Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-727/2023 02.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 17 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında "xxxx" Firmasının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 24,4 kv.m olan qeyri-yaşayış sahəsinin 120000 (yüz iyirmi min) manata satılmasına dair 27 sentyabr 2022-ci ildə Bakı şəhər 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reystrdə 4Ə-665 nömrə ilə qeydiyyata alınaraq informasiya sisteminə daxil edilmiş AN-1İ №1084985 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli e-2-2(113)-1561/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 02 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Cavabdeh2 nümayəndəsi Nümayəndə gəlmiş olsa da, iş üzrə təyin olunmuş məhkəmə hazırlıq iclaslarının, yəni 13 iyul 2023-cü il tarixinə və 02 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və yaxud, onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 11 saylı Notariat ofisinin nümayəndəsi gəlməmişlər. Məhkəmə hazırlıq iclasına gəlmiş Cavabdeh2 nümayəndəsi Nümayəndə isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddiaçı tərəf məhkəmə iclasına həkrarrən gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, kommersiya işi üzrə iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına təkrarən gəlmədiyinə, cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə - İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə - onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə - bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-727/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-727/2023
02.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver