Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-719/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 14 iyun 2022-ci il tarixli RBSB-6508 nömrəli kredit müqaviləsi üzrə 12772,6 (on iki min yeddi yüz yetmiş iki manat, altmış qəpik) manat məbləğində əsas borc, 784,21 (yeddi yüz səksən dörd manat, iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 349,99 (üç yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi, 13906,8 (on üç min doqquz yüz altı manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun əvəzinin və ödənilmiş dövlət rüsumu 132 (yüz otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması , tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehl Cavabdeh2 14 iyun 2022-ci il tarixli RBSB-6508 nömrəli kredit müqaviləsi üzrə cəmi 13906,8 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 132 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 14 iyun 2022-ci il tarixli RBSB-6508 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 03 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Eyni zamanda, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə RB 05/PK-2928 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin borc öhdəliyi aradan qalxdığı üçün ona qarşı verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 03 iyul 2024-cü il tarixli, RB 05/PK-2928 nömrəli ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehə qarşı verilmiş "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin hallarına görə məhkəmə hesab edir ki, iddia tələbinin dəyərinə görə ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı “Rabitəbank" Açıq Səhmdar Cəmiyyətinin 03 iyul 2024-cü il tarixli, RB 05/PK- 2928 nömrəli ərizəsi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 aprel 2024-cü il, 17:17:23; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-719/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-719/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver