Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-53/2023 10.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh qanuni təmsilçisi X2 və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən ümumilikdə 349640 manat məbləğində borcun, 400 manat məbləğində mediasiya xərcinin və 240 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi və borc tələbinin 170123 manat məbləğindəki hissəsinin Cavabdeh mülkiyyətində və İddiaçı sahibliyində olan şərab materiallarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14 mart 2023-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən mübahisə üzrə tərtib olunaraq İddiaçı və Cavabdehnə direktorları tərəfindən imzalanmış 22 fevral 2023-cü il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəmədən barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qanuni təmsilçisi X4 və nümayəndəsi X3 məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 22 fevral 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə İddiaçı ilə Cavabdeh aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər: 1.Sazişin predmeti: 1.1. Tərəflər aralarında olan bütün mübahisələri, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan mübahisələrini Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə göndərilən təklifdən irəli gələn, lakin bununla məhdudlaşmayan birdəfəlik və qəti həll etmək məqsədilə bu Sazişi bağlayırlar. 1.2. Bu Sazişin müddəalarını nəzərə almaqla İddiaçı MMC Cavabdeh MMC-yə 169976 (yüz altmış doqquz min doqquz yüz yetmiş altı) manat məbləğində pul ödəməli və aktda göstərilən malları geri qaytarmalı, həmçinin 30 oktyabr 2020-ci il tarixli C/2020 saylı xidmət müqaviləsinə uyğun olaraq İddiaçı MMC tərəfindən hazırlanan, onların istehsal olunduğu yerdə (Şəki rayonu, Çələbixan qəsəbəsi, İddiaçı zavodu (bundan sonra “İstehsal yeri” adlandırılacaq)) yerləşən, İddiaçı MMC-nin sahibliyində olan, lakin Cavabdeh MMCyə məxsus 22600 (iyirmi iki min altı yüz) dekalitr şərab materialı və üzüm şirəsindən 2000 (iki min) dekalitr şərab materialı və üzüm şirəsinin (bundan sonra “Roze”) Cavabdeh MMC ilə və ya Cavabdeh MMC tərəfindən təyin edilən üçüncü tərəf ilə istehsal yerindən aparılmasına icazə verəcək, yuxarıda göstərilənlərin hamısının müqabilində isə Cavabdeh MMC özünə məxsus, lakin İddiaçı MMC-nin sahibliyində olan 20600 (iyirmi min altı yüz) dekalitr həcmində şərab materialı və üzüm şirəsini İddiaçı MMC-nin mülkiyyətinə ötürür. “Roze”nin istehsal yerindən ixracı zamanı hər hansı və bütün xərclər, o cümlədən aksiz vergisi, nəqliyyat, logistika və hər hansı digər xərclər Cavabdeh MMC və ya onun “Roze”nin ötürülməsi üçün müəyyən etdiyi üçüncü tərəf tərəfindən ödənilir.
2. Saziş üzrə öhdəliklərin icrası 2.1. Bu Sazişi hər iki tərəf imzaladıqdan sonra hər bir tərəf sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 2.2. İddiaçı MMC sazişin 1.2-ci bəndində müəyyən edilən 169976 züy) altmış doqquz min doqquz yüz yetmiş altı) manat məbləğini bu saziş müvafiq məhkəmə qərarı ilə təsdiqləndikdən sonra 5 iş günü ərzində Cavabdeh MMC-yə ödəyəcək. 2.3. Cavabdeh MMC bu sazişin müvafiq məhkəmə qərarı ilə təsdiq edildiyi tarixdən etibarən 5 (beş) iş günü müddətində “Roze”ni istehsal yerindən öz hesabına çıxarmağı (götürməyi) öhdəsinə götürür. 2.4. Bu saziş müvafiq məhkəmə qərarı ilə təsdiqləndikdən dərhal sonra "xxxx" MMC bu sazişin 1.2-ci bəndində 20600 (iyirmi min altı yüz) dekalitr şərab materiallarını və üzüm şirəsini "xxxx" MMC-nin mülkiyyətinə ötürür. 2.5. Tərəflər razılaşırlar ki, bu sazişdə göstərilən öhdəliklər yerinə yetirilmədiyi halda bu saziş və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı məcburi icraya yönəldiləcəkdir. 2.6. Bu barışıq sazişinin 1.2-ci bəndində müəyyən edilmiş şərtlərin İddiaçı tərəfindən yerinə yetirilməsi müqabilində Cavabdeh MMC 24 fevral 2020-ci il tarixli 01 nömrəli alqısatqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi hesab edilən hər hansı əlavəsindən (əlavələrindən), 24 fevral 2020-ci il tarixli 001 nömrəli alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi hesab edilən hər hansı əlavəsindən/ (əlavələrindən), həmçinin 30 oktyabr 2020-ci il tarixli C/2020 nömrəli xidmət müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi hesab edilən hər hansı əlavəsindən/ (əlavələrindən) və ya iddialardan və ya qeyd olunanlarla bağlı hər hansı başqa sənəddən, tətbiq olunan hüquqdan və ya hər hansı başqa hüquqi əsasdan irəli gələn və ya sadalananlarla əlaqədar yaranan və İddiaçı MMCyə qarşı olan hər hansı hüquqlardan, iddialardan və ya tələblərdən İddiaçı MMC-nin bu barədə müvafiq qaydada xəbərdar olub-olmamasından asılı olmayaraq, qeyd-şərtsiz imtina edir və İddiaçı MMC-ni qeyd olunanlarla bağlı istənilən və bütün öhdəlik və məsuliyyətlərdən (barışıq sazişinin bağlandığı tarixdə mövcud olan və ya ola biləcək, habelə barışıq sazişi bağlandıqdan sonra mövcud olacaq və ya ola biləcək bütün hüquqlar, iddialar, tələblər, öhdəliklər və məsuliyyətlərdən) azad edir.
3. Digər müddəalar 3.1.Tərəflər bu sazişin müddəaları ilə tanış və razı olduqlarını təsdiq edirlər. 3.2. Bu saziş tərəflərin onu bağladığı və imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin bu sazişdə göstərilən öhdəlikləri tam icra edilənədək qüvvədə qalır. 3.3. Tərəflər təsdiq edirlər ki, bu sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə sazişin predmeti və bu sazişdə göstərilməyən hər hansı digər predmet üzrə bir-birilərinə qarşı heç bir iddiaları qalmır. 3.4. Bu saziş rus və azərbaycan dilində olmaqla, tərəflərin hər birində bir nüsxə qalmaqla, hər biri eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilir. Rus və azərbaycan dillərindəki mətnlər arasında ziddiyyət yaranarsa, azərbaycan dilindəki mətnə üstünlük verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 22 fevral 2023-cü il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 22 fevral 2023-cü il tarixli Barışıq sazişinin Azərbaycan dilində tərtib olunan mətni təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-53/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2023-cü il tarixli Barışıq sazişinin Azərbaycan dilində tərtib olunan mətni aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Sazişin predmeti: 1.1. Tərəflər aralarında olan bütün mübahisələri, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan mübahisələrini Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə göndərilən təklifdən irəli gələn, lakin bununla məhdudlaşmayan birdəfəlik və qəti həll etmək məqsədilə bu Sazişi bağlayırlar. 1.2. Bu Sazişin müddəalarını nəzərə almaqla İddiaçı MMC Cavabdeh MMC-yə 169976 (yüz altmış doqquz min doqquz yüz yetmiş altı) manat məbləğində pul ödəməli və aktda göstərilən malları geri qaytarmalı, həmçinin 30 oktyabr 2020-ci il tarixli C/2020 saylı xidmət müqaviləsinə uyğun olaraq İddiaçı MMC tərəfindən hazırlanan, onların istehsal olunduğu yerdə (Şəki rayonu, Çələbixan qəsəbəsi, İddiaçı zavodu (bundan sonra “İstehsal yeri” adlandırılacaq)) yerləşən, İddiaçı MMC-nin sahibliyində olan, lakin Cavabdeh MMCyə məxsus 22600 (iyirmi iki min altı yüz) dekalitr şərab materialı və üzüm şirəsindən 2000 (iki min) dekalitr şərab materialı və üzüm şirəsinin (bundan sonra “Roze”) Cavabdeh MMC ilə və ya Cavabdeh MMC tərəfindən təyin edilən üçüncü tərəf ilə istehsal yerindən aparılmasına icazə verəcək, yuxarıda göstərilənlərin hamısının müqabilində isə Cavabdeh MMC özünə məxsus, lakin İddiaçı MMC-nin sahibliyində olan 20600 (iyirmi min altı yüz) dekalitr həcmində şərab materialı və üzüm şirəsini İddiaçı MMC-nin mülkiyyətinə ötürür. “Roze”nin istehsal yerindən ixracı zamanı hər hansı və bütün xərclər, o cümlədən aksiz vergisi, nəqliyyat, logistika və hər hansı digər xərclər Cavabdeh MMC və ya onun “Roze”nin ötürülməsi üçün müəyyən etdiyi üçüncü tərəf tərəfindən ödənilir.
3. Saziş üzrə öhdəliklərin icrası 2.1. Bu Sazişi hər iki tərəf imzaladıqdan sonra hər bir tərəf sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 2.2. İddiaçı MMC sazişin 1.2-ci bəndində müəyyən edilən 169976 züy) altmış doqquz min doqquz yüz yetmiş altı) manat məbləğini bu saziş müvafiq məhkəmə qərarı ilə təsdiqləndikdən sonra 5 iş günü ərzində Cavabdeh MMC-yə ödəyəcək. 2.3. Cavabdeh MMC bu sazişin müvafiq məhkəmə qərarı ilə təsdiq edildiyi tarixdən etibarən 5 (beş) iş günü müddətində “Roze”ni istehsal yerindən öz hesabına çıxarmağı (götürməyi) öhdəsinə götürür. 2.4. Bu saziş müvafiq məhkəmə qərarı ilə təsdiqləndikdən dərhal sonra "xxxx" MMC bu sazişin 1.2-ci bəndində 20600 (iyirmi min altı yüz) dekalitr şərab materiallarını və üzüm şirəsini "xxxx" MMC-nin mülkiyyətinə ötürür. 2.5. Tərəflər razılaşırlar ki, bu sazişdə göstərilən öhdəliklər yerinə yetirilmədiyi halda bu saziş və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı məcburi icraya yönəldiləcəkdir. 2.6. Bu barışıq sazişinin 1.2-ci bəndində müəyyən edilmiş şərtlərin İddiaçı tərəfindən yerinə yetirilməsi müqabilində Cavabdeh MMC 24 fevral 2020-ci il tarixli 01 nömrəli alqısatqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi hesab edilən hər hansı əlavəsindən (əlavələrindən), 24 fevral 2020-ci il tarixli 001 nömrəli alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi hesab edilən hər hansı əlavəsindən (əlavələrindən), həmçinin 30 oktyabr 2020-ci il tarixli C/2020 nömrəli xidmət müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi hesab edilən hər hansı əlavəsindən (əlavələrindən) və ya İddialardan və ya qeyd olunanlarla bağlı hər hansı başqa sənəddən, tətbiq olunan hüquqdan və ya hər hansı başqa hüquqi əsasdan irəli gələn və ya sadalananlarla əlaqədar yaranan və İddiaçı MMCyə qarşı olan hər hansı hüquqlardan, iddialardan və ya tələblərdən İddiaçı MMC-nin bu barədə müvafiq qaydada xəbərdar olub-olmamasından asılı olmayaraq, qeyd-şərtsiz imtina edir və İddiaçı MMC-ni qeyd olunanlarla bağlı istənilən və bütün öhdəlik və məsuliyyətlərdən (barışıq sazişinin bağlandığı tarixdə mövcud olan və ya ola biləcək, habelə barışıq sazişi bağlandıqdan sonra mövcud olacaq və ya ola biləcək bütün hüquqlar, iddialar, tələblər, öhdəliklər və məsuliyyətlərdən) azad edir.
3. Digər müddəalar 3.1.Tərəflər bu sazişin müddəaları ilə tanış və razı olduqlarını təsdiq edirlər. 3.2. Bu saziş tərəflərin onu bağladığı və imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin bu sazişdə göstərilən öhdəlikləri tam icra edilənədək qüvvədə qalır. 3.3. Tərəflər təsdiq edirlər ki, bu sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə sazişin predmeti və bu sazişdə göstərilməyən hər hansı digər predmet üzrə bir-birilərinə qarşı heç bir iddiaları qalmır. 3.4. Bu saziş rus və azərbaycan dilində olmaqla, tərəflərin hər birində bir nüsxə qalmaqla, hər biri eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilir. Rus və azərbaycan dillərindəki mətnlər arasında ziddiyyət yaranarsa, azərbaycan dilindəki mətnə üstünlük verilir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-53/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Həlimə Alıyeva