Məhkəmə qərarları › İş №e-2-2(119)-823/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-823/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-823/2025 25.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 4039,06 (dörd min otuz doqquz manat altı qəpik) manat məbləğində əsas borc, 2072 (iki min yetmiş iki) manat məbləğində cərimə və 85 (səksən beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6196,06 (altı min yüz doxsan altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 12 aprel 2023-cü il tarixdə “aviadaşımaların və tur paketlərinin satış hüququnun verilməsinə” dair BHT-358532 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir, yəni sifarişçiyə daxili və beynəlxalq sərnişin daşımalara dair təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, viza xidmətləri, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və tərəflər arasında yazılı şəkildə razılaşdırılan digər xidmətləri göstərmək öhdəliyini qəbul edir. Xidmətlər sifarişçinin yazılı (həmçinin elektron vasitələrlə göndərilmiş) sifarişi əsasında göstəriləcək. Həmin müqavilənin 3.7 və 3.9-cu bəndlərinə əsasən icraçı göstərdiyi xidmətlər üçün hesab fakturaları təqdim edəcək və sifarişçi hesab fakturanı aldığı andan 7 (yeddi) bank günü ərzində onları ödəyəcək. Sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda icraçı yaranmış borc məbləği üzrə hər gecikmə gününə görə 0,1% həcmində cərimə sanksiyası tətbiq edəcəkdir. Belə ki, göstərilmiş xidmətlərin haqqının ödənilməsi üçün “X1 and Foundry Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə 24 iyun 2023-cü il tarixində EBDİ 678873 nömrəli 4039,06 (dörd min otuz doqquz manat altı qəpik) manat məbləğində qaimə göndərilmiş, lakin ödəniş hələ də icra olunmamışdır. Ödəniş həyata keçirilmədiyi üçün cavabdehin 28 noyabr 2024-cü il tarixinə cərimə borcu olduğu müəyyən edilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 25 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış “korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair” 12 aprel 2023-cü il tarixli BHT-358532 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir, yəni sifarişçiyə daxili və beynəlxalq sərnişin daşımalara dair təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması, satışı ve çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, viza xidmətləri, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və tərəflər arasında yazılı şəkildə razılaşdırılan digər xidmətləri göstərmək öhdəliyini qəbul edir. Xidmətlər sifarişçinin yazılı (həmçinin elektron vasitələrlə göndərilmiş) sifarişi əsasında göstəriləcək. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən icraçı göstərdiyi xidmətlər üçün hesab fakturaları təqdim edəcək və sifarişçi hesab fakturanı aldığı andan 7 (yeddi) bank günü ərzində onları ödəyəcək. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda, icraçı yaranmış borc məbləği üzrə hər gecikmə gününə görə 0,1% həcmində cərimə sanksiyası tətbiq edəcəkdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 4039,06 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 24 iyun 2023-cü il tarixli EBDİ seriyalı 678873 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə 4039,06 manat məbləğində əsas borcu və 2072 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli 3064 nömrəli invoys sənədinə əsasən İddiaçı tərəfindən Cavabdehnə 4039,06 manat məbləğində otel və bilet xidmətləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair” 12 aprel 2023-cü il tarixli BHT-358532 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında “korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair” 12 aprel 2023-cü il tarixli BHT-358532 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış və həmin müqaviləyə əsasən tərəflərin hər birinin icra etməli olduğu öhdəlikləri müəyyən olunmuşdur. Həmin müqavilə üzrə İddiaçı Cavabdehnə 4039,06 (dörd min otuz doqquz manat altı qəpik) manat dəyərində bilet və otel xidmətləri göstərmiş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməyərək göstərilən xidmətlərin dəyərini ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair” 12 aprel 2023-cü il tarixli BHT-358532 nömrəli müqavilə üzrə ödənilməmiş 4039,06 (dörd min otuz doqquz manat altı qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 2072 (iki min yetmiş iki) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “85 (səksən beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 62,39 (altmış iki manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 4039,06 (dörd min otuz doqquz manat altı qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə və 62,39 (altmış iki manat otuz doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4301,45 (dörd min üç yüz bir manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4039,06 (dörd min otuz doqquz manat altı qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə və 62,39 (altmış iki manat otuz doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4301,45 (dörd min üç yüz bir manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar