Məhkəmə qərarları › İş №e-2-2(119)-667/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-667/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-667/2025 29.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək kassa aparatına görə 413 (dörd yüz on üç) manat məbləğində borcun, kassa aparatına göstərilmiş servis xidmətinə görə 534 (beş yüz otuz dörd) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi dövlət qeydiyyatına alınmış ekassa operatorlarından biridir. Şirkət vergi ödəyicilərinə elektron kassaların satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün tokenlərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. Token "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə şirkətə yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. Cavabdehlə 21 noyabr 2019-cu il tarixdə NBA-A.Ş-001 nömrəli müqavilə imzalanmış və ona dəyəri ƏDV daxil 413 manat olmaqla PAX A620 kassa aparatı satılmış, lakin həmin məbləğ ödənilməmişdir. Bundan əlavə kassa aparatlarına aylıq xidmət xərci 26 noyabr 2019-cu il tarixli xidmət müqaviləsi ilə hər bir aparat üçün ƏDV daxil 11,8 (on bir manat səksən qəpik) manat müəyyən edilmişdir. Cavabdeh 07 may 2020-ci il tarixdən 30 oktyabr 2023-cü il tarixinədək xidmət haqqını ödəməmiş, tokeni iddiaçıya qaytarmamış və kassa cihazını qeydiyyatdan çıxarmamışdır. Tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 5.4-cü bəndinə əsasən müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli NBA-A.Ş-001 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə ilə icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını təqdim etməyi, təmir xidmətini göstərməyi, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli NBA-A.Ş-001 nömrəli müqaviləyə 1 nömrəli Əlavə olan Qiymət razılaşdırılması protokoluna əsasən 1 ədəd PAX A620 markalı kassa aparatın qiyməti ƏDV daxil 413 manat razılaşdırılmışdır. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli NBA-A.SH-002 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. İş materallarında olan 26 noyabr 2019-cu il tarixli NBA-A.SH-002 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavə olan Qiymət razılaşdırılması protokoluna əsasən NKA göstərilən aylıq servis xidmətinə görə xidmət haqqı ƏDV daxil 11,80 manat razılaşdırılmışdır. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh satılmış kassa aparatına və göstərilmiş dəstək xidmətinə görə İddiaçınə cəmi 947 (doqquz yüz qırx yeddi) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh kassa aparatının satılması ilə əlaqədar 11 iyun 2020-ci il tarixli, EBAK seriyalı, 969167 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh nəzarət kassa aparatına 534,12 manat dəyərində servis xidmətinin göstərilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2023cü il tarixlərdə 46 ədəd elektron qaimə-faktura təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında 26 noyabr 2019-cu il tarixli NBA-A.Ş-001 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə nəzarət kassa aparatı satılmışdır. Eyni zamanda tərəflər arasında 26 noyabr 2019-cu il tarixli NBA-A.SH-002 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin nəzarət kassa aparatına servis xidməti göstərilmişdir. Lakin cavabdeh hər iki müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək kassa aparatının və göstərilən servis xidmətlərinin dəyərini ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi kassa aparatına görə 413 (dörd yüz on üç) manat və kassa aparatına göstərilmiş servis xidmətinə görə 534 (beş yüz otuz dörd) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kassa aparatına görə 413 (dörd yüz on üç) manat məbləğində borc, kassa aparatına göstərilmiş servis xidmətinə görə 534 (beş yüz otuz dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kassa aparatına görə 413 (dörd yüz on üç) manat məbləğində borc, kassa aparatına göstərilmiş servis xidmətinə görə 534 (beş yüz otuz dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 977 (doqquz yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar