Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-836/2022 04.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, iddiaçı Minayə Seyidağa qızının nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı Minayə Seyidağa qızı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Minayə Seyidağa qızı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaimə faktura ilə verilmiş “Orqanika” gübrəsinin dəyəri olan 9360 manat məbləğində borcun, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 120 manat məbləğində pulun və vəkilə ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Minayə Seyidağa qızı (Mayılova) kənd təsərrüfatı üçün gübrələrin və dərmanların ölkəyə idxalı və satışı ilə məşğul olur. Bunun üçün iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 18 aprel 2017-ci il tarixli xususi lisenziyada verilmişdir. İddiaçı X3 Respublikasında fəaliyyət göstərən “X8 LTD” şirkətinin istehsalı olan “Orqanika” gübrəsinin Azərbaycan Respublikasına idxalı və satışı üçün dövlət qeydiyyatına alınmış və bu barədə Kənd Təsərrüfatı Nazirliyi X5 Xidməti tərəfindən ona 002237 saylı şəhadətnamə verilmişdir. Cavabdeh 23 yanvar 2019-cu il tarixində iddiaçıdan 9360 (doqquz min üç yüz altmış) manat dəyərində “Orqanika” gübrəsi almış və qeyd olunan həmin məbləği iki ay müddətinə qaytaracağına söz vermişdir. Qeyd edilməlidir ki, Cavabdeh həmin malın satılmasına dair tərtib edilmiş ******* nömrəli qaiməni öz imzası ilə təsdiq etmişdir. Artıq Cavabdeh gübrənin pulunun qaytaracağına söz verdiyi vaxtdan üç il keçmişdir. Üç il ərzində cavabdeh qanunsuz və əsassız olaraq 9360 manat pulu verməmiş və bunun nəticəsində də sahibkar kimi iddiaçıya zərər vurulmuşdur. Belə ki, iddiaçıya məxsus “Orqanika” gübrəsinin pulunu qanunsuz və əsassız olaraq üç il müddətə özündə saxladığına görə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. İki ildir ki, cavabdeh qanunsuz əməllərini iddiaçıya qarşı davam etdirmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçı dəfələrlə cavabdehə zəng etsə də, sonuncu borcunu ödəməmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin də təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi və borcun alınması mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı Minayə Seyidağa qızının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və qaimə faktura ilə verilmiş “Orqanika” gübrəsinin dəyəri olan 9360 manat məbləğində borcun, mediasiya və məhkəmə xərclərinin Cavabdeh alınaraq, iddiaçı Minayə Seyidağa qızına verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh iş üzrə 26 oktyabr 2022-ci il və 04 noyabr 2022-ci il tarixlərinə təyin edilən məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, cavabdehin özü və yaxud nümayəndəsi Nümayəndə2 həmin məhkəmə iclaslarına gəlməmişlər. Qeyd etmək lazımdır ki, iş üzrə təyin olunmuş əvvəlki məhkəmə iclaslarına cavabdehin nümayəndəsi qismində Nümayəndə2 gələrək, cavabdeh tərəfin iddianı qəbul etmədiyini bildirsə də, 26 oktyabr 2022-ci il və 04 noyabr 2022-ci il tarixlərinə təyin edilən məhkəmə baxış iclaslarına gəlməmiş və eyni zamanda, cavabdeh və onun nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış müvafiq elektron kabinetlərinin olmasına baxmayaraq, hətta elektron kabinet vasitəsi ilə də iddiaya qarşı yazılı “etiraz” və s. təqdim etməyərək, bu hüquq və imkandan da istifadə etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2019-cu il tarixli ******* nömrəli Qaimə- Fakturadan görünür ki, satıcı X4 (VÖEN **********) tərəfindən alıcı Cavabdeh (VÖEN **********) hər kiloqramı 7,50 (yeddi manat 50 qəpik) manatdan olmaqla, cəmi 9360 (doqquz min üç yüz altmış) manat dəyərində 1248 kq miqdarında "Orqanika" gübrə məhsulları satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 9360 (doqquz min üç yüz altmış) manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materialları ilə və e-2-2(119)-836/2022 nömrəli kommersiya işi üzrə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, İddiaçı Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi X1 Nömrəsi (VÖEN **********) verilməklə qeydiyyata alınmış X2r və eyni zamanda, Cavabdeh da Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi X1 Nömrəsi (VÖEN **********) verilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Minayə Seyidağa qızı (Mayılova) (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh (VÖEN **********) arasında 23 yanvar 2019-cu ildə kənd təsərrüfatı sahəsində istifadə edilən cəmi 9360 (doqquz min üç yüz altmış) manat dəyərində 1248 kiloqram "Orqanika" gübrə məhsulunun alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” Minayə Seyidağa qızına cəmi 9360 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 9360 manat məbləğində borcun Cavabdeh tutulması xahiş olunmuşdur. Qeyd etmək lazımdır ki, iş üzrə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirsə də, bilavasitə məhkəmə iclasında məhkəməyə və yaxud, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış müvafiq şəxsi elektron kabinetlərə malik olmalarına baxmayaraq, elektron kabinet vasitəsi ilə iddiaya qarşı yazılı “etiraz”, mülahizə, iddiaya qarşı etirazın əsaslandırıldığı sübutlar və s. təqdim etməyərək, bu hüquq və imkandan istifadə etməmişlər. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, iddiaçı Minayə Seyidağa qızı (Mayılova) tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir (15 mart 2022-ci il tarixli 5830 nömrəli Ödəniş Qəbzi, 16 mart 2022-ci il tarixli 12963 nömrəli Ödəniş Qəbzi, 28 mart 2022-ci il tarixli mediasiya Arayışı və 03 iyun 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 23 yanvar 2019-cu il tarixli ******* nömrəli qaimə-faktura əsasında təhvil almış olduğu cəmi 9360 manat dəyərində 1248 kq miqdarında "Orqanika" gübrə məhsullarının dəyərini ödəməyərək, iddiaçı Minayə Seyidağa qızı qarşısında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin qaimə-faktura üzrə ödənilməmiş 9360 (doqquz min üç yüz altmış) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, cavabdehdən “vəkilə ödənilmiş 400 manat məbləğində pulun tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə, o cümlədən də iddia tələbində qeyd olunan “400 manat” miqdarında pul vəsaitinin nümayəndəyə (vəkilə) ödənilmiş olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həqiqətən və zərurətlə xərcləndiyi müəyyən olunduğu halda, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” tutulmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 9360 manat məbləğində əsas borc iddiaçı Minayə Seyidağa qızının (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar iddiaçı Minayə Seyidağa qızı (Mayılova) tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı Minayə Seyidağa qızına ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 113,60 (yüz on üç manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 103,60 (yüz üç manat 60 qəpik) manat (113,60 manat – 10 manat = 103,60 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 9360 (doqquz min üç yüz altmış) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9470 (doqquz min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti iddiaçı Minayə Seyidağa qızının (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun qalığı kimi 103,60 (yüz üç manat 60 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-836/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-836/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver