Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-758/2025 17.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, Ərizəçi İddiaçı tərəfindən maraqlı şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “müflis elan edilmə” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək müflis elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 13 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək tələbkarla (maraqlı şəxslə) razılaşdığına, hissə-hissə ödənişlər həyata keçirdiyinə görə iddiadan imtina etdiyini bildirmiş və məhkəmədən məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi iddiadan imtina etməsi ilə bağlı iradəsini məhkəməyə təqdim edilmiş yazılı ərizəsilə ifadə etdiyindən həmin ərizə nəzərə alınaraq iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi İddiaçı tərəfindən maraqlı şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müflis elan edilmə” tələbinə dair kommersiya işi üzrə ərizəçinin iddiadan imtina etməsi ilə əlaqədar e- 2-2(119)-758/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizəçi İddiaçı tərəfindən maraqlı şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “müflis elan edilmə” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-758/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-758/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-758/2025
17.06.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver