Məhkəmə qərarları › İş №e-2-2(119)-625/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-625/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-625/2023 15.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Belarus-1221” markalı traktorun tam bərpası üçün hesablanmış 7670 (yeddi min altı yüz yetmiş) manat məbləğində dəymiş maddi ziyanın və 100 (yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh (VÖEN **********) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 15 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini - Cavabdeh mübahisə predmeti olan texnikanı təmir edərək, nasazlığı aradan qaldırması və 100 manat məbləğində mediasiya xərcinin əvəzini ödəməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspertiza tərəfindən müvafiq olaraq 26 sentyabr 2023-cü il tarixli 9/6307 nömrəli Ekspert Rəyi verilmişdir. X1 əlavə edilmiş “Ekspertiza xərclərinə dair” Bildirişdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. İşin hallarına görə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh (VÖEN **********) dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar