Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-95/2024 16.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 16 sentyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi Nümayəndə1 16 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə müraciət edərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsinin 16 sentyabr 2024-cü il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi əsasında İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd etmək lazımdır ki, həmin iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı nümayəndəsinin 16 sentyabr 2024-cü il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-95/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-95/2024
16.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver