Məhkəmə qərarları › İş №e-2-2(119)-56/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-56/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-56/2024 31.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən servis xidmətləri üzrə yaranmış 1890 manat borc və mediasiya ilə əlaqədar ödənilmiş 70 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1960 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM saylı “Texniki servis xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən İddiaçı cavabdehin (mülkiyyətində olan) nəqliyyat vasitələrinə texniki servis xidmətinin göstərilməsini, cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlıvaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrini iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirlərə görə yaranan - 26 noyabr 2018-ci il tarixli EAAN 842957 nömrəli elektron qaimə üzrə 182,78 manat (ƏDV daxil), 14 oktyabr 2018-ci il tarixli HV 044627 nömrəli elektron qaimə üzrə 894 manat (ƏDV daxil), 02 oktyabr 2019-cu il tarixli EBAA 644164 nömrəli elektron qaimə üzrə 794,59 manat (ƏDV daxil), 03 dekabr 2018-ci il tarixli HV 990846 nömrəli elektron qaimə üzrə 17 manat (ƏDV daxil) manat miqdarında servis pulunu İddiaçınə ödəməmişdir. Bununla bağlı qarşı tərəfə dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də, heç bir nəticəsi olmamışdır. Borclunun müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehin elektron ünvanına (elektron kargüzarlıq vasitəsi ilə) 2018-ci il tarixindən bu günədək mütəmadi olaraq bildirişlər və pretenziya məktublarları göndərilsə də, məsələ öz həllini tapmamış, cavabdeh borcunu ödəməmişdir. Həmçinin hazırkı iş üzrə mübahisənin məhkəməyəqədər tənzimlənməsi üsulu kimi İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətini mediasiya prosesinə dəvət etmiş, başlanılmış mediasiya mediasiya prosesi üçün İddiaçı 70 (yetmiş) manat rüsum ödəmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 19 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “Etiraz” ünvanlayaraq İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti bitmişdir. Müqaviləyə dair 29 dekabr 2017-ci il tarixli 005 nömrəli düzəlişin 1-ci bəndinə əsasən müqavilənin 1 aprel 2018-ci il tarixinədək qüvvədə qalır, bu şərtlə ki, bu müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin 6.1-ci bəndinin 2 və 3-cü cümlələrinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər. Bununla da, müqavilənin uzadılmasına dair tərəflər arasında hər hansı razılıq olmadığına görə, müqavilənin qüvvədə olma müddəti 1 aprel 2018-ci il tarixində artıq bitmişdir. Müqavilə üzrə tələbin irəli sürülməsi üçün iddia müddəti ötmüşdür. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən halları araşdırarkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 1 aprel 2018-ci il tarixində müqavilənin qüvvədə olma müddəti bitmiş və müqaviləyə avtomatik olaraq xitam verilmişdir. Hesab edirik ki, iddia müddətinin axımı 1 aprel 2018-ci il tarixindən hesablanmalıdır. Göründüyü kimi, həmin müddətdən etibarən məhkəməyə iddia ərizəsi təqdim olunanadək iddia müddətinin axımı davam etmiş və iddia müddətinin dayandırılmasını və ya kəsilməsini şərtləndirən hallar baş verməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü ilil tarixli e-2-2(119)- 1341/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi 07 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında “iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə” ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, müqavilənin müddəti başa çatdıqdan yeni müqavilə bağlanmasa da, şifahi sifarişlər əsasında İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtomobillərə təmir xidmətləri göstərdiyini, bununla bağlı cavabdehə elektron qaimə, elektron vergi hesab fakturası göndərildiyini bildirmişdir. Bununla yanaşı o, cavabdeh tərəfindən göstərilmiş təmir xidmətlərinə görə sonuncu dəfə 2018-ci ilin iyun ayında ödəniş edildiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “təchizatçı” İddiaçı ilə müştəri Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqaviləyə əsasən təchizatçı müvafiq sifarişdə müəyyən edilən xidmətləri göstərməyi və/və ya malları təchiz etməyi, müştəri Qiymət razılaşdırma protokolunda müəyyən edilmiş sifarişin qiymətini tam həcmdə, vaxtında və bu müqavilənin şərtlərinə müvafiq olaraq razılaşdırılmış məbləğdə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişin qiyməti hər iki tərəfin bu müqavilənin 2.5-ci bəndində gösərilən müvafiq təhvil-təslim aktını və ya qaimə fakturanı imzalamasından sonra və təchizatçının lazımi qaydada tərtib edilmiş hesab fakturanı müştəriyə təqdim etməsindən sonra bu müqaviləyə və müvafiq sifarişə uyğun olaraq 20 (iyirmi) gün ərzində ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 31 dekabr 2016-cı il tarixinədək qüvvədədir, bu şərtlə ki, bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər. İş materiallarında olan 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqaviləyə 26 dekabr 2016-cı il tarixli 001 nömrəli düzəlişdən görünür ki, müqavilənin 6.1-ci bəndi dəyişdirilmiş və həmin bənd “müqavilə qüvvəyə minmə tarixindən etibarən qüvvəyə minir və müqavilə 31 mart 2017-ci il tarixinədək qüvvədədir, bu şərtlə ki, bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər” kimi redaksiyada verilmişdir. İş materiallarında olan 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqaviləyə 28 mart 2017-ci il tarixli 002 nömrəli düzəlişdən görünür ki, müqavilənin 6.1-ci bəndi dəyişdirilmiş və həmin bənd “müqavilə qüvvəyə minmə tarixindən etibarən qüvvəyə minir və müqavilə 31 iyun 2017-ci il tarixinədək qüvvədədir, bu şərtlə ki, bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər” kimi redaksiyada verilmişdir. İş materiallarında olan 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqaviləyə 23 iyun 2017-ci il tarixli 003 nömrəli düzəlişdən görünür ki, müqavilənin 6.1-ci bəndi dəyişdirilmiş və həmin bənd “müqavilə qüvvəyə minmə tarixindən etibarən qüvvəyə minir və müqavilə 01 oktyabr 2017-ci il tarixinədək qüvvədədir, bu şərtlə ki, bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər” kimi redaksiyada verilmişdir. İş materiallarında olan 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqaviləyə 29 sentyabr 2017-ci il tarixli 004 nömrəli düzəlişdən görünür ki, müqavilənin 6.1-ci bəndi dəyişdirilmiş və həmin bənd “müqavilə qüvvəyə minmə tarixindən etibarən qüvvəyə minir və müqavilə 01 yanvar 2018-ci il tarixinədək qüvvədədir, bu şərtlə ki, bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər” kimi redaksiyada verilmişdir. İş materiallarında olan 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqaviləyə 29 dekabr 2017-ci il tarixli 005 nömrəli düzəlişdən görünür ki, müqavilənin 6.1-ci bəndi dəyişdirilmiş və həmin bənd “müqavilə qüvvəyə minmə tarixindən etibarən qüvvəyə minir və müqavilə 01 aprel 2018-ci il tarixinədək qüvvədədir, bu şərtlə ki, bu müqavilənin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə müqaviləyə avtomatik olaraq xitam verilir. Müqavilənin qüvvədə olma müddəti yalnız tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər” kimi redaksiyada verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 894,02 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 14 oktyabr 2028-ci il tarixli HV seriyalı 044627 nömrəli, 17,70 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 03 dekabr 2018-ci il tarixli HV seriyalı 990846 nömrəli, 182,78 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 03 dekabr 2018-ci il tarixli HV seriyalı 990834 nömrəli elektron vergi hesab-fakturası təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 894,02 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 09 oktyabr 2018-ci il tarixli EAAM seriyalı 716060 nömrəli, 17,70 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 26 noyabr 2018-ci il tarixli EAAN seriyalı 859168 nömrəli, 182,78 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 26 noyabr 2018-ci il tarixli EAAN seriyalı 842957 nömrəli və 794,59 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 02 oktyabr 2019-cu il tarixli EBAA seriyalı 644164 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, göstərilən elektron qaimələrdən üçü sistem tərəfindən təsdiqlənmiş, lakin 02 oktyabr 2019-cu il tarixli EBAA seriyalı 644164 nömrəli elektron qaimə isə düzəlişə göndərilmişdir. İş materiallarında olan 18 avqust 2016-cı il tarixli Mİ-57934 nömrəli iş kartından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Mitsubishi V80/V90 markalı **-PL-*** dövlət nişan nömrəli avtomobilə 794,59 manat dəyərində təmir xidmətləri göstərilmişdir. İş materiallarında olan 02 oktyabr 2018-ci il tarixli Mİ-82746 nömrəli iş kartından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Mitsubishi Outlander markalı **-PB-*** dövlət nişan nömrəli avtomobilə 894,02 manat dəyərində təmir xidmətləri göstərilmişdir. İş materiallarında olan 15 noyabr 2018-ci il tarixli Mİ-84542 nömrəli iş kartından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Mitsubishi Outlander markalı **-PB-*** dövlət nişan nömrəli avtomobilə 182,78 manat dəyərində təmir xidmətləri göstərilmişdir.. İş materiallarında olan 22 noyabr 2018-ci il tarixli Mİ-84474 nömrəli iş kartından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus Mitsubishi L200 markalı **-PL-*** dövlət nişan nömrəli avtomobilə 17,70 manat dəyərində təmir xidmətləri göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki “təchizatçı” İddiaçı ilə müştəri Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 07 may 2016-cı il tarixli, 07-05- 16/SH-DM nömrəli müqavilə bağlanmış və həmin müqavilənin müddəti 01 aprel 2018-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən həmin müqavilə üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus nəqliyyat vasitələrinə müxtəlif dəyərdə təmir xidmətləri göstərilmişdir. İddiaçının vəkili və nümayəndəsi müqavilənin müddəti başa çatdıqdan sonra da, şifahi sifarişlər əsasında İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtomobillərə təmir xidmətləri göstərdiyini, lakin həmin xidmətlərin dəyəri ödənilmədiyindən 1890 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ərizə təqdim edərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra verilmişdir. Belə ki, tərəflər arasında baılanmış 07 may 2016-cı il tarixli, 07-05-16/SH-DM nömrəli müqavilənin müddəti 01 aprel 2018-ci il tarixdə bitmişdir. Müqavilə müddəti bitdikdən sonra Diamond Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə həmin müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə əlaqədar sonuncu dəfə elektron qaimələr və elektron vergi hesabfakturalar 26 noyabr 2018-ci, 03 dekabr 2018-ci və 02 oktyabr 2019-cu il tarixdə tarixdə təqdim olunmuş, 02 oktyabr 2019-cu il tarixdə təqdim olunmuş elektron qaimə isə düzəlişə göndərilmişdir. Bundan başqa iddiaçının vəkili və nümayəndəsi izahatında Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya göstərilmiş təmir xidmətlərinə görə sonuncu dəfə 2018-ci ilin iyun ayında ödəniş edildiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı sözügedən təmir xidmətlərinin yerinə yetirilməsi, sonuncu elektron qaimələrin və elektron vergi hesab-fakturaların cavabdehə təqdim olunması və sonuncu ödənişin həyata keçrilməsi vaxtından müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra -11 oktyabr 2023-cü il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar