Məhkəmə qərarları › İş №e-2-2(119)-903/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-903/2025

09.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-903/2025 09.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən tərəfindən Cavabdeh qarşı verilmiş “torpaq sahəsinin boşaldılması və cavabdehin qeyriqanuni sahibliyindən götürülərək iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 29 mart 2005-ci il tarixli, 6 saylı iclasının qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əşya bazarı istiqaməti ərazisində yerləşən sahəsi 775 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi 08 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı razılıq əldə edildiyindən və mübahisənin davam etdirilməsinə zərurət qalmadığından məhkəmədən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən tərəfindən Cavabdeh qarşı verilmiş “torpaq sahəsinin boşaldılması və cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək iddiaçıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar