olunan məbləğ 14 iyul 2021-ci il tarixində onun bank hesabına köçürmüşdür. Bundan sonra 04 avqust 2021-ci il tarixində "xxxx" MMC 25 sentyabr 2020ci il tarixində bağlanmış akt əsasında texnikanın üzərinə qoyulmuş ona məxsus işlənmiş ehtiyat hissəsini geri istəmişdir. Sifariş olunmuş təzə ehtiyat hissəsi haqqında soruşulduqda isə təzə ehtiyat hissəsinin sifarişinin alınmadığı, ödənilmiş məbləğin geri qaytarılacağı bildirilmişdir. 25 sentyabr 2020-ci il tarixində tərtib olunan Aktda göstərilir ki, "xxxx" MMC anbarında tələb olunan beyin olmadığı üçün, müştərinin texnikasına müvəqqəti (yeni ehtiyat hissəsi sifariş olunub gələnə kimi) işləməkdən ötrü "xxxx" MMC-yə məxsus olan “Volvo BL61B (1204359)” sürətlər qutusunun beyni (ECU) ilə əvəz edilmişdir, lakin sifariş olunmuş beyin (ECU) gələndən sonra yenisi ilə əvəz olunacaq. Texnika "xxxx" MMC-nin ərazisində test olundu və heç bir problem aşkarlanmadı. "xxxx" MMC sonuncu dəfə 24 noyabr 2021-ci il tarixində iddiaçıya məxsus olan işlənmiş ehtiyat hissəsini 25 sentyabr 2020-ci il tarixli Akt əsasında qaytarmağa hazır olduğu bildirmişdir. "xxxx" MMCnin hazırda qaldırdığı iddia əsassızdır və heç bir fakta uyğun gəlmir. "xxxx" MMC ödənişi həyata keçirmək üçün "xxxx" MMC-yə texniki xidmət haqqında müvafiq elektron qaimə təqdim etdiyini iddia edir. Halbuki, elektron qaimə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01 aprel 2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikası Vergi məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə, göstərilmiş xidmətlərə görə qaiməfakturadır və elektron formada gün, ay, il hətta saat (saniyə ilə birlikdə) göstərilməklə təqdim olunur. Elektron formada təqdim olunmuş qaimə faktura həm təqdim edənin, həm də qaiməni qəbul edənin elektron bazasında həmişəlik qalır və heç bir zaman onu bazadan silmək və ya üzərində hansısa düzəlişi etmək mümkün olmur. Cavabdehin elektron bazasında iddiaçı tərəfindən təqdim olunan heç bir qaimə-faktura yoxdur. "xxxx" MMC xx.xx.2020-ci il tarixli, AAY/001 nömrəli ödəniş orderi adlı sənədə əsasən 3741,54 manat (üç min yeddi yüz qırx bir manat 54 qəpik) manat məbləği "xxxx" MMC-nin bank hesabına köçürmüşdür. "xxxx" MMC ödənilmiş 3741,54 manat (üç min yeddi yüz qırx bir manat 54 qəpik) manat məbləği əvvəlcə xaricdən sifariş olunmuş yeni ehtiyat hissəsinin qiyməti, hazırda isə texniki xidmət haqqı kimi adlandırır. "xxxx" MMC-nin iddiaları faktla öz təsdiqini tapmayaraq ziddiyyət təşkil edir. "xxxx" MMC cavabdeh tərəfindən yeni beyin (ECU) sifariş verilmədiyini, iddiaçıya məxsus olan və yalnız müvəqqəti olaraq texnikanın işləməsi məqsədi ilə Volvo BL61B texnikasının üzərinə qoyulmuş beyinin (ECU) geri qaytarılmadığını iddia edir. İddiaçı tərəflər arasında bağlanılmış texniki xidmət və alqı-satqı müqaviləsinə əsasən cavabdehə məxsus Volvo BL61B markalı ekskovatoru təmir edərək işlək vəziyyətdə təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Texnikanın təmiri zamanı hansı ehtiyat hissəsi lazımdırsa və ya sifariş olunmalıdırsa bunu həll etmək "xxxx" MMCnin "xxxx" MMC-nin qarşısında götürdüyü öhdəlik və xidməti borcudur. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ehtiyat hissəsini o zaman sifariş verə bilərdi ki, Volvo BL61B markalı ekskovator servis mərkəzinə getməzdi, yaranmış nasazlıq cavbadehin mexanikləri tərəfindən aşkar olunardı və nəticədə müəssisənin rəhbərliyi lazım olan ehtiyat hissəsini istədiyi və ya axtarıb tapdığı servis mərkəzindən sifariş edərdi. Müəssisə öz texnikasının saz vəziyyətdə düzəldilərək təhvil alınmasında maraqlıdır və sürətlər qutusu beyninin qaytarılmasından qəti şəkildə imtina etmir. Bu halda iddiaçı yeni sifariş edilmiş təzə ehtiyat hissəsi "xxxx" MMC-yə təqdim etməli və 25 sentyabr 2020-ci il tarixində razılaşdırılmış aktda qeyd olunduğu kimi həmin sürətlər qutusu beynini yenisi ilə əvəz etməlidir. Həmçinin qeyd olunur ki, Volvo BL61B markalı ekskovator 25 sentyabr 2020-ci il tarixində razılaşdırılmış aktla təhvil alınarkən iddiaçı tərəfindən texnikanın yan şüşəsinə iddiaçının yeni ehtiyat hissəsini sifariş verməsi ilə bağlı məlumat yapışdırılmış və bu günə kimi ekskovatorda həmin vəziyyətdə saxlanılmışdır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əsaslı şübhələr yaranır ki, ola bilsin, təzə ehtiyat hissəsi iddiaçı tərəfindən sifariş edilib və alınıb, sonra öz məqsədləri üçün istifadə edilib. Eyni zamanda bildirilir ki, texnikanı əməkdaşlar 25 sentyabr 2020-ci il tarixində "xxxx" MMC-nin servis mərkəzində sürüb yoxlayarkən qısa məsafədə aşağı sürətlə yoxlamış və heç bir nasazlıq aşkar olunmamışdır. Amma texnikanı "xxxx" MMC-nin ərazisinə gətirən günün səhəri texnikada nasazlıq aşkar olunmuş, lakin bu haqda iddiaçıya heç nə bildirilməmişdir, çünki iddiaçı sifariş verdikləri təzə ehtiyat hissəsi gələn kimi onun yenisi ilə əvəz olunacağını demişdir. Buna görə "xxxx" MMC yeni ehtiyat hissəsini verməli və həmin hissəni yenisi ilə əvəz etməlidir. Bundan başqa iddia tələbinin “8218,18 (səkkiz min iki yüz on səkkiz manat on səkkiz qəpik) maliyyə gəlirindən məhrum olma və texnika satılarkən bazar qiymətindən 8000 (səkkiz min) manat daha ucuz satılması” hissəsinin hansı fakta əsaslandığı dəqiq müəyyən olunmur. Məhkəmənin iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib iddia ərizəsində və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1 izahatında iddia tələbini qismən- sürətlər qutusu beyninin (ECU) geri qaytarılması hissəsində qəbul etdiklərini bildirmişdir. O, iddia tələbinin digər hissələrdə əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 avqust 2020-ci il tarixli AZTX/231 nömrəli texniki xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş tikinti avadanlıqlarına icraçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Bakı-Şamaxı şosesi 15-ci km ünvanda yerləşən servis mərkəzində öncədən razılaşdırılmış qiymətlər ilə texniki-təmir xidmətlərinin göstərilməsini və həmin texnikaları ehtiyat hissələri ilə təchiz etməyi, sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərinin ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixində "xxxx" MMC-nin ərazisinə gətirilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Volvo BL61B (VİN 1204650) texnikanın təmiri vaxtı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mexanikləri tərəfindən sürətlər qutusunun beyninin sıradan çıxması problemi aşkar edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarında tələb olunan beyin olmadığı üçün, müştərinin texnikasına müvəqqəti (yeni ehtiyat hissəsinin sifariş olunub gələnə kimi) işləməkdən ötrü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Volvo BL61B (1204359) texnikasının sürətlər qutusunun beyni (ECU) qoyulmuş, lakin sifariş olunmuş beyin (ECU) gəldikdən sonra yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. Texnika "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində test olunmuş və heç bir problem aşkarlanmamışdır. Nasazlığın səbəbi kimi sürətlər qutusu beyninin (ECU) kabel sisteminə müdaxilə olduğundan qısa qapanma nəticəsində sıradan çıxdığı göstərilmişdir. Nəticə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Volvo BL61B (1204359) beyni (ECU) ilə əvəzləşdirilmişdir. Texnika müştəriyə 4410 moto saatda təhvil verilmişdir. Volvo BL61B (VİN 1204650) üzərinə quraşdırılmış "xxxx" MMC-yə məxsus beyində (ECU-da) müştərinin istismarı zamanı nasazlıq yaranarsa, beynin dəyərinin tam olaraq müştəri ("Azərbaycan Avtomobil Yolları Dövlət Ageptliyinin 11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC") tərəfindən qarşılanacağı qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli AAY/001 nömrəli hesabdan görünür ki, cavabdeh tərəfindən sürətlər qutusunun təmiri üzrə 100% ilkin ödəniş olaraq 3741,54 (3170,80 manat+570,74 ƏDV) manat məbləğində ödəniş edilməsi qeyd olunmuşdur. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təmir xərcləri olaraq 3170,8 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığından görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təmir xərcləri üçün ƏDV olaraq 570,74 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 07 oktyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texnika icarəsi gəlirindən məhrum olma üzrə 8218,18 (səkkiz min iki yüz on səkkiz manat 18 qəpik) manat, bank krediti ödənişləri üzrə itirilən gəlir nəticəsində 150,61 (yüz əlli manat 61 qəpik) manat və texnika satışı zamanı itirilən fayda üzrə isə 8000 (səkkiz min) manat olmaqla, ümumilikdə 16368,79 (on altı min üç yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 26 avqust 2020ci il tarixli AZTX/231 nömrəli texniki xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" MMCyə məxsus olan Volvo BL61B (VİN: 1204650) texnikası təmir edilməsi üçün iddiaçının ərazisinə gətirilmişdir. Təmir vaxtı sürətlər qutusunun beyninin sıradan çıxdığı müəyyən edilmiş və texnikanın işləməsi üçün müvəqqəti olaraq "xxxx" MMC-yə məxsus olan digər Volvo BL61B (VİN: 1204359) sürətlər qutusunun beyni (ECU) ilə əvəz edilmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti olaraq Volvo BL61B texnikasının üzərinə qoyulmuş "xxxx" MMC-yə məxsus olan sürətlər qutusunun beynini (ECU) geri qaytarmamışdır. Eyni zamanda cavabdehin nümayəndəsi iddia tələbini bu hissədə qəbul etdiyini bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMCyə məxsus olan sürətlər qutusu beyninin (ECU) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı "xxxx" MMC-yə məxsus olan Volvo BL61B (VİN: 1204359) texnikasının icarəsi gəlirindən məhrum olma üzrə 8218,18 (səkkiz min iki yüz on səkkiz manat 18 qəpik) manat, bank krediti ödənişləri üzrə itirilən gəlir nəticəsində 150,61 (yüz əlli manat 61 qəpik) manat və texnika satışı zamanı itirilən fayda üzrə isə 8000 (səkkiz min) manat olmaqla, ümumilikdə 16368,79 (on altı min üç yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində zərərin "xxxx" MMC-yə ödənilməsini xahiş etsə də, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan sürətlər qutusu beyni (ECU) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1 -ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasıya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan sürətlər qutusu beyni (ECU) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-487/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-487/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver