Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-711/2025 29.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13515,01 (on üç min beş yüz on beş manat, bir qəpik) manat məbləğində əsas borc, 41614,59 (qırx bir min altı yüz on dörd manat, əlli doqquz qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 978 (doqquz yüz yetmiş səkkiz) manat məbləğində xidmət haqqının və 258,32 (iki yüz əlli səkkiz manat, otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 56365,92 (əlli altı min üç yüz altmış beş manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 iyun 2023-cü il tarixli müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 13515,01 manat məbləğində olan mallar təhvil verilmişdir. Bağlanmış müqavilənin 2.2-ci bəndində hazırlanan mal-materialın dəyəri icraçı tərəfindən elektron qaimə təqdim edildikdən sonra 5 iş günü müddətində nağdsız qaydada ödənilməsi öhdəliyi, həmçinin müqavilənin 3.2-ci bəndində sifarişçi ödənişi gecikdirdiyi halda hər bir gün üçün malların dəyərinin 1% həcmində cərimə tətbiq edilməsi də göstərilmişdir. Lakin qeyd olunan müqaviləyə görə ödənilməli olan 13515,01 manat məbləğində əsas borc, 41614,59 manat məbləğində cərimə olmaqla, cəmi 55129,6 manat məbləğində borc bu günədək ödənilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 28 may 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinin birinci və ikinci abzasının birinci cümlələrində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılan 023/55 nömrəli müqavilənin tarix hissəsində “04 iyul 2023-cü il” əvəzinə texniki səhv olaraq “04 iyun 2023-cü il” qeyd edilmişdir. Tərəflər arasında müqavilə faktiki olaraq 04 iyul 2023-cü il tarixində bağlanmışdır. Məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilmiş sənədlər, həmçinin qarşı tərəfə təqdim olunmuş elektron qaimə-fakturalar (xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 182106 nömrəli və xx.xx.2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli elektron qaimə-fakturalar), həmçinin bank vasitəsilə hesaba köçürülmə sənədləri məhz müqavilənin “04 iyul 2023-cü il” tarixində bağlanmasını təsdiq edir. Cavabdehə xx.xx.2023-cü il tarixli EBDJ 182106 nömrəli e-qaimə üzrə ƏDV daxil 1888 manat, xx.xx.2024-cü il tarixli EBEB 619580 nömrəli e-qaimə üzrə ƏDV daxil 11391,01 manat, xx.xx.2024-cü il tarixli EBEC 070013 nömrəli e-qaimə üzrə ƏDV daxil 2761,2 manat, xx.xx.2024-cü il tarixli EBEC 159558 nömrəli e-qaimə üzrə ƏDV daxil 212,4 manat, xx.xx.2024-cü il tarixli EBEC 686231 nömrəli e-qaimə üzrə ƏDV daxil 1200,06 manat, xx.xx.2024-cü il tarixli EBEC 877231 nömrəli e-qaimə üzrə ƏDV daxil 2124 manat dəyərində mallar təqdim edilmişdir. Yuxarıda qeyd olunan e-qaimələrə əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ƏDV daxil 1888 manat, xx.xx.2024-cü il tarixində ƏDV daxil 2761,2 manat, xx.xx.2024-cü il tarixində ƏDV daxil 1412,46 manat, cəmi 6061,66 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli EBEB 619580 nömrəli e-qaimə üzrə ƏDV daxil 11391,01 manat, xx.xx.2024-cü il tarixli EBEC 877231 nömrəli e-qaimə üzrə ƏDV daxil 2124 manat və bu e-qaimələr üzrə gecikdirilmiş hər bir gün üçün 1% həcmində hesablanmış cərimə məbləği cəmi 41614,59 manat olmaqla, cəmi 55129,6 manat azn halhazıradək iddiaçıya geri qaytarılmamışdır. Bundan başqa, iddia ərizəsinin nəticə (“xahiş edirəm”) hissəsinin birinci bəndində cavabdehdən müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə görə 13515,01 manat məbləğində əsas borcun, 41,614,59 manat miqdarında sözlərindən sonra “cərimə məbləği” sözlərinin əvəzinə “faiz” sözü texniki səhv olaraq qeyd edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən 13515,01 (on üç min beş yüz on beş manat, bir qəpik) manat məbləğində əsas borc, 41,614,59 (qırx bir min altı yüz on dörd manat, əlli doqquz qəpik) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 978 (doqquz yüz yetmiş səkkiz) manat məbləğində xidmət haqqının və 258,32 (iki yüz əlli səkkiz manat, otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 56365,92 (əlli altı min üç yüz altmış beş manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında münasibətlər yalnız 04 iyul 2023-cü il tarixli müqavilə əsasında mövcud olmuşdur. Əvvəllər digər müqavilələr üzrə əməliyyatlarda da malların təhvil verilməsini təsdiq edən yeganə sənəd kimi elektron qaimə-faktura çıxış etmişdir. Cavabdehə 04 iyul 2023-cü il tarixli müqavilədən irəli gələn münasibətlər çərçivəsində 6 ədəd elektron qaimə-faktura göndərilmiş, cavabdeh onlardan 4-ü üzrə ödəniş həyata keçirsə də, 2 ədəd elektron qaimə-faktura üzrə ödəniş həyata keçirməmişdir. Hazırkı borc məbləğinin əsasını təşkil edən 2 ədəd elektron qaimə-faktura sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Təhvil-təslim aktı iddiaçıda fiziki formada mövcud deyildir. Müvafiq aktlar mallarla birlikdə cavabdeh təşkilata təsdiqlənməsi üçün göndərilmişdir, lakin cavabdeh təşkilat təhvil-təslim aktlarını təsdiqləyərək iddiaçıya geri qaytarmamışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 04 iyun 2023-cü il tarixli 023/55 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi (Cavabdeh MMC) sifariş verir, icraçı (İddiaçı MMC) isə bu müqavilənin tərkib hissəsi hesab edilən əlavələrdə qeyd olunan malların təhvil verilməsini öz üzərinə götürür. Həmin müqailənin 2.2-ci bəndinə əsasən, hazırlanan mal-materialın dəyəri icraçı tərəfindən elektron qaimə təqdim edildikdən sonra 5 iş günü müddətində nağdsız qaydada ödənilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, sifarişçi hazırkı müqavilənin 2.2-ci bəndinə əsasən, ödənişi gecikdirdiyi halda icraçı hər bir gün üçün malların dəyərinin 1 % həcmində cərimə tətbiq edə bilər. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli EBDJ seriyalı 182106 nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 1888 manat, 08 aprel 2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 11391,01 manat, 19 aprel 2024-cü il tarixli EBEC seriyalı 070013 nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 2761,2 manat, 22 aprel 2024-cü il tarixli EBEC seriyalı 159558 nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 212,4 manat, 01 may 2024-cü il tarixli EBEC seriyalı 686231 nömrəli elektron qaiməfaktura üzrə ƏDV daxil 1200,06 manat, 06 may 2024-cü il tarixli EBEC seriyalı 877231 nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 2124 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən imzalanmış “cavabdehə təqdim edilmiş dəyəri ödənilməmiş e-qaimələrin siyahısı” adlı sənəddən görünür ki, 08 aprel 2024-cü il tarixli və 06 may 2024-cü il tarixli elektron qaimə-fakturalar üzrə ƏDV daxil cəmi 13515,01 manat məbləğində borc ödənilməmiş qalmaqdadır. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsindən çıxarış sənədlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 08 aprel 2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli və 06 may 2024-cü il tarixli EBEC seriyalı 877231 nömrəli elektron qaimə-fakturalar sistem tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan “gecikdirilən ödənişlərə görə cərimələrin hesablanması” adlı sənəddən görünür ki, iddiaçı tərəfindən 08 aprel 2024-cü il tarixli elektron qaimə-faktura üzrə ödənişin gecikdirildiyi günlərin sayı 312, 06 may 2024-cü il tarixli elektron qaiməfaktura üzrə isə 286 gün müəyyənləşdirilmiş və ödənilməli cərimənin məbləğinin 41614,59 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan 26 may 2025-ci il tarixli yekun maliyyə arayışında cavabdehin iddiaçıya 13515,01 məbləğində əsas borc, 41614,59 manat məbləğində cərimə olmaqla, cəmi 55129,6 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. İş materiallarına həmçinin cavabdeh tərəfindən müvafiq elektron qaimə-fakturalar üzrə ödənişlər həyata keçirildiyini təsdiq edən hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə tərtib edilmiş elektron qaimə-faktura həmin Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş elektron qaimə-fakturaların növlərindən biridir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 04 iyul 2023-cü il tarixli müqavilə bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı həmin müqavilənin əlavəsində göstərilən malları sifarişçi qismində çıxış edən cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək sözügedən malları cavabdehə təqdim etsə də, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 13515,01 manat məbləğində borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 04 iyul 2023-cü il tarixli müqavilə üzrə cavabdehə 13515,01 manat dəyərində malların verilməsi ilə əlaqədar 08 aprel 2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli və 06 may 2024-cü il tarixli EBEC seriyalı 877231 nömrəli elektron qaimə-fakturalar təqdim edilmiş, lakin həmin qaimə-fakturalar üzrə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki:
1. Tərəflər arasında bağlanmış müqavilə əsasında malların verilməsi və onlara görə ödənişlərin məbləği elektron qaimə-fakturalar vasitəsilə rəsmiləşdirilmişdir.
2. İddiaçı tərəfindən cavabdehə 04 iyul 2023-cü il tarixli EBDJ seriyalı 182106 nömrəli, 08 aprel 2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli, 19 aprel 2024-cü il tarixli EBEC seriyalı 070013 nömrəli, 22 aprel 2024-cü il tarixli EBEC seriyalı 159558 nömrəli, 01 may 2024-cü il tarixli EBEC seriyalı 686231 nömrəli və 06 may 2024-cü il tarixli EBEC seriyalı 877231 nömrəli 6 ədəd elektron qaimə-faktura təqdim edilmişdir: - həmin elektron qaimə-fakturaların 4 ədədi (04 iyul 2023-cü il tarixli EBDJ seriyalı 182106 nömrəli, 19 aprel 2024-cü il tarixli EBEC seriyalı 070013 nömrəli, 22 aprel 2024-cü il tarixli EBEC seriyalı 159558 nömrəli, 01 may 2024-cü il tarixli EBEC seriyalı 686231 nömrəli) üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir; - 2 ədəd (08 aprel 2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli və 06 may 2024-cü il tarixli EBEC seriyalı 877231 nömrəli) elektron qaimə-faktura (hazırda mübahisələndirilən) üzrə isə cavabdeh tərəfindən ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədlərindən göründüyü kimi, tərəflər arasında işgüzar praktika və ya işgüzar adətlər belə formalaşmışdır ki, əməkdaşlıqları dövründə hər iki tərəf müqavilə üzrə elektron qaimə-fakturanın göndərilməsini müqavilənin realizəsi baxımından kifayət hesab etmişlər və bununla razılaşmışlar. Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə digər hallarla yanaşı, həm də tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətlərinin xarakterini, onların arasında formalaşmış işgüzar praktikanı nəzərə alaraq hesab edir ki, cavabdeh ona təqdim edilmiş 08 aprel 2024-cü il tarixli EBEB seriyalı 619580 nömrəli və 06 may 2024-cü il tarixli EBEC seriyalı 877231 nömrəli elektron qaimə-fakturalar üzrə müvafiq ödənişləri etməli olsa da, bu öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 13515,01 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 41614,59 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 3.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 41614,59 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 700 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 978 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 14 mart 2025-ci il tarixli BPMASAN**********39 nömrəli və BPMASAN**********39 nömrəli mədaxil orderləri ilə 978 manat məbləğində pulun iddiaçının qanuni təmsilçisi tərəfindən Bakı şəhəri 34 saylı Vəkil bürosuna ödənildiyi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 978 manat məbləğində pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 978 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 750 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 132,64 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13515,01 manat məbləğində əsas borc, 700 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 750 manat məbləğində xidmət haqqının və 132,64 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15097,65 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 13515,01 (on üç min beş yüz on beş manat, bir qəpik) manat məbləğində əsas borc, 700 (yeddi yüz) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 750 (yeddi yüz əlli) manat məbləğində xidmət haqqının və 132,64 (yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15097,65 (on beş min doxsan yeddi manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərman Həmidli