Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-921/2021 31.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 50673,84 (əlli min altı yüz yetmiş üç manat 84 qəpik) manat məbləğində və 16712,35 (on altı min yeddi yüz on iki dollar 35 sent) ABŞ dolları məbləğində qətnamə borcunun Cavabdeh2 MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********72-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Xaçmaz şəhərinin Süleyman Ələskərov küçəsindəki mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması, fərdi yaşayış evinin satıldıqdan 1 (bir) ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli e-2-2(119)-921/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi iddiaçı qismində Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adından deyil, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünün adından verildiyi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən geri qaytarılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli e-2-2(119)-921/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə həmin şikayət təmin olunmamış və buna görə də, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-2(105)-122/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli e-2-2(119)-921/2021 nömrəli qərardadının və “şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi” barədə 27 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-2(105)-122/2021 nömrəli qərardadı ilə “iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hazırkı iddia ərizəsinin “icraata qəbul edilməsi məsələsinə yenidən baxılması” qərara alınmış olduğundan - həmin iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, hazırkı iddia ərizəsində borcun tutulması ilə yanaşı verilmiş “borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət olunarkən "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36, 37 və 39-cu maddələrinin tələblərinə də riayət olunaraq, bununla bağlı müvafiq sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmalıdır. Lakin, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.3-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə - tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Eləcə də, iddia tələbində “borcun Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Xaçmaz şəhərinin Süleyman Ələskərov küçəsindəki mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi” xahiş edilməsinə baxmayaraq, ipoteka predmetləri olan həmin daşınmaz əmlakların yüklülüklərinin müvafiq qaydada Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, yəni mövcud Qanunvericiliyin tələblərinə uyğun olaraq məlum ipotekanın Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması barədə sənədlər, o cümlədən də həmin ipoteka predmetlərinin mövcudluğunu təsdiq edən hər hansı bir hüquq müəyyənedici sənəd iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada üçüncü dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-921/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-921/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver