Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-677/2025 29.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1525,44 (min beş yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borcun, 274,56 (iki yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində ƏDV borcunun, 300 (üç yüz) manat məbləğində cərimənin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 16 aprel 2022-ci il tarixli UNİT 35/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə tərəflər razılaşırlar ki, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcını mal adlandıralacaq sement növləri ilə təchiz etməsini öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən malı qəbul etməsini və dəyərini razılaşdırma protokolunda göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2022-ci il tarixli UNİT 35/2022 alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri ƏDV daxil 4650 (dörd min altı yüz əlli) manat olmuşdur. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı tərəfindən Həsənov X1 malların dəyəri üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin xx.xx.2025-cü il tarixinə qədər satılmış malların pulu cavabdeh tərəfindən hələ də tam ödənilməmiş qalır. Həmin müqavilənin 3.3cü bəndinə əsasən alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Əks halda eyni bu müqavilənin 7.2.4-cü bəndinə əsasən alıcı ödənişi bu müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmədiyi təqdirdə hər gün üçün ödənilməyən borcdan 0,1% qədər cəriməni və bundan yaranan administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanılmış 16 aprel 2022-ci il tarixli UNİT 35/2022 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 %-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 6.1.1-ci bəndinə əsasən satılmış malın vaxtlı-vaxtında alıcı tərəfindən qəbul etməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 7.1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərinin ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 7.2.4-ci bəndinə əsasən ödəniş bu müqavilədə gecikdirildiyi hər gün ödənilməyən borcdan 0,1 % qədər cərimə va bundan yaranan adminstrativ xərcləri ödəmək alıcının vəzifəsidir. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli UNİT 35/2022 nömrəli alqı-satqı müqaviləsinin 1 və 2 nömrəli əlavələrinə əsasən müqavilə üzrə satılacaq mal və qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçınə 28 sentyabr 2022-ci il tarixdə 600 manat, 26 dekabr 2022-ci il tarixdə 200 manat, 20 aprel 2023-cü il tarixdə 600 manat, 30 may 2023-cü il tarixdə 200 manat, 03 iyul 2023-cü il tarixdə 200 manat, 25 sentyabr 2023cü il tarixdə 100 manat, 29 sentyabr 2023-cü il tarixdə 100 manat, 30 oktyabr 2023-cü il tarixdə 200 manat, 27 mart 2024-cü il tarixdə 200 manat, 13 iyun 2024-cü il tarixdə 250 manat və 05 iyul 2024-cü il tarixdə 200 manat olmaqla, cəmi 2850 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4650 manat (3940,68 manat malın dəyəri + 709,32 manat ƏDV) dəyərində malın satılması ilə əlaqədar 23 aprel 2022-ci il tarixli EBBV seriyalı 072727 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdeh ƏDV daxil 4650 manat dəyərində kisə sement satılmış, cavabdeh tərəfindən ƏDV daxil 2850 manat məbləğində ödəniş edilmiş, hazırda borc 1525,44 manat əsas, 274,56 manat ƏDV borcu olmaqla, cəmi 1800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 16 aprel 2022-ci il tarixli UNİT 35/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 4650 manat dəyərində mal satılmış, cavabdeh həmin malların dəyərindən ƏDV daxil 2850 manat ödəniş etsə də, o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 1525,44 (min beş yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borcun və 274,56 (iki yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində ƏDV borcunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat ödənilməsini təsdiq edən 11 mart 2025-ci il tarixli 005XOH********** nömrəli qəbz əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi təmin edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunan hissəsinə uyğun olaraq hesablanmış 39,5 (otuz doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1525,44 (min beş yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 274,56 (iki yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində ƏDV borcu, 150 (yüz əlli) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 39,5 (otuz doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2289,5 (iki min iki yüz səksən doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1525,44 (min beş yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 274,56 (iki yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində ƏDV borcu, 150 (yüz əlli) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 39,5 (otuz doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2289,5 (iki min iki yüz səksən doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-677/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-677/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver