Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-606/2025 05.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdehnə qarşı “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu Cavabdehnə qarşı pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 11 mart 2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə 20000 (iyirmi min) manat məbləğində borc və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20150 (iyirmi min yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Xırdalan şəhəri, Ak. H. Əliyev küçəsində inşa olunacaq 1 (bir) ədəd, 4 (dörd) girişli (A-1, a, c və b blokları) zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət edilmişdir. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınaqlar ilə əlaqədar 298/16 nömrəli xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 36001,80 (otuz altı min bir manat səksən qəpik) olan 298/16 nömrəli müqavilə üzrə 20000 (iyirmi min) manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir. S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
3. 07 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Lakin iddiaçının nümayəndəsi 02 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək 05 may 2025-ci il tarixli məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan 11 mart 2016-cı il tarixli 298/16 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə icraçı tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq, sifarişçinin yerinə yetirdiyi tikinti-quraşdırma işlərində yükdaşıyan konstruksiyaların tikintisində istifadə ediləcək tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyalarda betonun möhkəmliyinin layihəyə uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur.
8. 11 mart 2016-cı il tarixli 298/16 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi Xırdalan şəhəri, ak. H.Əliyev küçəsində inşa olunacaq 1 (bir) ədəd, 4 (dörd) girişli (A-1, A, C və B blokları), zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini icraçıya həvalə edir, icraçı isə sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
9. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bina üzrə ümumi sınaq sahəsi - 30510 m -dir. Sınaq işlərinin hər m2-i üçün - 1 (bir) manat dəyərində razılaşdırılır və bu 2
müqavilənin 2.1-ci bəndi üzrə ümumi qiymət (ƏDV-siz) - 30510 manat, ƏDV-18% - 5491,8 manat olmaqla, cəmi 36001,8 manat təşkil edir.
10. Yuxarıda göstərilən müqavilənin 3.3-cü bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icarçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir.
11. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvilqəbul aktına və hesab-fakturaya uyğun aparılır.
12. Həmin müqavilənin 5.1.4-cü yarımbəndinə əsasən, icraçı tərəfindən yerinə yetirən işlərin (xidmətlərin) dəyərini bu müqavilənin 3-cü bəndinə uyğun olaraq ödəmək sifarişçinin vəzifəsidir.
13. İş materiallarında olan “Yoxlama-sınaq işlərinin aparılmasına dair” 298/16 nömrəli müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə 04 iyun 2019-cu il tarixli 1 nömrəli Qiymətin razılaşdırılma protokolunda göstərilir ki, Xırdalan şəhəri, ak. H.Əliyev küçəsində inşa olunacaq növbəti 1 (bir) ədəd, 2 (iki) girişli (A-2 və B-1 blokları), zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının ümumi sınaq sahəsi - 15000 m2 təşkil edir. Beləliklə, 298/16 saylı müqavilənin həcminə və dəyərinə əlavə olunacaq sahə və məbləğ (ƏDV-18% ilə birlikdə) aşağıdakı kimidir: 15000 m2 x 1 manat x 18% = 17700 (on yeddi min yeddi yüz) manat təşkil edir.
14. İş materiallarında olan 298/16 nömrəli müqavilənin 04 iyun 2019-cu il tarixli 1 nömrəli Qiymətin razılaşdırılma protokolu üzrə 06 sentyabr 2019-cu il tarixli xidmətlərin üzləşdirilməsi aktına əsasən Cavabdeh tərəfindən həmin protokol üzrə ödəniləcək məbləğ 0 (sıfır) manat təşkil edir.
15. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 10 fevral 2020-ci il tarixli 65/21 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə dekabr ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 20000 (iyirmi min) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
16. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 10 fevral 2020-ci il tarixli 65/21 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə avqust ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 20000 (iyirmi min) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
17. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 02 sentyabr 2020-ci il tarixli 657/20 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə iyul ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 3500 manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
18. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 23 noyabr 2020-ci il tarixli 886/2020 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə oktyabr ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 20000 (iyirmi min) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
19. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 06 may 2021-ci il tarixli 261/21 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə oktyabr ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 20000 (iyirmi min) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
20. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 06 may 2021-ci il tarixli 262/21 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə yanvar ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 20000 (iyirmi min) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
21. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli 717/22 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə yanvar ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 5000 (beş) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
22. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli 717/22 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə avqust ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 5000 (beş) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
23. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli 718/22 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə iyun ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 5000 (beş) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
24. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 17 may 2023-cü il tarixli 686/23 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə may ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 5000 (beş) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
25. İş materiallarında olan yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün tərtib edilmiş 27 fevral 2024-cü il tarixli 354/24 nömrəli akta əsasən xx.xx.2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə fevral ayı üçün 1 (bir) ədəd, 4 (dörd) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması işləri üzrə 29651,8 (iyirmi doqquz min altı yüz əlli bir manat səksən qəpik) manat məbləğində işlərin görüldüyü müəyyən olunur.
26. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli 11/2-195/2025 maliyyə arayışına əsasən 11 mart 2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə 24 yanvar 2025-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya cəmi (ƏDV daxil olmaqla) 16001 manat ödəniş olunmuş, cavabdehin iddiaçıya 20000 (iyirmi min) manat (18% ƏDV ilə birlikdə) məbləğində borcu qalmışdır.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
31. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
32. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
33. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi - sınaq işlərinin aparılmasına dair 11 mart 2016-cı il tarixli 298/16 nömrəli müqavilə bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı, müvafiq olaraq Xırdalan şəhəri, ak. H.Əliyev küçəsində inşa olunacaq növbəti 1 (bir) ədəd, 2 (iki) girişli (A-2 və B-1 blokları), zirzəmili, 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini, cavabdeh isə görülən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh göstərilən xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 11 mart 2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə 20000 (iyirmi min) manat məbləğində borcu yaranmışdır.
34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11 mart 2016-cı il tarixli 298/16 nömrəli müqavilə üzrə 20000 (iyirmi min) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
35. İddia tələbinin “ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində borc və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20150 (iyirmi min yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
40. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində borc və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20150 (iyirmi min yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev